Month: January 2024

  • Göyərtəsində ilk türkiyəli astronavt olan kosmik gəmi BKS-yə çatıb

    “SpaceX”in “Crew Dragon” kosmik gəmisi “Axiom” kommersiya proqramının bir hissəsi olaraq Beynəlxalq Kosmik Stansiyasına (BKS) yanaşıb.

    “Report” xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

    “Crew Dragon”un heyətində Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı da var. Heyətə türkiyəli astronavtla yanaşı, ispaniyalı astronavt Maykl Lopez-Aleqria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyinin isveçli astronavtı Markus Vandt daxildir.

    Onlar təxminən iki həftə ərzində stansiyanın hazırkı heyəti ilə birlikdə 30 elmi təcrübə keçirəcəklər.

    Xatırladaq ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.

  • İraqda 9 terrorçu zərərsizləşdirilib

    İraqın şimalında PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” səhifəsində məlumat yayıb.

    Əməliyyat İraqın şimalındakı Qara bölgəsində havadan hücum vasitəsilə həyata keçirilib.

    “Bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək”, – nazirliyin açıqlamasında deyilir.

  • В Азербайджане произошло землетрясение

    В Шамахинском районе произошло землетрясение.

    Об этом сообщили в Республиканском центре Сейсмологической службы при Национальной академии наук Азербайджана (НАНА).

    Отмечается, что магнитуда подземных толчков составила 3,2.

  • Azərbaycanda zəlzələ baş verib

    Azərbaycanda zəlzələ baş verib.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələ Şamaxı rayonu ərazisində qeydə alınıb.

    Zəlzələnin maqnitudası 3,2 olub.

  • Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

    Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı səfirliyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

    “Report”un Rusiya bürosu xəbər verir ki, əvvəlcə Azərbayanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç, Moskvada akkreditə olunmuş digər diplomatik missiyaların diplomatları, yerli ictimaiyyətin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və diasporumuzun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

    Tədbirdə çıxış edən Polad Bülbüloğlu bildirib ki, bu gün xalqımız 34 il əvvəl Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini yad edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başda Mixail Qorbaçov olmaqla, SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun bölmələri Bakıya soxularaq, dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. Bu hadisələr Azərbaycan tarixinə əbədi olaraq “Qara Yanvar” kimi daxil olub:

    “SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrıseçkilik siyasətinə, indiki Ermənistan ərazilərindəki tarixi torpaqlarımızdan yüz minlərlə azərbaycanlının deportasiyasa olunmasına, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına etiraz edən geniş xalq kütləsinə qarşı sovet ordusunun iri hərbi hissələrinin yeridilməsi dəhşətli faciəyə səbəb oldu”.

    Bakıda ən amansız aksiyalar nəticəsində cəmi bir gecədə onlarla günahsız insan şəhid olub, xeyli sakin ağır yaralanıb, bir neçə nəfər isə itkin düşüb.

    P.Bülbüloğlu diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək, mətbuat konfransı keçirib, baş vermiş vəhşilikləri kəskin şəkildə pisləyərək, bunları dinc əhaliyə qarşı terror adlandırıb. Ulu Öndər Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək, hadisənin təşəbbüskarları və icraçılarının cəzalandırılmasını tələb edib.

    Səfir xüsusilə vurğulayıb ki, 1994-cü ilin fevralında Milli Məclisin növbədənkənar iclasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib, 20 Yanvar Azərbaycanda Milli Hüzn Günü elan edilib.

    Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilib.

  • Sabirabad sakinləri qanunsuz ov tüfənglərini polisə könüllü təhvil veriblər

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 5 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Rusiya və İran prezidentləri Türkiyəyə səfər edəcəklər

    Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də, İran prezidenti İbrahim Rəisinin isə yanvarın 24-də respublikaya səfər edə biləcəyini gözləyir.

    Hərçənd, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin Türkiyə və KXDR-ə səfərlərinin dəqiq tarixləri hələ müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılır.

    Rəisinin iki dəfə təxirə salınan səfəri isə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təsadüf edəcək. Onun nəticələrinə əsasən 10-a yaxın saziş və memorandumun imzalanması gözlənilir. Bundan əlavə, terrorla mübarizə mövzusu və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

    Mənbə: turkiyegazetesi

  • “Qarabağ” müdafiəçisi ilə vidalaşdı

    “Qarabağ” futbolçusu Rahil Məmmədovla yollarını ayırıb.

    Klubun mətbuat xidməti bu barədə məlumat yayıb.

    28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşmayla xitam verilib. Futbolçu karyerasını Polşanın LKS klubunda davam etdirəcək.

    Klub Rahil Məmmədova “Qarabağ” formasında keçirdiyi oyunlara görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. (fanat.az)

  • Задержан экс-глава регионального управления образования

    Задержан бывший директор Губа-Хачмазского регионального управления науки и образования Руфат Гаджиев.

    Как сообщает Bizim.Media, в отношении его в Главном управлении по борьбе с коррупцией было возбуждено уголовное дело по статье 311 (получение взятки) Уголовного кодекса Азербайджанской Республики.

    Отметим, что 38-летний Р.Гаджиев подал в отставку 28 ноября прошлого года. За несколько дней до этого он избил учащегося 7-го класса средней школы №4 города Хачмаз Низама Мирзоева.

    Также сообщается, что некоторое время назад глава Исполнительной власти Хачмазского района Эльнур Рзаев сделал Р.Гаджиеву замечание за то, что тот пришел на заседание с мобильным телефоном, после чего выгнал его, что привело к еще одному скандалу.

  • Qalmaqallı direktor həbs olundu

    Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sabiq rəisi Rüfət Malik oğlu Hacıyev həbs edilib.

    Bizim.Media-nın məlumatına görə, sabiq idarə rəisi barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

    Qeyd edək ki, 38 yaşlı Rüfət Hacıyev noyabrın 28-də istefa verib. O, istefasından bir neçə gün əvvəl Xaçmazda 4 saylı tam orta məktəbdə 7-ci sinif şagirdi Nizam Mirzəyevi döyməklə gündəmi zəbt etmişdi.

    Bir müddət əvvəl isə Xaçmazda icra başçısı Elnur Rzayev iclasda iştirak edən Rüfət Hacıyevə  irad bildirərək, stolun üzərinə qoyduğu mobil telefonunu götürməyi istəsə də, tələbə əməl etməyən sabiq rəis iclasdan qovulmuş və bununla da daha bir qalmaqal yaşamışdı.