Month: January 2024

  • Bakıda gecə klubunda dava: Barmen müştərini döydü

    Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gecə klublarından birində müştərini döyən barmenə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, dava müştərinin klubun içərisində, barın arxa hissəsindəki otaqda köynək dəyişməsi üstündə baş verib.

    Belə ki, Əkbər adlı müştəri tikişi sökülən köynəyini dəyişmək üçün klubun ofisiantından yer istəyib. Ofisiant onu barın arxa hissəsindəki otağa istiqamətləndirib.

    Əkbər köynəyini dəyişərkən klubda barmen işləyən 2000-ci il təvəllüdlü Orxan Cəfərov (soyad şərti) əsəbi halda ondan otaqda nə iş gördüyünü soruşub. Əkbər isə əsəbi halda ona köynəyini dəyişdiyini və bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.

    Orxan Cəfərov müştərini döyərək sifətin sağ yarısının şişkinlik halında əzilməsi, ağzın sağ yarısının selikli qişa səthinin qansızması və əzilmiş yarası ilə müşayiət olunan sağlamlığına zərər vurub.

    Hadisədən sonra Orxan Cəfərov saxlanılıb və məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

  • МО Турции выразило соболезнования Азербайджану в связи с 34-й годовщиной трагедии 20 Января

    Министерство национальной обороны Турции выразило соболезнования Азербайджану в связи с 34-й годовщиной трагедии 20 Января.

    Cоответствующая публикация размещена на странице ведомства в соцсети X.

    “С глубоким уважением чтим память наших азербайджанских братьев, погибших в результате событий “Кровавого января” 1990 года. Мы и впредь будем солидарны с азербайджанскими братьями, как “одна нация – два государства”, – говорится в посте.

  • Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

    Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib.

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    “1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş və Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirik. “Bir millət, iki dövlət” olaraq bundan sonra da Azərbaycan türkü qardaşlarımızla birliyimizi davam etdirəcəyik”, – paylaşımda qeyd olunub.

    Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

    Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha səkkiz nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 150-yə yaxın insan öldürülüb, 744 nəfər yaralanıb.

  • В Сумгайыте 46-летний мужчина покончил жизнь самоубийством

    На территории 9-го микрорайона в городе Сумгайыт 46-летний мужчина покончил жизнь самоубийством.

    Как сообщает Report, сегодня утром Тофиг Нурметов (1978 г.р.) повесился в своей квартире.

    По данному факту в Сумгайытской городской прокуратуре проводится расследование.

  • Sumqayıtda 46 yaşlı kişi intihar edib

    Sumqayıt şəhərində 46 yaşlı kişi intihar edib.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, 1978-ci il təvəllüdlü Tofiq Həsənbəy oğlu Nurmətov səhər saatlarında yaşadığı mənzildə özünü asıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparılır.

  • Bakıda duman, çiskin gözlənilir, rayonlarda şaxta olacaq – HAVA PROQNOZU

    Azərbaycan ərazisində yanvarın 21-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

  • В Ханкенди обнаружены оружие и боеприпасы

    На территории освобожденного от оккупации города Ханкенди найдены оружие и боеприпасы.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    В ходе проведенных сотрудниками полиции мероприятий 19 января на территории города обнаружены и изъяты шесть автоматов различных марок, 10 винтовок, девять гранат, два магазина для патронов, 2 091 патрон различного калибра и другие боеприпасы.

  • Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapılıb

    İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində altı ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, doqquz ədəd qumbara, iki ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Кямран Алиев: В связи с пожаром в мебельном цехе имеется несколько версий

    В связи со взрывом и последовавшим за ним пожаром в мебельном цехе, расположенном на улице Абая Кунанбаева в Бинагадинском районе Баку, продолжается расследование.

    Об этом журналистам заявил генеральный прокурор Кямран Алиев.

    По его словам, следственная группа по делу выполняет необходимые действия, назначены экспертизы.

    “Имеется несколько версий, которые расследуются. Как только будут получены окончательные результаты, виновные лица будут выявлены и привлечены к ответственности”, – сказал глава надзорного ведомства.

    K.Алиев также отметил, что к ответственности за пожар в Республиканском перинатальном центре привлечены несколько человек.

    “Расследование причин пожара продолжается”, – добавил генпрокурор.
    //oxu.az

  • Kamran Əliyev: “Binəqədidə baş verən partlayışla bağlı bir sıra versiya var”

    “Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla bağlı araşdırmalar davam etdirilir”.

    Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, cinayətin səbəbi və məsul şəxslərlə bağlı ekspertiza təyin edilib:

    “Hadisə ilə bağlı bir sıra versiya var. Araşdırma aparılır. Son nəticə olan kimi təqsirli şəxslərin də müəyyən edilib, məsuliyyətə cəlb olunması təmin ediləcək”.

    K.Əliyev, həmçinin qeyd edib ki, Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məsuliyyətə cəlb edilənlər var:

    “Yanğının səbəbi ilə bağlı istintaq davam etdirilir”.
    //oxu.az