Month: January 2024

  • Rəqabət Məcəlləsi təsdiqləndi – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmana görə, müəyyən edilir ki:

    1.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.37-ci, 1.1.46-cı, 4.4-cü (hər iki halda) maddələrində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci (hər üç halda), 9.3-cü maddələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 13.6-cı, 15.3-cü, 15.6-cı, 16.7-ci, 27.2-ci, 27.3-cü, 28.6-cı maddələrində, 29.7-ci maddəsinin birinci cümləsində, 30.2-ci maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.4-cü, 36.2-ci, 37.1-ci maddələrində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.1.3-cü, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində, 48.3-cü, 48.8-ci, 65.10-cu, 77.8-ci və 77.14-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    1.2. həmin Məcəllənin 4.4-cü (hər iki halda) maddəsində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 15.6-cı, 27.3-cü, 28.6-cı, 48.3-cü, 48.8-ci, 65.10-cu və 77.14-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    1.3. həmin Məcəllənin 1.1.46-cı maddəsində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.3-cü maddəsində, 13.6-cı, 15.3-cü, 16.7-ci, 27.2-ci, 30.2-ci maddələrində, 33.3-cü maddəsinin birinci cümləsində, 36.2-ci maddəsində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

    1.4. həmin Məcəllənin 9.2-ci (ikinci və üçüncü hallarda) və 34.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

    1.5. həmin Məcəllənin 1.1.37-ci maddəsində və 9.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

    1.6. həmin Məcəllənin 29.7-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

    1.7. həmin Məcəllənin 37.1-ci, 44.1.3-cü və 77.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.4. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin:

    2.4.1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 4.4-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları;

    2.4.2. həmin Məcəllənin 11.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları;

    2.4.3. həmin Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, sazişlərin həmin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarları, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları;

    2.4.4. həmin Məcəllənin 15.6-cı maddəsinə uyğun olaraq, müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasını;

    2.4.5. həmin Məcəllənin 27.3-cü və 28.6-cı maddələrinə uyğun olaraq, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını;

    2.4.6. həmin Məcəllənin 48.3-cü və 48.8-ci maddələrinə uyğun olaraq, rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını;

    2.4.7. həmin Məcəllənin 65.10-cu maddəsinə uyğun olaraq, həmin Məcəllənin 65-ci maddəsinə əsasən götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını;

    2.4.8. həmin Məcəllənin 77.14-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 77.1–77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını;

    2.5. aşağıdakı normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan

    Respublikasının Prezidentinə məlumat versin:

    2.5.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 8.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını;

    2.5.2. həmin Məcəllənin 9.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını;

    2.5.3. həmin Məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 13.5-ci maddəsi əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını;

    2.5.4. həmin Məcəllənin 15.3-cü maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları);

    2.5.5. həmin Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını;

    2.5.6. həmin Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi);

    2.5.7. həmin Məcəllənin 30.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan ərizənin formasını;

    2.5.8. həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını;

    2.5.9. həmin Məcəllənin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma qaydasını;

    2.5.10. həmin Məcəllənin 39.7-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının formasını və təqdim edilmə qaydasını;

    2.5.11. həmin Məcəllənin 44.2-ci maddəsinə və 44.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydasını;

    2.5.12. həmin Məcəllənin 46.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, araşdırmanın nəticələrinə dair aktın formasını;

    2.6. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

    Fərmanın 1-ci hissəsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

    Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunla bu linkdən tanış olmaq mümkündür.

  • Mikroavtobuslar avtobus zolağına daxil ola bilərmi? – RƏSMİ AÇIQLAMA

    Qeyri-qanunu sərnişin daşınma ilə məşğul olan mikroavtobuslar avtobus zolağına daxil olarsa cərimə oluna bilərlər.

    Bu barədə Baku.ws-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

    Toğrul Nəsirli qeyd edib ki, bu məsələ Yol Hərəkəti Haqqında Qanunun 48-ci maddəsi ilə tənzimlənir:

    “Orada yalnız əvvəlcədən razılaşdırlmış marşrut xəttində hərəkət edən, müvafiq dayanacaqlarda dayanıb sərnişin düşürüb, sərnişin götürən avtobuslardan söhbət gedir. Digər nəqliyyat vasitələrinin ora daxil olması yolverilməzdir. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunur.

    Digər nəqliyyat vasitələri o halda avtobus zolağına daxil ola bilərlər ki, 1.5 (qırıq-qırıq xətt) nişanlama xətti mövcuddur. O formada daxil olub ən yaxın yol ayrıcından manevr etməlidirlər. Yəni digər hallarda nəzərdə tutulmayan nəqiliyyat vasitələrinin mütəmadi olaraq o zolağa daxil olub hərəkət etməsi yolverilməzdir”.

  • Мирзоян: Армения может в ближайшее время передать Азербайджану новые данные о минах

    Армения может в ближайшее время передать Азербайджану новые данные о минах.

    Как сообщают армянские СМИ, об этом заявил на сегодняшней пресс-конференции министр иностранных дел страны Арарат Мирзоян.

    “Ведутся работы по получению новой информации о возможных заминированных территориях в Карабахе”, – заявил он.

  • Ararat Mirzoyan: “Mina əraziləri barədə yeni məlumat təqdim edə bilərik”

    “Ermənistan Azərbaycana Qarabağda mina əraziləri barədə yeni məlumat təqdim edə bilər”.

    Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bunu istisna etmir.

    “Ərazilərin mümkün minalanması barədə yeni məlumatların əldə olunması üzrə iş aparılır”, – deyə nazir bildirib.

    Mənbə: Sputnik Ermənistan

  • Azərbaycanda nə qədər pul var? – SON RƏQƏMLƏR

    Azərbaycanda 2024-cü ilin yanvarın 1-nə olan məlumata əsasən, 45 milyard 73 milyon 500 min manat dəyərində pul var. 

    Median.Az Mərkəzi Bank-a istinadən xəbər verir ki, bu qədər pulun 65 faizə yaxını banklarda, qalanı banklardan kənarda yerləşir. 

    Banklarda 29,2 milyard manat dəyərində pul var. Bu qədər pulun 19,498 milyardını manatla depozitlər, 9,702 milyard manatını xarici valyutada olan depozitlər təşkil edib. 

    Banklardan kənarda 15,873 milyard manat pul var. 

    Azərbaycanda olan pulun həcmi son bir ildə 2,248 milyard manat və ya 5,25 faiz artıb. Son bir ildə pulun həcminin artması yalnız banklardan kənarda olan pulun miqdarının artması hesabına baş verib. Banklardan kənarda olan pul 2,576 milyard manat artıb ki, bu da 19,3 faiz artım deməkdir. 
    //sfera.az

  • Gəncə sakini aptekdə qəfil öldü

    Oğuz rayonunda ölüm hadisəsi baş verib.

    Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Kənan Əsgərlinin Oğuz rayonunda apteklərin birində qəfildən halı pisləşib.

    K.Ələsgərli dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək olmayıb.

    İlkin ehtimala görə, o, ürək çatışmazlığından ölüb.
    //oxu.az

  • Şirvanda zavodda partlayış: Xəsarət alanlar var

    Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib.

    Hadisə nəticəsində yaralıların olduğu bildirilir.
    //metbuat.az

  • Taxta qiymətləri artacaq? – AÇIQLAMA

    Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.

    Belə ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubmetrini 2019-cu ildə 133 ABŞ dollarına (226 manat), 2020-ci ildə 117 dollara (199 manat), 2021-ci ildə 135 dollara (230 manat), 2022-ci ildə isə 203 dollara (345 manat) almışdı. 2023-cü ildə isə bu rəqəm artıq 213 dolları (362 manat) ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha bahadır.

    Bəs, idxal qiymətlərinin artması daxili bazara necə təsir edəcək?

    Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sektoru üzrə ekspert Ramil Qasımzadə hazırda daxili bazarda taxtanın qiymətinin sabit olduğunu diqqətə çatdırıb.

    Onun sözlərinə görə, hazırda heç bir bahalaşma müşahidə olunmur:

    “Belə ki, bir kubmetr taxta materialının qiyməti 250 manata qədərdir. Ən keyfiyyətli, döşəmə üçün nəzərdə tutulan materiallar isə 280 manatdan baha deyil. Preslənmiş taxta materialının da qiyməti sabitdir və 22-24 manat arasında dəyişir. Qış aylarında isə taxta materiallarına tələbat aşağı düşdüyü üçün qiymət artımı olmur. Buna görə də bazarda dəyəri 230 manata qədər düşə bilir.

    Yuxarıdakı göstəricilər də ola bilsin ki, orta qiymət nisbətində də götürülüb. Ona görə ki, müəyyən dövrlərdə bazarda qıtlıq olanda materialların qiymətində artım baş verə bilir”.

    Müsahibimin fikrincə, yaxın vaxtlarda taxta qiymətlərində bahalaşmanı müşahidə edə biləcəyik:

    “Əvvəllər də belə olub. Rusiyadan idxal olunan materiallarda müəyyən qiymət dəyişiklikləri baş verib. İndi də belə olacaq. Bununla belə, bəzi hallarda sahibkarlar tələb və təkliflərdən asılı olaraq tənzimləmələrə gediblər. Belə ki, təklif çox olan zaman ucuzlaşma, tələb çox olduqda isə bahalaşma baş verib”.

    Bəs, Rusiyadan gələn taxta məhsullarının qiyməti niyə bahalaşıb?

    “Bəzi dövrlərdə bu ölkənin gömrük tariflərində müəyyən qiymət dəyişiklikləri baş verir. Son vaxtlar kütləvi sanksiyalar tətbiq edildiyi üçün ixrac həyata keçirdiyi ölkələrə gömrük güzəştləri etməyə məcbur olub. Çünki həmin ölkələrin çoxu sanksiyalara görə idxal və ixracı dayandırıb ki, onların da əksəriyyəti Avropa ölkələrdir.

    Eyni zamanda, Qərb şirkətlərinin çoxu Rusiya bazarını tərk etdiyi üçün böyük bir boşluq yaranıb. Ancaq son vaxtlar əksəriyyətinin müxtəlif brendlər adı ilə geri qayıtması ilə bağlı məlumatlar dolaşmaqdadır. İkinci səbəb rublun möhkəmlənməsi və qorunması üçün atılan addımlarla bağlı ola bilər”, – ekspert qeyd edib.

  • Azərbaycana gələn ərəb turistlərin sayı AZALIB

    Pandemiyadan sonra ilk dəfə olaraq 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq, 2 milyon 85 min nəfər olub.
     
    Bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
     
    Onun sözlərinə görə, ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb: “Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5, Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb. Bu isə ondan xəbər verir ki, Asiya ölkələrində Azərbaycan turizminə maraq artıb. Bununla belə, yenə də say baxımdan Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür. Turistlərin 30,0 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi isə İrandan gəlib. İlk beşlikdə Hindistan və Gürcüstan da yer alıb”.
     
    Deputat bildirib ki, 2023-cü ildə Azərbaycana gələn ərəb turistlərin sayı əvvəlki ilə müqayisədə azalıb. “Turizm, enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il – 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləyiblər. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.
    //sfera.az

  • Sabunçuda yanğın OLDU

    Bakı şəhərinin Sabunçu rayonunda mağazada yanğın olub.
     
    Median.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 330 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində sahəsi 30 m² olan otaqda 1 ədəd kondisioner, rəf və stol yanıb. Otağın qalan hissəsi və bitişik sex yanğından mühafizə olunub.
     
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.