Month: January 2024

  • ПАСЕ избрала нового президента

    Парламентская ассамблея Совета Европы (ПАСЕ) избрала греческого политика Теодороса Руссопулоса своим новым президентом, сообщила член постоянной делегации Верховной Рады в ПАСЕ Евгения Кравчук (фракция “Слуга народа”).

    “Январская сессия ПАСЕ официально стартовала. И уже первые новости: Теодорос Руссопулос – новый президент Парламентской ассамблеи Совета Европы… Он был единственным кандидатом”, – написала Кравчук на своей странице в Facebook в понедельник.

    До этого, по ее словам, греческий политик Теодорос Руссопулос был вице-президентом группы EPP и председателем комитета ПАСЕ по миграции, беженцев и перемещенных лиц.

    Источник: “Интерфакс-Украина”

  • AŞPA-ya yeni prezident seçilib

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) yunan siyasətçisi Teodoros Russopulosu yeni prezident seçib.

    Bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Yevgeniya Kravçuk məlumat yayıb.

    “AŞPA-nın yanvar sessiyası rəsmən başlayıb. İlk xəbər Teodoros Russopulosun Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti seçilməsidir. O, yeganə namizəd olub”, – deyə Kravçuk bildirib.

    Onun sözlərinə görə, bundan əvvəl yunan siyasətçi Teodoros Russopulos Avropa Xalq Partiyası Qrupunun vitse-prezidenti və AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsinin sədri olub.

    Mənbə: interfax

  • Tanınmış model Razi Əliyevanı döyməkdə təqsirləndirilən şəxs özünü günahkar bilməyib

    Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynovun məhkəməsinin baxış iclası keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

    Təqsirləndirilən şəxs Ziya Hüseynzadə ona edilən ittihamla özünü təqsirli bilməyib.

    O bildirib ki, ona irəli sürülən bütün epizodlar üzrə sübutları məhkəmə istintaqı dövründə təqdim edilərək əsaslandırılacaq.

    Daha sonra hakim bildirib ki, iş üzrə ilk olaraq şahidlər ifadə verməlidirlər.

    Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.
    Xatırladaq ki, hadisə bu ilin mayında baş verib. Belə ki, iş adamı Ziya Hüseynzadə keçmiş model sevgilisi Raziyyat (Razi) Əliyevanı döyərək ona hədə-qorxu və şantaj etməkdə təqsirləndirilib.

    Belə ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da “Instagram”da yayıb.

    Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.

    Qeyd edək ki, Ziya Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.

  • Tərtərdə 3 uşaq anası intihar edib

    Tərtərdə intihar hadisəsi olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaynaq kəndində qeyd alınıb.

    Belə ki, kənd sakini – 1991-ci il təvəllüdlü Bəhmənli Pərvanə Sovet qızı yaşadığı evdə intihar edib. Onun 3 övladı var.

    Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

  • Польский политолог: Азербайджан разделяет цели экологической повестки Европы

    Каждый кубометр азербайджанского газа, купленный любой европейской страной, служит польским интересам. Примечательно и то, что Азербайджан разделяет цели экологической повестки Европы, разработав амбициозные планы перехода к “зеленой” экономике.

    Об этом Report заявил польский политолог и профессор факультета истории и международных отношений Университета Святого Иосифа в Бейруте Якуб Корейба.

    “Чем больше газа Италия, Болгария или Венгрия покупают у Баку, тем меньше они это делают у Москвы, и это приводит к минимизации политических рисков для Польши. Вот почему Варшава рассматривает отношения с Баку в более широком контексте: больше азербайджанских энергоресурсов на европейском рынке означает не только дальнейшее процветание, но и больше безопасности”, – сказал он.

    По мнению профессора, достичь европейского стандарта социального и экономического развития на горизонте текущего поколения невозможно без стабильного и доступного доступа к энергии.

    “Это означает, что не только Польша, но и вся Центральная Европа не смогут реализовать свои стратегические цели без стратегического партнерства с Баку”, – добавил он.

    Корейба подчеркнул, что получение энергоносителей из других стран технически возможно, но со стратегической точки зрения Азербайджан является оптимальным партнером. При этом чем богаче и сильнее Азербайджан, тем больше это соответствует польским интересам, в том числе и политическим.

    “Получение энергоносителей из других стран и регионов оказалось либо экономически невыгодным, либо политически рискованным. Например, платить России или Ирану за нефть и газ представляет собой стратегическую и моральную дилемму для таких стран, как Польша. В то же время подобный обмен с Баку прагматичен и рационален: вы не только получаете необходимый вам товар, но и платите за него стране, которая разделяет с вами общее стратегическое видение… Вот почему Варшава рассматривает отношения с Баку в более широком контексте”, – добавил профессор.

    По словам эксперта, эти вопросы еще более актуальны с точки зрения европейской экологической повестки, поскольку ее генеральную линию и цели разделяет Азербайджан, который разработал амбициозные планы перехода к “зеленой” экономике. Как известно, Азербайджан примет у себя следующую сессию конференции ООН по изменению климата СОР29, что делает ожидаемым усиление “зеленых” тенденций в стране.

    “Очевидно, что Азербайджан является региональным лидером, и без него невозможен справедливый порядок на Южном Кавказе и в Центральной Азии. Никакое взаимовыгодное сотрудничество между этими регионами и Европой невозможно без Баку. Вот почему Польша стремится укреплять не только двусторонние отношения, но и старается способствовать более широкому стратегическому партнерству между Азербайджаном и странами ЕС”, – заключил Я.Корейба.

  • Polşalı politoloq: “Azərbaycan Avropanın ekoloji gündəliyini bölüşür”

    “Avropa ölkələrinin aldığı Azərbaycan təbii qazının hər kubmetri Polşanın maraqlarına xidmət edir. Həmçinin diqqətəlayiq haldır ki, Azərbaycan yaşıl iqtisadiyyata keçidlə bağlı iddialı planlar hazırlayaraq Avropanın ekoloji gündəliyini bölüşür”.

    Bunu “Report”a açıqlamasında polşalı politoloq, Beyrutdakı Sent-Jozef Universitetinin Tarix və Beynəlxalq Münasibətlər fakültəsinin professoru Yakub Koreyba deyib.

    “İtaliya, Bolqarıstan və ya Macarıstan Bakıdan nə qədər çox təbii qaz alırsa, Moskvadan bir o qədər az “mavi yanacaq” alır. Bu isə Polşa üçün siyasi risklərin minimuma enməsinə gətirib çıxarır. Buna görə də Varşava Bakı ilə münasibətləri daha geniş kontekstdə nəzərdən keçirir: Avropa bazarında daha çox Azərbaycan enerji resursları çiçəklənmək, daha çox təhlükəsizlik deməkdir”, – deyə o vurğulayıb.

    Politoloqun sözlərinə görə, indiki nəslin üfüqündə sosial-iqtisadi inkişafın Avropa səviyyəsinə çatması enerjiyə sabit və sərfəli çıxış olmadan mümkün deyil:

    “Bu o deməkdir ki, Bakı ilə strateji tərəfdaşlıq olmadan nə Polşa, nə də Mərkəzi Avropa öz strateji hədəflərini reallaşdıra bilməyəcək”.

    Professor qeyd edib ki, digər ölkələrdən enerji resurslarının alınmasının texniki cəhətdən mümkündür, lakin strateji baxımdan Azərbaycanın optimal tərəfdaşdır:

    “Eyni zamanda, Azərbaycan nə qədər zəngin və güclüdürsə, bu, Polşanın, o cümlədən onun siyasi maraqlarına bir o qədər uyğundur”.

    “Başqa ölkələrdən və regionlardan enerji resursları əldə etmək ya iqtisadi cəhətdən sərfəli, ya da siyasi baxımdan riskli olub. Məsələn, neft və qaz üçün Rusiyaya və ya İrana pul ödəmək Polşa kimi ölkələr üçün strateji və mənəvi dilemma yaradır. Eyni zamanda, Bakı ilə belə bir mübadilə praqmatik və rasionaldır: siz nəinki ehtiyacınız olan malları alırsınız, həm də onların haqqını sizinlə ümumi strateji baxışı paylaşan ölkəyə ödəyirsiniz… Buna görə də Varşava Bakı ilə münasibətlərə daha geniş kontekstdə baxır”, – deyə o bildirib.

    Ekspert əlavə edib ki, bu məsələlər Avropanın ekoloji gündəliyi baxımından daha aktualdır, çünki onun ümumi xətti və məqsədləri yaşıl iqtisadiyyata keçidlə bağlı iddialı planlar hazırlamış Azərbaycanla eynidir:

    “Bildiyiniz kimi, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək ki, bununla da ölkədə yaşıl tendensiyaların güclənməsi gözlənilir”.

    “Aydındır ki, Azərbaycan regional liderdir. Onsuz Cənubi Qafqazda və Mərkəzi Asiyada ədalətli nizam-intizam mümkün deyil. Bu regionlarla Avropa arasında heç bir qarşılıqlı faydalı əməkdaşlıq Bakısız mümkün deyil. Buna görə də Polşa təkcə ikitərəfli münasibətləri gücləndirməyə deyil, həm də Azərbaycan və Aİ ölkələri arasında daha geniş strateji tərəfdaşlığı təşviq etməyə çalışır”, – deyə politoloq bildirib.

  • Prorektorun qətlini sifariş edən rektor: “Deyirdi ki, səni bir yolla həbs etdirəcəyəm” – İTTİHAM AKTI

    Ləğv olunmuş “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, eləcə də Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

    İstintaq materiallarına əsasən, universitetin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Təqsirləndirilən şəxs Müşfiq Atakişiyev ona edilən ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilən şəxslər – Samir Quliyev və Dəyanət Quliyev isə özlərini təqsirli biliblər.

    Daha sonra təqsirləndirilən Samir Quliyev ifadə verib. Onun sözlərinə görə, hadisəni 2011-ci ilin sentyabrın əvvəllərində törədib:

    “Təqsirləndirilən şəxs Dəyanət Quliyevlə İmişli rayonunda bir məhəllədə böyümüşük, uşaqlıqdan dostluğumuz olub. Dəyanət mənə dedi ki, bir nəfər var, məni və dayımı təhdid edir. Məni aparıb o şəxsin həmişə idman etdiyi yeri göstərdi. Ancaq onun kimliyi və ya şəxsiyyəti barədə qəti heç nə demədi. Onu bir neçə gün idman yürüşü etdiyi yerdə izlədim. Tək olduğu anda arxadan yaxınlaşıb Dəyanətin mənə verdiyi dəmir dəyənəklə başının arxasına 2 güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşdım. Sonra taksiyə oturub birbaşa İmişliyə getdim. İşin icrası ilə bağlı Dəyanətə məlumat verdim. Hadisədən 3 il sonra onunla cəmi 1 dəfə görüşdük. Mənə əvvəlcədən demişdi ki, əgər tutulsan, həbsxanada sənə baxacağam. Arada mənə 300, 500 və ya 1000 manat verirdi”.

    Daha sonra digər təqsirləndirilən şəxs Dəyanət Quliyev dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Samir Quliyev onun uşaqlıq dostu, Müşfiq Atakişiyev isə dayısıdır:

    “Yüngül biznesim olub və Samirə hər zaman maddi-mənəvi dəstək göstərmişəm. Rəhmətlik Tariyel Əhmədovla çox yaxşı münasibətim olub. Lakin son vaxtlar fikir verdim ki, mənə qarşı da soyuqluğu var. Samirlə görüşüb dedim ki, bir nəfər var, məni incidir və onu yaxşıca əzişdirməyini istəyirəm. O isə buna etiraz etmədi və maşınımın baqajından dəmir borunu ona verdim. Daha sonra Samiri mərhumun həmişə idman etdiyi əraziyə aparıb onu uzaqdan tanış etdim. Polisdən öz istəyimlə çıxmışam. Daha sonra dayım təqsirləndirilən şəxs Müşfiq Atakişiyevdən 4 min manat pul istədim. Çoxlu borcum var idi, özümü öldürmək istəyirdim. “102”yə zəng edərək hadisəni özüm etiraf etmişəm”.

    Prosesdə ifadə verən təqsirləndirilən şəxs Müşfiq Atakişiyev əvvəllər mərhum Tariyel Əhmədovla möhkəm dostluq münasibətlərinin olduğunu və onun qətlini sifariş vermədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mərhumla münasibətlərinin pisləşməsi o, rektor təyin olunandan sonra olub:

    “Tariyel Əhmədov mənim rektor təyin edilməyimə qısqanclıqla yanaşırdı. Deyirdi ki, səni bir yolla həbs etdirəcəyəm. O, hər zaman düşünürdü ki, mən onu aldadıram. Onun güclü əlaqələri olduğu üçün məni həbs etdirmək potensialı var idi. Məni şantaj edirdi. Təqsirləndirilən şəxs Dəyanət Quliyev mənim bacım oğludur. Ona atalıq etmişəm və o ailəyə mən baxmışam. Mən 2011-ci ilin avqustunda məzuniyyətdən qayıdanda dedilər ki, sentyabrda Tariyeli sənin yerinə təyin edəcəklər. Dəyanəti çağırıb dedim ki, o adama elə xəsarət yetir ki, 2 ay işə çıxmasın. Dəfələrlə dedim ki, onu öldürmə, çünki işi məndən biləcəklər. Mən özümü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmirəm. Bu hadisədən sonra Dəyanət məndən 4 min manat pul istədi. Mənə dedi ki, qumarda pul uduzub, təcili lazımdır, mən isə qumar amilinə görə vermədim. O dedi ki, özümü öldürəcəyəm və hər şeyi polisə deyəcəyəm”.

    Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.

  • Bu dərmanları özbaşına içmək ölümlə nəticələnə bilər – AÇIQLAMA (VİDEO)

    Bakıda 25 yaşlı qız sakitləşdirici dərman qəbul etdikdən sonra dünyasını dəyişib. Onun ölümünə artıq doza səbəb olub.

    Sakitləşdirici dərmanlardan istifadə cəmiyyətdə geniş yayılıb. Bəzləri bunu həkim məsləhəti ilə etsə də, bəziləri bu dərmanları kor təbbi qəbul edir.

    Həkimlərin rəyi və məsləhəti olmadan bu dərmanlardan istifadə olduqca təhlükəlidir.

    Nevroloq Ülviyyə Səlimova arb tv-yə bildirib ki, həkim rəyi olmadan içilən dərmanlar xəstələrin durumunun daha ağırlaşmasına səbəb ola bilər.

    Ətraflı videomaterialda izləyə bilərsiniz:

  • Hövsanda qrup halında narkotik qəbul edilən ev aşkarlandı: Tutulanlar var – FOTO/VİDEO

    Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb.

    Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda bürünc medal qazanmış cüdoçu qəflətən vəfat edib

    Kubalı cüdoçu Mariset Espinoza qəflətən dünyasını dəyişib.

    AZƏRTAC Kuba mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı idmançının ölümünə infarkt səbəb olub.

    Ölkəsinin cüdo tarixində özünəməxsus yeri olan M.Espinoza 63 kiloqram çəki dərəcəsində Panamerika Oyunlarında iki dəfə qızıl medal qazanıb. Bundan başqa, o, Azərbaycan, Çin, ABŞ, Yaponiya, Braziliya, Belçika, Panama və İtaliyadakı yarışlarda mükafatçılar sırasına düşüb.

    Cüdoçu 2016-cı ildə Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.