Month: January 2024

  • Сборная Азербайджана по настольному теннису впервые примет участие в чемпионате Европы

    Сборная Азербайджана по настольному теннису (U-21) впервые примет участие в чемпионате Европы.

    Как сообщает Report, на континентальном первенстве, которое пройдет в столице Северной Македонии Скопье, нашу страну будут представлять две спортсменки.

    Земфира Микаилова и Ляман Абдулгамидова выступят в соревнованиях под руководством тренера национальной команды Фархада Исмайылова. Обе теннисистки завоевали право на участие в чемпионате на основании личного рейтинга.

    Отметим, что ЧЕ пройдет 24-28 января.

  • Stolüstü tennis yığmamız ilk dəfə Avropa çempionatına qatılacaq

    21 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan yığması ilk dəfə Avropa çempionatına qatılacaq.

    “Report” xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək qitə birinciliyində ölkəmizi 2 idmançı təmsil edəcək.

    Millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında Zemfira Mikayılova və Ləman Abdulhəmidova yarışda mübarizə aparacaqlar. Hər iki idmançı şəxsi reytinqlərinə əsasən iştirak hüququna yiyələniblər.

    Qeyd edək ki, sabah startı veriləcək Avropa çempionatına yanvarın 28-də yekun vurulacaq.

  • AYNA обратилась к водителям с предупреждением

    Движение других транспортных средств по полосе, предназначенной для движения маршрутных автобусов, создает административную ответственность.

    Об этом говорится в предупреждении Агентства наземного транспорта Азербайджана (AYNA).

    Отмечается, что в отношении водителей, создающих препятствия для движения общественного транспорта, осуществляются соответствующие меры.

    AYNA призывает водителей соблюдать требования автобусных полос.

  • AYNA sürücülərə xəbərdarlıq edib

    “Avtobusların hərəkəti üçün nəzərdə tutulan zolaqda digər nəqliyyat vasitələrinin hərəkət etməsi inzibati məsuliyyət yaradır”.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xəbərdarlığında deyilir.

    Qeyd olunur ki, ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülərə qarşı aidiyyəti qurum tərəfindən qanunamüvafiq tədbirlər həyata keçirilir.

    AYNA sürücüləri avtobus zolaqlarının tələblərinə riayət etməyə çağırır.

  • Orqanizmdə qəhvə çoxluğu ürəyi məhv edir

    Ürək-damar sistemini sıradan çıxaran faktorlar çoxdur və həkimlər hər dəfə birini artırır.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Zaur Şuquşev ən birinci zərərin siqaret olduğunu bildirib.

    “Siqaretdə olan tütün tüstüsü damarların divarını mikro zədələyir. Eləcə də ürəyə kofein və stress pis təsir edir. Bu adamlarda tromb əmələ gəlməsi 2 dəfə artır, nəticədə insult və infarkt riski yüksəlir. Gərgin stress, təlaş və ağır iş rejimində olan orqanizm tükənir və artıq stresə davamlı olmur. Bunun üçün yuxu və istirahət rejimini qaydaya salmalı, piyada gəzməli və yüngül idmanla məşğul olmaq lazımdır. Alkoqol, siqaret və stresi minimuma endirməlisiz. Yaxşı, keyfiyyətli bir qəhvə müəyyən miqdarda ürəyin işinə yaxşı təsir edir, amma bu da gündə 2 fincandan artıq olmamalıdır. Açıq havada sürətli templə gəzinti ürəyi və beyini oksigenlə doydurur. Qanda qlükoza və xolesterinin miqdarını nəzarətdə saxlamaq lazımdır”.

  • Госдеп: США заинтересованы в переговорах по нормализации отношений между Баку и Ереваном

    США заинтересованы в проведении переговоров по нормализации отношений между Азербайджаном и Арменией.

    Как передает Report, об этом в ходе брифинга заявил первый заместитель пресс-секретаря Госдепартамента США Ведант Патель.

    “Это то, над чем мы будем очень усердно работать, чтобы достичь финишной черты в тесной координации с Азербайджаном, Арменией и другими сторонами, задействованных в этом вопросе” – сказал он отвечая на вопрос журналиста.

  • Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıdır

    ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıdır.

    “Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

  • “Fəryad”ın “Aşot”u – Arvadı evdən qovdu, hepatitə yoluxdu, qocalar evində öldü – VİDEO

    Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

    Verilişin budəfəki buraxılışında mərhum aktyor Fikrət Məmmədovdan bəhs olunub.

    O, 1956-cı ilin yanvarın birində dünyaya gəlib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub.

    Azərbaycanın tanınmış bəstəkarı və tarzəni Ağası Məşədibəyovun nəvəsidir. Kinostudiyada Fikrəti həmişə “Fika” deyə çağırıblar. Ən yaddaqalan obrazı isə “Fəryad” filmindəki “Aşot” olub.

    Ailə həyatı uğursuz olan Fikrət Məmmədov həyat yoldaşı tərəfindən evdən qovulub. Verilişlərin birində qonaq olan aktyor deyirdi:

    “Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da, 15 ildir ki, küçələrdəyəm. İndi skamyada yatıram, qonşular yemək verir. Qəzaya düşmüşəm, çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm, səhnəyə çıxmağa utanıram”.

    Səhhətində ciddi problemlər yaranan aktyor Hepatit virusuna da yoluxur. O, bir müddət bir saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Xəstəxanadan maddi durumu yetərli olmadığı və lazımi dərmanları ala bilmədiyi üçün çıxmalı olur.

    Bronxial astma xəstəliyindən də əziyyət çəkən aktyor 2021-ci il aprelin 5-də (65 yaşında) ömrünün son illərini yaşadığı Bilgəhdə yerləşən “Qocalar evi”ndə vəfat edib.

    Ətraflı süjetdə:

  • Nazirlik: Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlar təsdiqini tapmayıb

    Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılmışdır.

    Bu barədə “Report”a Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Belə ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb.

    Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.

    “Bir daha qeyd edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb”, – nazirlikdən bildirilib.

  • В России выявили два случая оспы обезьян

    Два случая заболевания оспой обезьян выявлены в Санкт-Петербурге у туристов, прибывших из Китая.

    Как передает Report, об этом сообщил ТАСС со ссылкой на пресс-службу городского управления Роспотребнадзора.

    “Управление Роспотребнадзoра по Санкт-Петербургу инфoрмирует o выявлении двух случаев oспы обезьян у туристoв, прибывших из Китая. Забoлевание диагнoстировано у двух мужчин, вeрнувшихся из туристическoй поездки в aдминистративный oкруг Гонкoнг (Китaйская Нaродная Республикa)”, – говорится в сообщении, опубликованном в Telegram-канале ведомства.