Month: January 2024

  • Oqtay Şirəliyevdə xərçəng aşkarlanıb – Vəziyyəti ağırdır

    Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik. Nazirin müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.

    Median.Az “Bakupost”a istinadən xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.

    Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

    Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

    Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.

  • Yevlax polisi əməliyyat keçirdi: Silah-sursat və narkotik vasitələr aşkar edildi

    Yevlax rayonunda silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və üç ədəd patron aşkar edilərək götürülüb.

    Bundan başqa, polis əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb. Onlardan ümumilikdə iki kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

    Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

  • Ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

    Gürcüstan ötən il 41 Azərbaycan vətəndaşını deportasiya edib.

    APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

    Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə 4, dördüncü rübündə isə 5 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 19-u yetkinlik yaşına çatmayanlar olub.

    Gürcüstan ötən il ümumilikdə 190 əcnəbini deportasiya edib.

  • Hərbi xidmətdən yayınma ilə bağlı 20 cinayət işi açılıb – BİRGƏ MƏLUMAT

    Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı dövlət qurumları tərəfindən birgə mübarizə davam etdirilir və bu istiqamətdə prokurorluq orqanları tərəfindən kəsərli tədbirlər həyata keçirilir.

    Bu barədə Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) birgə məlumat yayıb.

    Belə ki, SHXÇDX-dən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb.

    Qeyd edilən faktlarla bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən altısı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.

    Bundan başqa, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün SHXÇDX-nin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.

    Qeyd olunub ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

  • Почему в Азербайджане в больнице скончался 10-месячный ребенок?

    В Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) прокомментировали информацию о смерти 10-месячной девочки в больнице города Гянджа.

    В ответ на запрос oхu.az в TƏBİB сообщили, что 21 января 2024 года в 02:29 в больницу имени Аббаса Саххата Гянджинской городской объединенной больницы в тяжелом состоянии был доставлен 10-месячный младенец.

    “У ребенка, поступившего в детское отделение интенсивной терапии медицинского учреждения, диагностирована неуточненная кишечная инфекция и колики. Несмотря на все усилия врачей, в 15:30 малыш скончался”, – говорится в сообщении.

    Отметим, что местная жительница А.Юсибова (2023 г.р.) поступила в медучреждение в тяжелом состоянии, у нее наблюдалась высокая температура. Подчеркивается, что некоторое время назад в Сумгайыте А.Юсибова перенесла операцию на кишечнике.

    По данному факту ведется расследование.

  • Azərbaycanda 10 aylıq körpə xəstəxanada niyə ölüb?

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə 10 aylıq körpə qızın xəstəxanada ölməsi barədə açıqlama verib.

    TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il təvəllüdlü körpə 21.01.2024-cü il tarixində saat 2:29-da ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya gətirilib:

    “Tibb müəssisəsinin Uşaq İntensiv Terapiya Bölməsinə yerləşdirilən körpəyə dəqiqləşdirilməmiş bağırsaq infeksiyası və sancı diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, saat 15:30-da vəfat edib”.

    Qeyd edək ki, 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

    A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Первый турецкий астронавт сделает из космоса снимок Баку – ФОТО

    Альпер Гезеравджи, первый турецкий астронавт полетевший в космос, будет часто контактировать с Турцией во время пребывания на Международной космической станции. Сообщается, что он свяжется с Турцией не менее 7 раз.

    Первым, с кем пообщается путешественник, станет президент Турции Реджеп Тайип Эрдоган.

    Также запланирована видеовстреча турецкого астронавта с семьей, а также с министром промышленности и технологий Мехметом Фатихом Каджиром.

    Гезеравджи также свяжется с учебным центром космической авиации Гекмен в Бурсе и Космическим центром TUBITAK в Анкаре.

    Астронавт также поговорит с турецкими студентами во время своего пребывания на Международной космической станции и поделится своим опытом со студентами университетов, средних и старших классов из Самсуна, Коджаэли, Хатая, Диярбакыра, Коньи и Балыкесира.

    Гезеравджи сфотографирует из космоса Баку, Конью, Анкару, Стамбул и Чанаггалу, округ Силифке в Мерсине и гору Агрыдаг.

    Источник: Haber Global

  • İlk türkiyəli astronavt kosmosdan Bakının şəklini çəkəcək – FOTO

    Kosmosa uçan ilk türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Türkiyə ilə tez-tez əlaqə yaradacaq. Onun Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacağı bildirilir.

    Gezeravcının ilk olaraq danışacağı şəxs isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq.

    Həmçinin türkiyəli astronavtın ailəsi ilə, eyni zamanda sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə videogörüşü nəzərdə tutulur.

    Alper Gezeravcı, həmçinin Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmik Mərkəzi ilə də əlaqə yaradacaq.

    Türkiyəli astronavt Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə türkiyəli tələbələrlə də danışacaq, Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkesirdən olan universitet, lisey və orta məktəb tələbələri ilə təcrübələrini bölüşəcək.

    Alper Gezeravcı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın, Mersinin Silifke mahalının və Ağrı dağının fotoşəkillərini çəkəcək.

    Mənbə: Haber Global

  • Masallı sakini Göyçayda külli miqdarda narkotik və avtomatla tutuldu

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyri-leqal yollarla ölkəyə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər də qaçaqmalçılıq və narkotiklərin satışı ilə məşğul olduğu üçün məhkum edilmiş 29 yaşlı Elməddin Rzayev saxlanılıb. Onun üzərində olan bağlamaya baxış keçirilərkən 4 kq 625 qr qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.

    Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri və odlu silahı “WhatsApp” vasitəsilə əlaqə yaratdığı İran vətəndaşından onlayn yolla aldığı müəyyən edilib.

    Qeyd edək ki, E.Rzayev 2019-cu ildə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitə gətirmək istəyərkən yaxalanaraq məsuliyyətə cəlb olunub.

    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Həbs edilən qalmaqallı direktorun mənimsədiyi məbləğ açıqlandı

    Təhsil müəssisələrində korrupsiya hallarına qarşı mübarizə davam etdirilir.

    Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2017-2022-ci illərdə Quba Rayon Təhsil şöbəsinin müdiri (hazırda ləğv olunub) və 27 noyabr 2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Rüfət Malik oğlu Hacıyevin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Rüfət Hacıyevin işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

    İlkin sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.