Month: January 2024

  • Hava şəraiti ilə əlaqədar Bakıdakı yollardan birində sürət həddi endirilib

    Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.

  • Xankəndidə əməliyyat: Xeyli silah-sursat aşkarlandı

    Polis əməkdaşları həftəsonu Xankəndi şəhəri ərazisində yeddi silah, dörd qumbara aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, bir ədəd pulemyot, dörd ədəd müxtəlif markalı tapança, iki ədəd tüfəng, dörd ədəd qumbara, 52 ədəd patron darağı, 1 972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Azərbaycan ermənilərin qoyunlarını geri qaytardı

    Azərbaycanlılar Zəngəzur ərazisindən, Ərəfsə kəndi istiqamətindən sərhədi keçərək, Azərbaycana daxil olan qoyunları geri qaytarıblar.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası Dığ (Tex) kənd icmasın rəhbəri David Quluntsa istinadla məlumat yayıb.

    Məlum olub ki, erməni qoyunlarının ardınca çoban və onun 16 yaşlı oğlu da sərhədimizi keçmək istəyib, lakin Azərbaycan əsgərlərinin yaxınlaşdığını görərək qaçıblar.

    Qeyd edək ki, erməni mediası dünən qoyunlarının sərhədi keçməsini “Azərbaycanlılar qoyunları oğurladı” başlığı ilə yaymışdı, bu gün isə “Azərbaycanlılar oğurladıqları erməni qoyunları qaytardı” başlığı ilə həyasızlıqlarını davam etdiriblər.

  • Hesabına 10 min dollar yığılıb, pensiya ala bilmir – Səbəb nədir?

    Azərbaycan vətəndaşı hesabında yığılan 10 min dollar məbləğində olan pensiyasını ala bilmir.

    Bu barədə Qaynarinfo-ya uzun illər Litva Respublikasında yaşayıb, təqaüdə çıxdıqdan sonra vətənə dönən Məmmədov Sabit Qurban oğlu məlumat verib.

    Həmsöhbətimiz bildirib ki, son iki ildə onun təqaüdü tamamilə kəsilib. Litvadan bəzi sənədlərin hazırlanması və göndərilməsi tələb olunub. Lakin yataq xəstəsi olan, 84 yaşlı Sabit Məmmədov üçün sənədlərin hazırlanıb göndərilməsi çətinləşib.

    Bəs, bu məsələ Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələ notarius yolu ilə həllini tapa bilər:

    “Xəstənin yaxınları onun yaşadığı evə notarius gətirməlidir. Xəstə notarial qaydada ailə üzvlərindən birinə etibarnamə verməli və natarius onu təsdiq etməlidir. Bundan sonra etibarnamə verilən şəxs bütün sənədləri dövlət orqanlarından toplayıb, Litva Respublikasına göndərməlidir”.

  • Bakıda avtomobil bir neçə gün yolun hərəkət hissəsində qalıb – VİDEO

    Bakıda avtomobil bir neçə gündür ki, hərəkətin intensiv olduğu küçədə yolun hərəkət hissəsində qalıb.

    Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsindən gedir.

    Maşının nasaz olaraq orda qaldığı ehtimal edilir. Nəqliyyat vasitəsi sözügedən ərazidən götürülmür. Nəticədə avtomobillərin hərəkəti üçün çətinliklər yaranır .Xüsusilə geriyə dönmə manevri edən sürücülər problemlə üzləşirlər.

    Sürücülər deyirlər ki, avtomobilin yolda qalması görmə məsafəsini məhdudlaşdırır. Bu isə qəza şəraitinin yaranmasına səbəb olur.

    Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev deyir ki, hansısa səbəbə görə yolun kənarında qalan avtomobil digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduğu üçün qısa müddətdən sonra oradan kənarlaşdırılmalıdır.

    Məsələ ilə bağlı Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, qeyd edilən ərazidə nizamlama vasitələrində nəqliyyat vasitəsinin dayanma və ya durması üçün hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, bu hal inzibati məsuliyyət yaratmır.

    T.Nəsirli əlavə etdi ki, avtomobilin sahibi ilə əlaqə saxlanıb və nəqliyyat vasitəsi ərazidən evakuasiya edilib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • İlham və Fərizənin ilk VİDEO görüntüləri

    Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.

    Həmin faciənin qurbanları arasında sinəmizi hələ də göynədən, ailələrinin təməli cəmi altı ay öncə qoyulmuş İlham və Fərizə adlı gənclərimiz də vardı. Fərizə o meydanda deyildi. O meydandakı İlhamın, 6 ay öncə ailə qurduğu İlhamın qəlbində idi.

    Sosial şəbəkələrdə İlham və Fərizənin ilk video görüntüləri yayılıb.//qlobal.net

  • Cənubi Koreya filmlərinə baxan şimali koreyalı gənclərə 12 il ağır əmək cəzası verildi

    Şimali Koreyada 16 yaşlı iki gənc Cənubi Koreya filmlərinə və kliplərinə baxdıqlarına görə 12 il ağır əmək cəzasına məhkum ediliblər.

    Bu barədə BBC Cənub və Şimal İnkişafı Tədqiqat İnstitutunun (SAND) videoyazısına istinadən məlumat yayıb.

    2022-ci ildə montaj edildiyi güman edilən kadrlar açıq məhkəmə prosesini göstərir. Boz paltolu iki oğlanın əlləri qandallıdır. “Reuters” yazır ki, iştirak edənlərin hamısı tibbi maskalar taxır ki, bu da görüntülərin koronavirus pandemiyası zamanı çəkildiyini göstərir.

    Videoda yeniyetmələrin çoxlu sayda insanın gözü qarşısında “səhvlərini dərk etmədiklərinə” görə təhqir olunduğu göstərilir. Səsdə deyilir ki, oğlanlar “çürük kukla rejim” mədəniyyəti ilə həyatlarını məhv ediblər.

    Keçən fevralda “The Daily Mail” xəbər vermişdi ki, Şimali Koreyada xoreoqraf və tələbələr “kapitalist” hərəkatları öyrəndikləri üçün həbs ediliblər.
    //qaynarinfo

  • Ermənistanda ağır yol qəzasında 14 nəfər xəsarət alıb

    Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal – red) rayonunda ağır yol qəzası olub.

    Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

    Məlumata görə, Gürcüstan dövlət nömrə nişanlı “Mercedes Vito” markalı mikroavtobusun “Opel Astra” markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.

    Yaralılar xəstəxanaya çatdırılıb.

    Hadisənin başvermə səbəbi açıqlanmır.

    Faktla bağlı araşdırma aparılır.

  • Konservləşdirilmiş məhsullar ziyanlıdır?

    Konservləşdirilmiş məhsullar qida rasionumuzun ayrılmaz tərkib hissədir. Lakin bu məhsullardan istifadə zamanı zəhərlənmə və ölüm hallarına da rast gəlirik.

    Konservləşdirilmiş məhsullar xeyirli, ya ziyanlıdır? Daha çox nələrə diqqət etməliyik?

    Müasir həyat tərzimiz qida rasionumuza da ciddi təsir göstərir. Zamana qənaət etmək üçün bir çoxlarımız qida qəbulu zamanı konservləşdirilmiş məhsullara üstünlük veririk. Meyvə, tərəvəz, həmçinin ət və balıq məhsullarını həm təbii, həm də konservləşdirilmiş formada da yeyirik. Qida məhsullarının konservləşdirilməsinin kəşfi fransız aşpazı Fransua Apperin adı ilə bağlıdır. O, bu üsulu 1809-cu ildə ixtira etsə də, qısa zamanda bütün dünyaya yayılıb.

    “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

    Konservləşdirilmiş məhsullar ziyanlıdır?

    Konservləşdirilmiş məhsullar haqqında fikirlər heç də birmənalı deyil. Cəmiyyətin bir hissəsi onun xeyirli, digər kəsim isə, əksinə, ziyanlı olduğunu iddia edir və qətiyyətlə bu tip qidalardan imtinaya çağırırlar. Bəs reallıq necədir? Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır? Gəlin birlikdə araşdıraq.

    Dünya alimlərinin tədqiqatlarına görə, konservləşdirmə prosesi zülal, karbohidrat və yağlara heç bir mənfi təsir göstərmir və ərzağın qida maddələrinin xeyli hissəsi olduğu kimi qalır.

    Bundan başqa, bir çox minerallar, həmçinin A, D və E vitaminləri dağılmır. Amma konservləşdirmə prosesi çox vaxt yüksək temperatur altında həyata keçirildiyi üçün qidaların tərkibindəki ən zəruri sayılan C vitamini məhv olur. Bir çox məhsullar var ki, əksinə, konservləşdirmə zamanı tərkibindəki xeyirli maddələr artır.

    Məsələn, yüksək temperatur altında pomidordan daha çox antioksidant ayrılır ki, bu da həmin tərəvəzi sözügedən maddələrlə daha da zənginləşdirir. Aparılan araşdırmalara görə, təzə pomidorda 0,5 qram zülal, 3 qram karbohidrat, az miqdarda yağ olduğu halda, 100 qram konservləşdirilmiş pomidorda 1 qram zülal, 3,8 qram karbohidrat, az miqdarda yağ var.

    Emal zamanı vitaminlər məhv olur

    Meyvə və tərəvəzlərlə yanaşı, konservləşdirilmiş qidalar arasında ən geniş yayılmışlardan biri də balıq məhsullarıdır. Məlumdur ki, balıq xarab olmaması üçün tutulan kimi ya dondurulmalı, ya da konservləşdirilməlidir. Konservləşdirmə bəzi xeyirli elementləri (məsələn, maqnezium, kalsium, kalium, fosfor və s.) və B qrupuna aid vitaminləri saxlayır. Onlar əsəb və ürək-damar sisteminə yaxşı təsir edir. Təbii ki, termiki emal zamanı müəyyən qədər vitaminlər məhv olur. Yağlı balıq növlərində həmçinin omeqa-3 vitamini də qalır. Balıq konservlərinin bir neçə növü var: yağlı, öz şirəsində, tomat sousunda və s. Amma ən məsləhətlisi tomat sousunda olanlardır. Onların kalorisi də aşağıdır.

    Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır

    Həkim-infeksionist İbrahim Rufullayev deyir ki, zəhərlənmələrə əsas səbəb evdə bağlanan konserv məhsullarıdır:

    “Ev şəraitində konservləşdirmə sanitar rejim tam gözlənilməklə baş verməlidir. Xanımlar evdə əsasən turşular, kompotlar bağlayır. Onlar bilməlidir ki, meyvə, tərəvəz öncə yaxşı yuyulmalı, emal olunmalıdır. Daha sonra bağlanacaq bankalar da qaynadılmalı, sterilizə edilməlidir.

    Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır. Bəzən həkimlər belə, bunun qarşısını ala bilmirlər. Çünki zəhərlənmənin dərəcəsi yüksək olur.

    Oksigen olmayan şəraitdə botulizm xəstəliyi yaranır. Yəni orada toksinlər əmələ gəlir və zəhərlənməyə səbəb olur. Konservləşdirilmiş məhsulların bağlandığı bankanı açanda diqqətli olmaq lazımdır. Əgər bankada qaz varsa, qapağı qalxmağa başlayacaq.

    Yaxud, açan zaman qazlı səs çıxır. Və ya dadına baxanda xoşagəlməz dad hiss edirlərsə, onu istifadə etmək olmaz.

    Bu, həmin məhsulun zəhərli olduğunu göstərir. Məsləhət görərdim ki, insanlar daha çox sənaye üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara üstünlük versinlər. Burada praktiki olaraq zəhərlənməyə əsas qalmır. Amma ev şəraitində hazırlanan məhsullar, əlbəttə ki, təhlükəlidir”.

    Ən çox zəhərlənmələr bu halda baş verir

    Həkim-terapevt Məlahət Qədirova deyir ki, konserv məhsulu alarkən üzərində saxlanma müddətinə baxmaq çox vacibdir:

    “Bir çox ət konservlərinin saxlanma müddəti 3 ildən 5 ilə qədərdir. Konservləşmiş məhsulları alarkən etiketdəki məlumatlar, markalanma, qabın səthində mümkün olan defektlər, pas ləkələri, məhsulun yığım ölçüsü və vəziyyətinə diqqət yetirilməlidir.

    Bəzən qabların daxili səthində sterilizə zamanı göy rəngli ləkələr əmələ gəlir. Bu təbəqədən qorxmaq lazım deyil. Çünki ziyansızdır. Sadəcə, konservlərin xarici görünüşünü dəyişir. Şüşə bankalarda belə hallar daha çox olur. Dəmir-sulfidin tünd rəngli təbəqəsi əmələ gəlir.

    Köhnə, iy gələn, vaxtı keçmiş ət və balıq konserv məhsullarından istifadə etmək qəti qadağandır və insan orqanizmində mənfi fəsadlara yol aça bilər. Belə məhsullardan zəhərlənmə zamanı ölüm faktları da qeydə alınır. Ən çox zəhərlənmələr bağlı qablardakı turşu məhsullarından istifadə zamanı baş verir.

    Turşuya qarışan botulotoksin zəhərlənməyə səbəb olur və bəzən ölümlə nəticələnir. Açıq turşularda belə hallar baş vermir və botulizm olmur. İnsanlar bilməlidirlər ki, turşu qoyulan balonlarda qapaq şişibsə, suyu bulanıqdırsa belə məhsulları yemək olmaz.

    Bu tək ev şəraitində deyil, fabrik istehsalı olan məhsullara da aiddir. Bəzən plastik qablarda qoyulan turşular da zəhərlənməyə səbəb olur.

    Bu, turşunun tərkibində olan maddələrin qabın tərkibində olan zəhərli maddələrlə qarışması zamanı baş verir. Hər kəsə konserv məhsullarından istifadə edərkən dadında, iyində, görünüşündə hər hansı bir şübhə əmələ gələrsə, qəti olaraq yeməməyi tövsiyə edirəm”.

  • Meteohəssas insanların NƏZƏRİNƏ

    Yanvarın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü, gilavar küləyinin axşam arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Tibbi-meteoroloji proqnozunda qeyd edilib.

    Bildirilib ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.