Month: January 2024

  • Bakının bəzi ərazilərində FM yayımı olmayan “ölü” zonalar aşkarlanıb

    Bakının bəzi ərazilərində FM yayımı olmayan “ölü” zonalar aşkarlanıb.

    Bu barədə Azərbaycan Audiovizual Şurasının hesabatında bildirilib.

    Qeyd olunub ki, ötən il ərzində Bakı-Ağsu, Bakı-Lerik və Bakı-Quba avtomobil yolları üzərində FM yayımının monitorinqi həyata keçirilib, maneələr və boş olan zonalar (“ölü” zonalar) aşkar edilib, faydalı siqnalların və maneələrin yaratdığı sahə gərginlikləri ölçülüb.

    Bundan başqa, Bakı şəhəri və Abşeron yarımadası ərazisində cari monitorinq həm televiziya, həm də radio yayımı üçün aparılıb, “ölü” zonalar aşkar edilib, onların aradan qaldırılması üçün zəruri addımlar “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə müzakirə olunub.
    //report

  • Bakıda mənzildən 23 min manat pul oğurlanıb

    Bakıda mənzildən 23 min manat pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23 000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

    Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda 8 uşaq və kiçik qrup evi təşkilati-hüquqi formasını dəyişib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 8 uşaq və kiçik qrup evi adını və təşkilati-hüquqi formasını dəyişib.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Məlumata görə, “Şəki şəhər qarışıq tipli uşaq evi” – “6 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “O.Mirzəyev adına qarışıq tipli uşaq evi” – “Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “Gəncə Şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi”- “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “Xətai rayon 3 saylı uşaq evi”- “3 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “Suraxanı rayonu 2 saylı uşaq evi”- “2 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “1 saylı uşaq evi”- “1 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “2 nömrəli Ailə tipli kiçik qrup evi”- “2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi”, “1 nömrəli Ailə tipli kiçik qrup evi” isə “1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrilib.

    Xatırladaq ki, ötən il dekabrın 5-də Nazirlər Kabinetinin qərarı ilə ilk 6 qurum yerli icra hakimiyyətlərindən, son iki qurum isə Elm və Təhsil Nazirliyindən alınıb, Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.

  • Омбудсмен призвала привлечь к ответственности виновных в трагедии 20 января

    Омбудсмен Азербайджана Сабина Алиева призвала международные организации предпринять решительные шаги для привлечения к ответственности виновных в трагедии 20 января 1990 года.

    Об этом говорится в заявлении омбудсмена по случаю 34-й годовщины трагедии 20 января.

    Алиева подчеркнула, что 20 Января является не только трагической, но и героической страницей в истории Азербайджана.

    “В ночь с 19 на 20 января 1990 года советские войска вошли в Баку и совершили беспощадные убийства мирного населения, выступившего против открытой поддержки руководством бывшего СССР агрессивной политики Армении. В результате этого преступления против человечества в Баку и еще нескольких районах Азербайджана были убиты 150 мирных жителей, включая детей, женщин и стариков, 744 человека получили ранения, а 841 человек незаконно арестован”, – говорится в заявлении.

    Омбудсмен также подчеркнула, что в этот трудный день великий лидер Гейдар Алиев, как и всегда, был рядом со своим народом: “21 января 1990 года вместе с членами своей семьи он провел пресс-конференцию в представительстве Азербайджана в Москве, чтобы проинформировать весь мир об этом преступлении против человечества. Он выступил с резкими заявлениями, осуждающими военную интервенцию со стороны бывшего руководства СССР. Вернувшись во второй раз к власти, общенациональный лидер азербайджанского народа Гейдар Алиев дал политико-правовую оценку событиям 20 января, этот день был объявлен Национальным днем траура”.

    В заявлении омбудсмена отмечается, что совершенная 20 января 1990 года военная агрессия против гражданского населения также является грубым нарушением принципа уважения прав человека и основных свобод, Всеобщей декларации прав человека ООН, Международного пакта о гражданских и политических правах и других международно-правовых документов. Несмотря на неоднократные обращения к международным организациям и мировому сообществу, это преступление против человечества до сих пор не получило должной правовой оценки, виновные не были привлечены к ответственности, говорится в заявлении.

    Омбудсмен Сабина Алиева также призвала международные организации дать необходимую правовую оценку этому жестокому преступлению против гражданского населения, и предпринять решительные шаги для привлечения виновных к ответственности.

  • Ombudsman 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün beynəlxalq təşkilatlara çağırış edib

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.

    Bu barədə Ombudsmanın 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

    Sənəddə bildirilib ki, Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törədib. İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib”.

    Bəyanatda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, bu çətin gündə də xalqının yanında olub, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəsinin Moskva şəhərindəki nümayəndəliyində mətbuat konfransı keçirib, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağlı pisləyən kəskin bəyanatla çıxış edib. Hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu cinayətə siyasi-hüquqi münasibət bildirilib, 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunub: “Mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azadlıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməyib, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməyiblər. İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram”.

  • Китайские банки прекратили проводить с Россией платежи в долларах

    После ужесточения антироссийских санкций со стороны США в декабре 2023 года многие китайские банки прекратили проводить любые платежи в долларах с Российской Федерацией.

    Об этом сообщает газета “Известия” со ссылкой на участников платежного рынка.

    По словам одного из источников, новые ограничения связаны с опасением банков КНР из-за возможного введения вторичных санкций.

    Дело в том, что все платежи в долларах осуществляются через корреспондентские счета, открытые в американских банках, независимо от страны получателя и отправителя, поэтому они легко отслеживаются.

    При этом кредитные организации КНР по-прежнему заинтересованы в расчетах в национальных валютах. Сейчас платежи в рублях и юанях проходят в обычном формате, заявили источники “Известий”.

  • Çin bankları Rusiyaya dollarla ödəniş etməyi dayandırıb

    2023-cü ilin dekabrında ABŞ tərəfindən rəsmi Moskvaya qarşı sanksiyaları sərtləşdirildikdən sonra bir çox Çin bankı Rusiya ilə hər hansı ödənişləri dollarla etməyi dayandırıb.

    Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

    Yeni məhdudiyyətlər Çin banklarının ikinci dərəcəli sanksiyaların mümkün tətbiqi ilə bağlı qorxularla bağlıdır.

    Məsələ burasındadır ki, dollarla olan bütün ödənişlər, alıcının və göndərənin ölkəsindən asılı olmayaraq, Amerika banklarında açılmış müxbir hesablar vasitəsilə həyata keçirilir, ona görə də onlar asanlıqla izlənilir.

    Bununla yanaşı, Çin kredit təşkilatları hələ də ödənişləri milli valyutalarda həyata keçirməkdə maraqlıdırlar. “İzvestiya” mənbələri bildiriblər ki, indi rubl və yuanla ödənişlər adi formatda həyata keçirilir.

  • ÜST: Qəzza zolağında Hepatit A-ya yoluxma sayı artıb

    Qəzza zolağında təmiz suya giriş ciddi şəkildə məhdudlaşdırıldığı üçün Hepatit A-ya yoluxma sayı artıb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus “X” hesabında bildirib.

    “Qeyri-insani həyat şəraiti – demək olar ki, içməli suyun olmaması, natəmiz tualetlər və ya ətrafı təmiz saxlamağın qeyri-mümkünlüyü – Hepatit A-nın daha da yayılmasına imkan verəcək. Xəstəliklərə diaqnoz qoymaq imkanları son dərəcə məhdud olaraq qalır. İşləyən laboratoriyalar yoxdur. Bu səhiyyə böhranına reaksiya vermək imkanı məhdud olaraq qalır. Biz tibbi yardımın maneəsiz və təhlükəsiz əldə edilməsinə və sağlamlığın qorunmasına çağırış etməyə davam edirik”, ÜST-nin baş direktoru vurğulayıb.

    Tedros Adhanom Qebreyesus qeyd edib ki, viruslu qaraciyər infeksiyası olan Hepatit A adətən yüngül formada keçir, lakin bəzən ağır xəstəliyə səbəb ola bilər. O əlavə edib ki, məhdud laboratoriya imkanlarına görə hələlik 24 nəfərdə Hepatit A yoluxması analizlə təsdiqlənsə də, minlərlə sarılıq yoluxmasının də qaraciyər infeksiyası ilə əlaqəli olduğu güman edilir ki, bu da Hepatit A yoluxmasının daha çox yayıla biləcəyini göstərir.

    ///Apa

  • Britaniya ordusu “DragonFire” lazer silahını sınaqdan keçirib

    Britaniya ordusu “DragonFire” lazer silahını uğurla sınaqdan keçirdiyini bildirib.

    Bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    O, sistemin yaxınlaşan bir neçə hava hədəfini vurduğunu bildirib.

    Qeyd edək ki, “DragonFire”in atış məsafəsi gizlidir, lakin o, istənilən görünən hədəfi vura bilir.

    Mənbə: Kp.ru

  • Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bölgə müxbirinə verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.