Month: January 2024

  • Rusiyada meymunçiçəyi virusuna iki yoluxma qeydə alınıb

    Rusiyanın Sankt-Peterburq şəhərində Çindən gələn turistlər arasında meymunçiçəyinə iki yoluxma halı aşkarlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Rospotrebnadzor şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

    “Xəstəlik Honq-Konq (Çin Xalq Respublikası) inzibati rayonuna turist səfərindən qayıdan iki nəfər meymunçiçəyinə yoluxub”, – məlumatda deyilir.

    Endemik virusun yaratdığı nadir xəstəliklərdən olan meymunçiçəyi Konqo və Qərbi Afrika növü olaraq ikiyə ayrılır. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

  • В Парламенте Турции может пройти голосование по вступлению Швеции в НАТО

    Генеральная ассамблея турецкого парламента может завтра провести обсуждение и голосование по вопросу вступления Швеции в НАТО.

    Как передает Median.Az, об этом сообщил CNN Turk.

    По информации корреспондента турецкого телеканала, протокол о вступлении Швеции в НАТО планируется включить в повестку.

    Напомним, что Швеция в 2022 году подала заявку на вступление в НАТО. Турция, будучи членом альянса, поставила условия, которые Стокгольм должен был выполнить, чтобы Анкара ратифицировала вступление. В конце октября 2023 года Эрдоган передал на рассмотрение турецкого парламента пакет документов о ратификации вступления Швеции в НАТО.

  • Türkiyə parlamenti sabah İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirəcək

    Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası sabah İsveçin NATO-ya qəbulu ilə bağlı müzakirə və səsvermə keçirəcək.

    Median.Az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

    Məlumata görə, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun gündəliyə salınması planlaşdırılır.

    Xatırladaq ki, 2022-ci ilin dekabrın 26-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin alyansa qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.

    İndi bütövlükdə parlament daxilində bununla bağlı səsvermə keçirilməlidir. Onun təsdiqi üçün deputatların səs çoxluğu kifayətdir.

    Belə ki, 600 yerlik parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları çoxluq təşkil etdiyi üçün hakim partiyanın istəyi yekun qərara təsir edəcək.

  • Biləsuvarda dəm qazından zəhərlənən şəxs: “Çölə çıxmağa da imkan olmadı” – VİDEO

    Ötən gün Biləsuvarda dəm qazından zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.

    Zəhərlənən şəxs Rəfiqə Babayeva bildirib ki, dəm qazı ailə üzvlərinə eyni vaxtda təsir göstərib və onlar yıxılıblar:

    “Qəfədan qoymuşdum, bacım altını söndürdü. Uşaq da yanında idi. Ola bilsin, qazı səhvən o açıb. 10 dəqiqə içində qazdan zəhərləndik. Çölə çıxmağa imkan olmadı. Telefona əl atıb təcili yardıma zəng etdim”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı MƏHKƏMƏ: Şübhəlilər ifadə verib – FOTO

    Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri zərərçəkmiş Fazil Mustafanın məhkəmədə iştirak etməsi ilə bağlı vəsatətin təmin olunmasını istəyiblər.

    Emin Əliyarovun vəkilləri – Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın prosesdə iştirak etməməsinə etiraz bildirməyiblər.

    Hakim deyib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı olmadan iclas davam etdirilir, lakin növbəti iclaslarda lazım olsa, Fazil Mustafanın iştirakı təmin olunacaq.

    Daha sonra prokuror Orxan Kəngərli ittiham aktını açıqlayıb. İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən “Hüseyniyyun” qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər.

    Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.

    Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Sarıcanova verib.

    Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapança silahını Rəşad Əhmədov, avtomat silahı isə Səbuhi Şirinova verib.

    Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya yeddi dəfə atəş açıb.
    Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

    Hadisədən sonra Azər Sarıcanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.

    Dəstə üzvləri terror aktından başqa Azərbaycanda müxtəlif ünvanlarda olan hərbi təyinatlı obyektlər barədə məlumatları da İranda tanış olduqları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüblər.

    İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.

    Azər Səricanov Fazil Mustafanın odlu silahla vurulmasına özü göstəriş verdiyini təsdiqləyib. Bildirib ki, deputatın dinlə bağlı səsləndirdiyi fikirlər, sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarı verib.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib: “Tapşırdım ki, ailəsinin, uşaqlarının yanında hadisəni törətməsin. Buna görə də hadisənin törədilməsi vaxtı bir qədər uzandı”.

    Azər Səricanov qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər: “Bu səbəbdən əvvəldən danışdıq ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim. Dedi ki, bu, nə puldur?”

    O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dolların ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib.

    Azər Səricanov əlavə edib ki, avtomatdan başqa, tapançası da olub. Həmin tapançanı 2022-ci ildə təqsirləndiriən Emin Əliyarovdan alıb. Millət vəkilinə qarşı sui-qəsd vaxtı təqsirləndirilən Rəşad Əhmədova verib. O da hadisə yerində olub.

    Növbəti proses fevralın 16-da davam edəcək.

    Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Fazil Qəzənfər oğlu Mustafana yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.

  • NATO-nun hərbi dəniz qrupu dörd gəmi ilə Litvaya daxil olub

    NATO Hərbi Dəniz Qüvvələrinin daimi hazırlıq qrupunun dörd gəmisi Litvanın Klaypeda dövlət dəniz limanına daxil olub.  

    Bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.

    “Şimali Atlantika Alyansının mühüm döyüş bölməsinin tərkib hissəsi olan üzv ölkələrin gəmilərinin səfəri Litvanın NATO ilə əlaqələrinin gücünü və alyansdakı mühüm yerimizin olduğunu vurğulayır”, – məlumatda deyilir.

    Bildirilir ki, hərbi dəniz qrupuna İspaniya, İtaliya və Almaniya gəmiləri daxildir. Daimi hazırlıq donanması qrupu müntəzəm komanda tapşırıqlarını yerinə yetirir və böhran vəziyyətlərində əraziyə cəlb oluna bilər.

    Mənbə: TASS

  • Qəbələ sakinləri odlu silahları polisə təhvil veriblər

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib.

    Bu barədə “Repor”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

  • Корабли НАТО зашли в литовский порт Клайпеда

    Четыре корабля из состава группы постоянной готовности ВМС НАТО зашли в Клайпедский государственный морской порт Литвы.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщило командование армии балтийской республики.

    “Визит кораблей стран – членов НАТО, входящих в важную боевую единицу Североатлантического альянса, подчеркивает прочность связей Литвы с НАТО и признание нашего важного места в альянсе”, – говорится в сообщении.

    В литовский порт зашли фрегаты Испании Almirante Juan De Borbon и Италии Luigi Rizzo, а также корабли логистического обеспечения Cantabria (Испания) и Bonn (Германия).

    Группа ВМС постоянной готовности сформирована из делегируемых в нее кораблей стран – членов НАТО. Они выполняют текущие задачи командования, а также могут быть задействованы в кризисных ситуациях.

  • NATO gəmiləri Litvanın Klaypeda limanına daxil olub

    NATO Hərbi Dəniz Qüvvələrinin 4 gəmisi Litvanın Klaypeda dəniz limanına daxil olub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.

    Bunlar İspaniyanın “Almirante Juan De Borbon” və “Luici Rizzo” freqatları, həmçinin “Cantabria” (İspaniya) və “Bonn” (Almaniya) logistik gəmiləri Litva limanına daxil olub.

    Daimi hazırlıq donanması qrupu NATO üzvü olan ölkələrin ona həvalə edilmiş gəmilərindən yaradılır. Onlar müntəzəm komanda tapşırıqlarını yerinə yetirirlər və böhran vəziyyətlərində də cəlb oluna bilərlər.

  • Yayımlanan cizgi filmləri uşaqları təhlükəyə aparır? – ARAŞDIRMA + VİDEO

    Sosial şəbəkələrdə xüsusən uşaqlar arasında məşhur olan “Skibidi” çoxseriyalı cizgi filmi nümayiş olunur.

    “YouTube” bu cizgi filmini 2023-cü ilin əsas trendi kimi qeyd edib.

    Mütəxəssislər isə ekran işində zorakılıq faktlarının çox olduğunu deyirlər. Rusiyada valideyn sözügedən cizgi filminin uşaqlara mənfi təsir göstərdiyini əsas gətirərək, yayımının bloklanması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

    Ata filmin yaradıcı heyətinin yoxlanılması tələbini irəli sürüb. Azərbaycanda da “Skibidi” izləyənlərin sayı az deyil.

    Bəs, bu məzmunda cizgi filmləri uşaqlar üçün niyə təhlükəli hesab olunur?

    Ətraflı Baku TV-nin süjetində: