Month: January 2024

  • Qərbi Azərbaycan İcması Miyatoviçin Azərbaycanla bağlı hesabatını qınayıb

    Qərbi Azərbaycan İcması Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviçin Azərbaycanla bağlı hesabatını qınayıb.

    İcmanın bəyanatında qeyd olunub:

    “Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviçin Azərbaycana və Ermənistana səfərlə bağlı hazırladığı hesabata dair Avropa İttifaqının ifadə etdiyi ədalətsiz mövqeyi qınayırıq.

    “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi arxaik, nimdaş ifadələrdən istifadə edən, “Qarabağ ermənilərinin qayıdış hüququ”nu qabardan, lakin yenə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına toxunmayan Avropa İttifaqı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşmaq siyasətinə son qoymalıdır”.

  • Lənkəranda 11 yaşlı qızı zorlayan şəxsə 17 il həbs verildi

    2023-cü ildə Lənkəran rayonunun kəndlərindən birində 11 yaşlı qıza təcavüz etmiş Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ceyhun Liftiyevə hökm oxunub.

    Publika.az xəbər verir ki, C.Liftiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.

    Məhkəmədə bildirilib ki, Ceyhun Liftiyev Lənkəranla Bakı arasında özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə taksi fəaliyyəti göstərib və ailəlidir, üç uşaq atası olub.

    Onun təcavüz etdiyi 11 yaşlı qız isə Ceyhunun arvadının əmisi nəvəsi olub və hadisə vaxtı beşinci sinifdə oxuyurmuş.

    Ceyhun həmin kəndə qohumuna çatacaq bağlamanı apararkən azyaşlı qızın evdə tək olmasını bilib və mənzilə daxil olaraq sərxoş halda ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Axşam saatlarında 11 yaşlı qız başına gələnləri qonşuluqda yaşayan qohumuna və nənəsinə deyib və polisə məlumat verilib. Az sonra Ceyhun Liftiyev saxlanılıb və barəsində cinayət işi açılıb.

    Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli hökmü il Ceyhun Liftiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi də qeyd edilib.

  • Baş nazir Əli Əsədov bp-nin vitse-prezidenti ilə görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 20-də bp şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, bp tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin önəmi qeyd edilib.

    İşğaldan azad olunmuş ərazilərdə Günəş elektrik stansiyasının inşası ilə bağlı bp şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib.

  • Возросло число погибших в результате взрыва в Бинагадинском районе

    По факту взрыва 15 января в мебельном цехе в Бинагадинском районе Баку, повлекшего за собой гибель девяти и ранения 24 человек, в Управлении криминалистики и информационных технологий Генеральной прокуратуры возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса Азербайджанской Республики, ведется расследование.

    Об этом сообщили  в Генпрокуратуре.

    “С сожалением сообщаем, что один из пострадавших – Адиль Айдын оглу Рустамов (1996 г.р.), несмотря на оказанную ему медицинскую помощь, сегодня около 14:00 скончался в больнице.

    Таким образом, число погибших в результате происшествия достигло 10 человек.

    В настоящее время продолжается лечение остальных пострадавших, им оказывается необходимая медицинская помощь”, – говорится в информации.

  • Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb

    Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində doqquz nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    “Təəssüflə bildiririk ki, bu gün saat 14 radələrində yaralılardan bir nəfər – Adil Aydın oğlu Rüstəmov (1996) göstərilən tibbi yardımlara baxmayaraq, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir”, – deyə məlumatda bildirilir.

  • İtkin düşən azərbaycanəsilli həkimin Mayamidə öldüyü məlum oldu

    Rusiya Tibb Elmləri Akademiyasının ak.N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkimi Amid Omarov vəfat edib.

    Ölkə.az-ın əldə etdiyi xəbərə görə, 1982-ci il təvəllüdlü azərbaycanəsilli mütəxəssis bir müddət öncə itkin düşüb. Sonradan onun Mayamidə qəflətən vəfat etdiyi məlum olub.

    Yaxınları deyirlər ki, işlə əlaqədar sözügedən ölkədə olduğuna görə Mayamidəki icmaların heç biri onu tanımayıb. ABŞ-də onun qohum və tanışlarını tapa bilməyiblər. Cəsəd morqda qalıb.

    “140-dan artıq pul köçürmələri baş tutdu. İnternet vasitəsilə yığılmış pul vəsaiti, diasporun ayırdığı büdcə və mərhumun qohum və yaxınlarının etdikləri yardım nəticəsində lazımi məbləğ toplanıb. Yaxın zamanda sənədləşmə işləri bitdikdən sonra mərhumun nəşini Azərbaycana göndərəcəklər”, – deyə bildirilib.

  • Ombudsman prezident seçkilərinə hazırlıq prosesindən danışıb

    “Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub”.

    Bunu report-a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

    Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir: “İlk tədbirlər Bakı, Gəncə, Şəki, Quba və Naxçıvanda olub”.
    S.Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər keçirilir.

  • Ödənişli yolda 110 km/saat sürət həddini aşmaq olar? – AAYDA rəsmisi açıqladı (VİDEO)

    “Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə artıq sürsün”.

    Bu sözləri AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov Baku TV-ə açıqlamasında deyib.

    O, bildirib ki, Azərbaycanın magistral yollarında maksimal sürət həddi 110 km/saat qəbul olunub:
    “Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.

  • Qənirə Paşayevanın məzarının görüntüsü – FOTO

    Ötən ilin sentyabrında dünyasını dəyişən millət vəkili Qənirə Paşayevanın məzar daşının görüntüsü yayılıb.

    Median.Az axsam.az-a istinadən mərhum deputatın məzarının fotosunu təqdim edir:
     
    Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyib.

  • Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

    Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, bir kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.