Month: January 2024

  • “Koroğlu”da taksi sürücüsü namus üstündə öldürülüb

    Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

    Median.Az lent.az-a istinadən bildirir ki, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov “Koroğlu” metrostansiyası ətrafında “manatlıq taksi” fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.

    Əhməd Hüseynov Nurlan Məmmədovun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.

    Hazırda faktla bağlı araşdırma aparılır.

    Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.

  • Президент наградил Магеррама Ахмедова

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Магеррама Джамал оглу Ахмедова орденом “За службу Отечеству” 2-й степени.

    Об этом сообщается на сайте Prezident.az.

    Согласно распоряжению, М.Ахмедов удостоен награды за многолетнюю плодотворную деятельность на государственной службе в Азербайджанской Республике.

  • Prezident Məhərrəm Əhmədovu təltif etdi

    Prezident İlham Əliyev Məhərrəm Camal oğlu Əhmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı Prezident.az məlumat yayıb.

    Sərəncama əsasən, M.Əhmədov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

  • MSK sədri: “Seçki məntəqələrində veb-kameraların sınağına başlanılıb”

    “Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə bağlı seçki məntəqələrində quraşdırılmış veb-kameraların sınağına başlanılıb”.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

    “Düşünürəm ki, seçki prosesinin şəffaflığının təmin edilməsi baxımından həm veb-kameraların qurulması, həm də mətbuatın seçki prosesində yaxından iştirak etməsi vacib məqamdır”, – o vurğulayıb.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

    ///Report

  • Azərbaycan millisinin baş məşqçisi: “Bütün güclü komandalara qalib gəlmək lazımdır”

    “Bu cür turnirdə bütün güclü komandalara qalib gəlmək lazımdır”.

    Bunu “Report”a açıqlamasında Azərbaycanın basketbol üzrə 3×3 qadın millisinin baş məşqçisi Ratomir Deliç Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat mərhələsi barədə danışarkən deyib.

    Mütəxəssis B qrupundakı rəqibləri Niderland, Monqolustan və Çilinin güclü komandalar olduqlarını bildirib. Ancaq o, məqsədlərinin bütün matçlarda qələbə qazanmaq olduğunu söyləyib:

    “Paris-2024 Olimpiya Təsnifat qruplarında hansı komandaların yer alacaqlarını öncədən bilirdik. İndi isə komandalar qruplara bölünüb və konkret rəqiblərimizi tanıyırıq. Nəzərə alaq ki, bu yarışda cəmi bir yığma olimpiadaya lisenziya qazanacaq. Öz üzərimizdə çalışacaq və bütün rəqiblərə qarşı oynamağa hazır olacağıq”.

    Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də Honkonqda keçiriləcək. 8 komanda hərəsində 4 yığma olmaqla iki qrupa bölünəcək. Qruplarda ilk iki pilləni tutacaq komandalar yarımfinala adlayacaqlar. Yarışın qalibi olimpiadaya lisenziya əldə edəcək. İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. Azərbaycan millisi burada Almaniya, Polşa və Tunislə birlikdə A qrupunda yer alacaq. Həmin yarışda 16 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki yerin sahibləri 1/4 finala yüksələcəklər. İkinci təsnifat mərhələsini ilk üç sırada tamamlayacaq yığmalar olimpiadaya vəsiqə qazanacaqlar. Azərbaycan millisi ilk təsnifat oyunlarında çempion olsa, ikinci təsnifatda iştirak etməyəcək.

  • Azərbaycanlı biznesmenin qatili hicab taxıb qaçan idmançıdır? (FOTO/VİDEO)

    Ötən il dekabrın 25-də Rusiya mətbuatında Dağıstanda Azərbaycan vətəndaşı olan Cabir adlı biznesmenin qətlə yetirilməsi barədə məlumatlar yayılıb.

    “Qafqazinfo” xəbər verir ki, yanvar ayı ərzində aparılan istintaq hərəkətləri zamanı qətllə bağlı maraqlı detallar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində Cabirin arvadı və onun idmançı sevgilisi Süleyman Süleymanov tərəfindən öldürüldüyünə dair şübhələr yaranıb.

    Bildirilir ki, 37 yaşlı Cabir Xələf oğlu Nəsirov əslən Şamaxı rayonundandır və bir neçə il əvvəl Dağıstanda biznes fəaliyyətinə başlayıb. Onun bu ölkədə və Moskvada əmlakları, bir neçə elektronika mağazası olub.

    Dekabrın 24-də Cabir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Dağıstana qayıdıb və həmin gecə naməlum şəraitdə qətlə yetirilib.

    Polisə Cabir Nəsirovun öldürülməsi ilə bağlı məlumatı onun 32 yaşlı həyat yoldaşı Röya verib. Qadının şübhəli ifadəsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Belə ki, əslən Sumqayıt şəhərindən olan Röya ilkin ifadəsində evə basqın edən 2 nəfərin həyat yoldaşını amansızlıqla döyərək öldürdüyünü bildirib. O, qapının tanımadığı şəxslər tərəfindən döyüldüyünü, daha sonra mənzilə soxulan şəxslərin borc verdikləri pulu tələb edərək ərinə hücum edib onu öldürdüyünü iddia edib. O, bu müddət ərzində digər otaqda olduğunu, oradan qışqırıq səsləri eşitdiyini, quldurlar gedəndən sonra isə ərinin cəsədini aşkar etdiyini deyib.

    Dağıstanda kifayət qədər məşhur biznesmen olan Cabirin qətli ilə bağlı ərazidəki kameralara baxış keçirilərkən həmin müddətdə binaya 2 nəfərin daxil olması və ya çıxması müşahidə edilməyib. Bu zaman müşahidə kameralarında hicaba bürünmüş kişinin binanı tərk etməsi əks olunub.

    Bundan sonra Röya yenidən ifadəyə çağırılıb. O, ikinci ifadəsində ərini özü öldürdüyünü bildirib. Cabirin ona və övladlarına daim şiddət göstərdiyini iddia edən qadın onun Dubaydan gəlməsini gözlədiyini, yatan kimi plintusla zərbələr endirərək öldürdüyünü deyib.

    Lakin bu ifadə də hüquq-mühafizə orqanlarına kifayət etməyib və hadisə baş verən gecə binadan hicaba bürünmüş halda çıxan kişinin kimliyi üzərində araşdırma aparılıb. Müəyyən edilib ki, həmin şəxs 20 yaşlı idmançıdır və Röya ilə sevgi münasibətləri olub.

    3-cü ifadəsində binanın girişindəki müşahidə kamerasına düşən gəncin qaydasız döyüşlə məşğul olduğunu və onunla sevgili olduğunu dəyən qadın bu dəfə hər şeyi etiraf edib. O, bildirib ki, Cabir Dubaydan qəfil qayıdıb və həmin vaxt sevgilisi onların evində olub. Cabir həmin şəxsi döymək istədikdə 20 yaşlı gənc onu döyərək qətlə yetirib. Hadisədən sonra isə idmançı hicab geyinərək oradan uzaqlaşıb.

    Cabir Nəsirovun yaxınları “Qafqazinfo”ya açıqlamalarında Röya Nəsirovanın artıq saxlanıldığını, onunla əlbir olmaqda şübhəli bilinən sevgilisinin isə hələlik tutulmadığını bildiriblər. Onlar həmçinin iddia ediblər ki, hadisədən sonra evdən xeyli miqdarda bahalı əşyalar oğurlanıb.

    Cabir Nəsirov


    Röyə Nəsirova


    Qətldə şübhəli bilinən idmançı Süleyman Süleymanov

  • Bu nazirlik yarım milyonluq avtomobillər alır

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi yeni avtomobillər alır.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 9 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.

    Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş sedan tipli minik avtomobilləri olacaq.

    Sosial Xidmətlər Agentliyinə avtomobillərin satışını “Toyota Absheron Merkezi” şirkəti həyata keçirəcək. Qurum isə bunun müqabilində şirkətə 589.050 AZN ödəniş edəcək.

  • Repetitor qiymətləri bahalaşdı (SƏBƏB)

    Repetitorlar riyaziyyat fənnini 100-120, Azərbaycan dili və ədəbiyyatını 160-180, tarixi 100 manatdan başlayan qiymətlərlə öyrədir

    Yeni ildən repetitorlar xidmət qiymətini qaldırıblar. Bu barədə valideynlər narazılıqlarını sosial şəbəkələr vasitəsilə bildiriblər. Tələbə olmaq istəyən şagirdlərin valideynləri son ayda hazırlıq pullarının təqribən 30 faizə qədər artırıldığını yazıblar. Valideynlərdən biri son ildə özünün əmək haqqında heç bir artım olmadığı halda müəllimlərin belə qərar verməsinin məntiqsiz olduğunu vurğulayıb. (Bizimmedia.az)

    Üstəlik, repetitorların bu işlə rəsmi şəkildə məşğul olmadıqları, vergi vermədikləri də zaman-zaman müzakirə olunan mövzudur.

    Bəs belə olduğu halda repetitorlar nəyə əsasən qiyməti qaldırırlar?

    Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemi, xüsusən ali təhsil müəssisələrinə bakalavr, hətta doktranturaya qəbul prosesi, müəllimlərin işə qəbulu, eyni zamanda dövlət qulluğuna qəbulun hamısı repetitorlardan, hazırlıq kurslarından asılı vəziyyətə düşüb:

    “Bu gün orta və ya ali məktəblərin görməli olduğu işlərin hər birini repetitorlar, hazırlıq kursları görür. 10-11-ci sinif şagirdlərini demək olar ki, siniflərdə tapa bilmirik, onların böyük əksəriyyəti repetitor yanında və yaxud hazırlıq kurslarındadır. Bu da valideynlərin ailə büdcələrinə kifayət qədər böyük yükdür. Valideynlər ən böyük məbləğləri repetitorlara, hazırlıq kurslarına ödəyir.

    Apardığımız monitorinqlər onu göstərir ki, pandemiyadan sonra repetitor müəllimlər xidmət haqlarında ciddi artım ediblər. Təbii ki, bunun bir neçə səbəbi var. Ölkədə baş verən müəyyən qədər inflyasiya, kommunal ödənişlərin artırılması buna təsir göstərir. Amma onu da unutmaq olmaz ki, valideynlərin gəlirləri artmayıb, bunun fonunda isə əksinə, repetitorlar qiymətləri artırıb. Bakı şəhərində orta statistik valideyn övladının ali məktəbə daxil olmasını istəyirsə, ay ərzində ən azı 350 manatdan başlayaraq repetitorlara pul xərcləyir. Bu gün repetitorlar riyaziyyat fənnini 100-120 manata, Azərbaycan dili və ədəbiyyat fənnini 160-180 manata, tarixi 100 manatdan başlayan qiymətlərə hazırlayır. Bakı şəhərində bu gün 80 manata uşaq hazırlaşdıran repetitora rast gəlmək mümkün deyil. Beləliklə, əvvəlki illərlə müqayisədə biz qiymətlərdə ən azı 30 faiz artım görə bilirik. Bu da valideynləri çox çətin vəziyyətə salır. Hesab edirəm ki, dövlət məktəbləri öz öhdəliklərini layiqincə yerinə yetirməlidir. Həmçinin ali məktəblər qəbul imtahanlarını sadələşdirməlidir. Ali məktəblərə qəbul imtahanlarında yalnız 10-11-ci sinif dərsliklərinə aid suallar salınmalıdır ki, valideynlər repetitorlara az pul xərcləsin, abituriyentlər məktəb bilgiləri ilə daxil ola bilsinlər”.

    Təhsil eksperti Elşən Qafarov qeyd edir ki, repetitorluq ölkədə qanuni fəaliyyət göstərən xidmət sektoru deyil. Ona görə də bu sahədə qiymətlər dövlət tərəfindən deyil, bazarla tənzimlənmir: “Ümumiyyətlə, bütün xidmət sektorunda qiymətlər bazarla, tələb-təklif amili ilə tənzimlənir. Adətən həmişə böyük şəhərlərdə, xüsusən də Bakı, Abşeron, Sumqayıt və Gəncədə xidmət sektorunda olan qiymətlər kiçik şəhərlər, qəsəbələr kəndlərlə müqayisədə nisbətən yüksək olub. O cümlədən repetitorluqda da belədir.

    Bəli, sentyabrdan etibarən son 4-5 ayda repetitorluqla bağlı qiymətlərdə artımlar müşahidə olunmaqdadır. Bu, xüsusilə Bakı, Abşeron, Sumqayıtda özünü daha çox göstərməkdədir. Məsələ burasındadır ki, repetitorluqla məşğul olan müəllimlər əlavə mənzil kirayə edir və eyni zamanda bu mənzillərə görə də əlavə kommunal xərclər ödəyirlər. Mənzillərin də kirayə qiymətlərində təxminən 50 faizə qədər artım müşahidə olunur. Bu baxımdan, repetitorluqla məşğul olan müəllimlərin əlavə xərcləri artdığına görə qiymətlərə də öz təsirini göstərir. Burada məcburiyyət yoxdur, valideynlər ciblərinə uyğun olaraq repetitorlara müraciət edə bilərlər. Hazırda ayda 200-300 manata da, 50-60 manata da hazırlaşdıran müəllimlər var. Valideyn daha adlı-sanlı müəllimə müraciət etmək istəyirsə, daha çox xərc çəkməli olur”.

  • Dərmanlar ucuzlaşacaq? – Açıqlama (VİDEO)

    Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq olunması əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək.

    Lakin müşahidələr onu deməyə əsas verir ki, qiymətlərdə dəyişikliklərr yoxdur.
    Apteklərdən bildirilib ki, dərmanların ayrı-ayrılıqda qiymətlərində dəyişiklik olmasa da reseptlə və ya böyük məbləğli satışlarda müştərilərə endirim olunur.

    Ətraflı Baku TV-nin süjetində:

  • Azərbaycanda prezident seçkisi ilə bağlı bülletenlərin çapına başlanıldı

    Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkisi ilə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

    “Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə bilavasitə tanış olub.

    Komissiya üzvləri və media mənsublarının iştirakı ilə keçirilən tədbirdə MSK sədri seçicilərin səsvermə hüquqlarının azad və sərbəst şəkildə reallaşdırılmasında mühüm əhəmiyyət daşıyan seçki bülletenlərinin hazırlanması və çapında Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

    O, seçki bülletenlərinin qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib. Həmçinin vurğulayıb ki, seçki bülletenlərinin çap prosesi təhlükəsizliyin təmin edilməsi şərti ilə, seçkinin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və media nümayəndələri üçün tamamilə açıq həyata keçirilir.
    M.Pənahov seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunduğunu, prezident seçkisi ilə əlaqədar 6 524 203 seçki bülleteni çap edilməsinin nəzərdə tutulduğunu bildirib:

    “Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək”.