Month: January 2024

  • Bakıda 49 yaşlı kişi arvadına xəsarət yetirdi – TƏFƏRRÜAT

    Bakının Sabunçu rayonunda 1975-ci il təvəllüdlü İsa ailə münaqişəsi zamanı həyat yoldaşı Aydana (adlar şərti verilib) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 10-da Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib. İsa yaşadığı evin qonaq otağında həyat yoldaşı Aydanın nalayiq ifadələr işlətməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz və qol nahiyələrindən bir neçə dəfə vurub.

    Hadisəni törədən İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O bildirib ki, zərərçəkmiş Aydan ilə təxminən 20 ildir ailə həyatı qurublar:

    “Son zamanlar aramızda müxtəlif səbəblərdən mütəmadi olaraq mübahisələr yaşandı. Oktyabrın 10-da, təxminən saat 22 radələrində yaşadığımız evdə olarkən Aydanın övladlarımızı nalayiq ifadələr işlədərək təhqir etdiyini gördüm.

    Aydanı qonaq otağına çağıraraq ona öz iradlarımı bildirməyə başladığım zaman mənə kobud cavab verdi. Mənim də ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman qəzəblənərək qəsdən əlimlə Aydanı möhkəm itələdim. Aydan evdə olan taxtalara dəydi. Bundan sonra evdən getdim. Həmin vaxt Aydanın xəsarət alıb-almamasını görməmişəm”.

    Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə İsa aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

  • Çay içən zaman siqaret çəkmək bu xəstəliyə SƏBƏB OLUR

    Bir çox xəstəliklərə səbəb olan siqaret çayla qəbul edildiyi zaman daha təhlükəli olur.
     
    Bu barədə ABŞ alimləri araşdırma ediblər. Araşdırmalar sübut edibki, çay içən zaman siqaret çəkmək qida borusu xərçənginə səbəb olur.
     
    Mütəxəssislərin sözlərinə görə, qida borusu xərçənginin ən böyük əlaməti qidanın udulmasında yaratdığı çətinlikdir:
     
    “Siqaretlə yanaşı isti içki içən insanlar risk qrupuna daxildirlər. Bu xəstəlik zaman keçdikcə sulu yeməklərin də qəbul edilməsində problem yaradır. Bir müddət sonra xəstələrdə mədə ağrısı, yanma, arıqlama, səsinin getməsi, öskürək, boğulma kimi əlamətlər üzə çıxır”.
    //sfera.az

  • Qazaxıstan Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək

    Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə göndərilən müşahidəçilərin siyahısını təsdiqləyib.

    Bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilib ki, siyahıya 19 nəfər daxildir.

    Bildirilib ki, onların arasında Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov da var.

    Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

    ///Report

  • Bakı məktəbində qalmaqal: Telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı iclas keçiriləcək

    Bakı şəhər 6 nömrəli məktəb-liseydə ikinci sinif şagirdinin istismara məruz qaldığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

    Bu barədə məktəb-liseyin direktoru Gülşən Orucova APA-ya açıqlamasında məlumat verib.

    O bildirib ki, sözügedən məsələ ilə bağlı yanvarın 10-da onlara müraciət daxil olub və şikayətçi valideynə, yaxınlarına kamera görüntülərini izləmək üçün şərait yaradılıb.

    “İddia edilirdi ki, hadisə yaxın günlərdə baş vermiş ola bilər. Biz hətta onlara dekabrın 4-dən bəri qeydə alınan bütün görüntülərə baxmaları üçün imkan yaratmışıq. Müraciət daxil olduqdan sonra bununla əlaqədar biz Səbail Rayon Polis İdarəsinə rəsmi şəkildə müraciət etdik. Müraciətdən sonra oradan nümayəndə məktəbə gəldi və şagirdlərlə söhbət aparıldı. Prosesə psixoloq da cəlb olunub və onun iştirakı ilə da şagirdlərlə profilaktik söhbət aparılıb”.

    Direktor qeyd edib ki, aparılan araşdırma zamanı sadəcə 7-ci sinif şagirdlərinin telefonlarında onların yaş həddinə uyğun olmayan qeyri-etik videolar olub:

    “Yəqin ki, həmin şagirdlər videonu öz aralarında bölüşüblər. Mən həmin gündən etibarən valideyn qruplarında aparılan yazışmalardan sonra valideynlərlə də ayrılıqda görüşdüm. Onlara bütün məlumatları verdik”.

    Direktor qeyd edib ki, hadisə ilə əlaqədar Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinə də dərhal məlumat verilib, qurum rəsmiləri məktəbə gələrək vəziyyətlə tanış olublar:
    “Qeyri-etik videolar və xoşagəlməz söhbətlərin olmaması üçün VII sinif şagirdlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə valideynlərinə həmin uşaqların məktəblərinin dəyişdirilməsi tövsiyə olunub. Ötən gün şagirdlərin başqa məktəbə yerdəyişmə edildiyi barədə məlumat yayılıb. Lakin yerdəyişmə mərkəzləşmiş sistem üzərindən aparılır. Bu gün biz sistemə baxmışıq, şagird yerdəyişməsi edilməyib. Sadəcə olaraq, mən açıqlama verəndə də onların məktəbdən çıxarılmadığı, sadəcə cümə günü məktəbdə olmadığını qeyd etmişdim. Təəssüf ki, bu barədə məlumat da təhrif olunmuş formada yayımlanıb”.

    Gülşən Orucova, həmçinin bildirib ki, hadisə ilə əlaqədar məktəbdə mühafizə sistemi gücləndirilib, müəllimlərin mərtəbələrdə növbətçiliyi artırılıb, psixoloqların işi gücləndirilib, bütün mərtəbələrdə, siniflərdə, hətta tualetlərin girişində kameraların sayı artırılıb:

    “Övladının istismara məruz qaldığını iddia edən valideyn digər şagirdlərin məktəbdən uzaqlaşdırılmasını tələb edib. Lakin fakt öz təsdiqini tapmırsa, həmin şagirdlərin uzaqlaşdırılması barədə qərar qəbul edə bilmərik. Bu gün pedaqoji iclas da keçiriləcək. VII sinif şagirdlərinin valideynləri ilə bir daha söhbət aparılacaq”.

    Direktorun sözlərinə görə, istismara məruz qaldığı deyilən şagird məktəbdə təhsilini davam etdirir:

    “Lakin valideyni onun məktəbinin dəyişdirilməsini istəyir. Uşağın psixoloji vəziyyəti də qaydasındadır, pozitiv vəziyyətdə olan şagirddir. Məktəblərdə şagirdlərə smartfonlar qadağan olunub. 4 ildir biz bunlarla mübarizə aparırıq. Dərslər başlayanda mobil telefonlar yığılır və dərsdən sonra özlərinə paylanılır. Uşağa smartfon ehtiyac deyil. Əlaqə saxlamaları üçün adi telefon da yetərlidir. Biz valideynlərə tövsiyə edirik ki, bu qaydalara riayət etsinlər”.

  • Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat ödəyəcək: “Bu pul nədir ki?”

    Məhkəmədə uduzan müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.

    Hazırda Rusiyada yaşayan müğənni sosial şəbəkədə canlı yayım açaraq, məsələyə münasibət bildirib.

    O, məhkəmənin çıxardığı qərarı yerinə yetirəcəyini deyib:

    “Udanda nə olur ki?! Yeyib udmaq deyil ki, məhkəmədə udmaqdır. Mən buradan Floraya minnətdarlığımı bildirirəm ki, gecə-gündüz məni reklam edir. Çox şadam ki, Floranın hesabına saytlar gecə-gündüz məndən yazırlar. O boyda reklamın qabağında 10 min manat nədir ki?!

    Uduzanda nə olur ki? İki nəfərdən biri udar, biri də uduzar. Belə şeylərlə başınızı yormayın.

    Vəkilim Bakıdadır, həmin işlərlə o məşğul olur. Flora mənə nə edəcək? Flora məni söyüb, mən də onu söymüşəm. İş məndən 3 000 kilometr uzaqda, Azərbaycandadır. Mən isə Rusiyadayam. Söyüb, söymüşəm. Boynumdan atmıram ki”.

    Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək onu məhkəməyə verib və 100 min manat təzminat istəyib. Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.

    Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı barədə həbssiz axtarış qərarı çıxarıb.

  • İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər? – AÇIQLAMA

    İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır.

    Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb.

    G.Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş anadan uşağa bətndaxili inkişaf dövründə və ya ana südü ilə xəstəliyin keçməsi mümkündür:

    “Vurğulamaq istərdim ki, İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür. Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim Mərkəz mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər”.

    Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur:

    “Çünki, təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar Mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da Anadan uşağa ötürülmənin profilaktikası aparılır”.//trend

  • “Sehrli xalat” filminin “Rəşid”i ABŞ-də vəfat etdi – FOTO

    “Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.

    Bununla bağlı Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov “Facebook”da bildirib.

    Onun sözlərinə görə, A.Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib.

    Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A.Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.

    O, 7 yaşında “Bir məhəllədən iki nəfər” filmində debüt edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.

    Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı gətirib. A.Qurbanov rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib.

    A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.

  • Появились подробности инцидента, приведшего к убийству школьника в Гяндже – ВИДЕО

    Вчера ученик 11-го класса средней школы №8 имени М.П.Вагифа города Гянджа Рауль Рагимов был убит перед учебным заведением.

    О Рауле Bizim.Мedia рассказали друзья детства и его одноклассники.

    Они сообщили, что Рауль был неконфликтным человеком и всячески избегал ссор. Одноклассники прояснили вопрос о том, почему произошел конфликт между сторонами. Они сказали, что конфликт начался со столкновения плечами.

    Отметим, что подозреваемый в совершении убийства Фарид Шабанов задержан и привлечен к уголовной ответственности.

    Подробнее – в видео.

  • Gəncədə məktəblinin bıçaqlandığı davanın TƏFƏRRÜATI – VİDEO

    Dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.

    Raulun uşaqlıq dostları, sinif yoldaşları mərhum haqqında Bizim.media-nın yerli bürosuna danışıblar.

    Onlar Raulun dava-dalaşdan uzaq biri olduğunu bildiriblər. Sinif yoldaşları tərəflər arasında davanın hansı səbəbdən baş verdiyi məsələsinə də aydınlıq gətiriblər. Onlar bildiriblər ki, mübahisə çiyin vurmaq üstündə olub.

    Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Fərid Şabanov saxlanılaraq, istintaqa cəlb olunub. Raul Rəhimov isə bu gün Gəncə şəhərində dəfn edilib.

    Daha ətraflı videoreportajda:

  • Bakı metrosunda sərnişin vəfat etdi

    “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib.

    Median.Az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb.

    Dispetçerin müvafiq tapşırığına uyğun olaraq “Qara Qarayev” stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb.

    İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.