Month: January 2024

  • Xırdalanda 42 mənzil 70-dən çox adama satılıb? – İDDİA (VİDEO)

    Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən binada bir mənzil bir neçə nəfərə satılıb.

    Sakinlər bildiriblər ki, burada yerləşən 42 mənzil 70-dən çox adama satılıb.

    Lakin bu problem illərdir ki, öz həllini tapmır.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Bakıda sarılıq təhlükəsi: İki qəsəbədə yoluxanların sayı çoxalır – VİDEO

    Son günlərdə paytaxtın bir sıra qəsəbələrində sarılıq xəstəliyi kimi tanınan Hepatit A virusuna yoluxma halları müşahidə olunur.

    Sakinlər isə yoluxmanın Bakının Əmircan və Bülbülə qəsəbələrində verilən su vasitəsilə yayıldığını iddia edirlər.

    Onların sözlərinə görə, hər iki qəsəbədə sarılığa yoluxanların sayı çoxdur.

    Daha ətraflı İTV-nin süjetində:

  • В Канаде арестовали пытавшихся переправить угнанные автомобили в Азербайджан и Грузию

    В Канаде арестованы члены группировки, пытавшейся переправить угнанные автомобили в Азербайджан и Грузию, сообщила местная полиция.

    Согласно информации, 11 подозреваемым были предъявлены обвинения почти в 100 преступлениях после месячного расследования угонов машин в Торонто (Онтарио).

    Региональная полиция Йорка заявила, что обнаружила 52 угнанных автомобиля после серии обысков в нескольких городах за последние два месяца.

    Следователи заявили, что преступная группировка угоняла дорогие транспортные средства и планировала отправить их в отдаленные страны, такие как Азербайджан и Грузия.

    Источник: cp24.com

  • Kanadada oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyənlər həbs edildilər

    Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs ediliblər.

    Bu barədə yerli polis məlumat yayıb.

    Məlumata görə, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib.

    York Regional Polisi son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bəyan edib.

    Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup bahalı avtomobilləri hədəf seçərək, nəqliyyat vasitələrini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıblar.

    Şübhəli şəxslərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb.

    Mənbə: cp24.com

  • Bakıda yaşayış binasının zirzəmisinə çirkab su dolur – VİDEO

    Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə kanalizasiya suyu dolub.

    Sakinlərin sözlərinə görə, binanın blokuna daxil olmaq mümkünsüzdür.

    Ətraflı isə üfunət qoxu bürüyüb.

    Bəs problem niyə həll edilmir?

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Арзу Алиева отмечает день рождения

    Сегодня президент Baku Media Center Арзу Алиева отмечает свой день рождения.

    Арзу Алиева родилась 23 января 1989 года.

    Среднее образование она получила в 1995-2006 годах в бакинской школе №160, а высшее – в Швейцарии и Великобритании.

    У Арзу Алиевой, которая 3 сентября 2011 года вышла замуж за азербайджанского бизнесмена Самеда Гурбанова, двое детей.

    Коллектив Median.Az поздравляет Арзу Алиеву с днем рождения, желает ей здоровья и успехов!

  • Arzu Əliyevanın doğum günüdür

    Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.

    Arzu Əliyeva 1989-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.

    Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.

    2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.

    İki övladı var.

    Median.Az kollektivi adından Arzu Əliyevanı təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!

  • ÜST: 28 gün ərzində dünyada COVID-ə yoluxma halları artıb

    2023-cü il dekabrın 11-dən 2024-cü il yanvarın 7-dək COVID-19 infeksiyasına yoluxma halları əvvəlki dörd həftə ilə müqayisədə dörd faiz artıb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    Ən çox yoluxma halı Rusiya Federasiyasında qeydə alınıb.

    Qeyd olunur ki, dünya üzrə koronavirusa yoluxma halları 26 faiz azalıb.

    Mənbə: osnmedia.ru

  • В Агджабединском районе произошла авария: есть пострадавшие

    В Агджабединском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает АПА, случай зарегистрирован в селе Поладлы.

    Согласно информации, автомобиль марки ВАЗ-2106 столкнулся с грузовиком “ГАЗель”.

    В результате аварии травмы получили пассажиры обоих транспортных средств – Ясемен Гулиева (1998 г.р.), Рагсана Алескерова (1998 г.р.), Кянан Наибов и Ряван Наджафов (оба 1982 г.р.).

    Пострадавшие были госпитализированы в Агдамскую центральную районную больницу.

    По данному факту проводится расследование.

  • Ağcabədidə qəza: Xəsarət alanlar var

    Ağcabədidə minik və yük avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

    Hərəkətdə olan VAZ 2106 markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub.

    Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Yasəmən Məmməd qızı Quliyeva, 1998-ci il təvəllüdlü Rəqsanə Natiq qızı Ələsgərova, 1982-ci il təvəllüdlü Kənan Əvəz oğlu Nayibov və Rəvan Gülşad oğlu Nəcəfov müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.