Month: January 2024

  • Həkimlər və pasiyentlər elektron reseptlərin tətbiqinə hazırdırlar? – VİDEO

    Artıq həkimə müraciət edən pasiyentlər kağızda deyil, elektron formada olan reseptlərlə apteklərdən dərman ala biləcəklər.

    Amma bəzi vətəndaşlar elektron reseptlərin istifadəsində çətinliklər yaşaya biləcəklərini düşünürlər. Bəzi vətəndaşlar isə elektron reseptlərin ənənəvi reseptlərə nisbətən daha rahat olacağı qənaətindədirlər.

    Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı həkimlər deyirlər ki, sözügedən elektron reseptlər vətəndaşların tibbi məlumatlarına əlçatanlığını təmin edəcək.

    Həkim Aydın Əliyev isə texniki məsələlərdə çətinlik çəkən həkimlər üçün təlimlər keçilməsinin vacibliyini vurğulayıb.

    Qeyd edək ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda, elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək.

    Ətraflı süjetdə:

  • Bakıda yerləşən meşə tipli istirahət parkı baxımsız vəziyyətdədir – VİDEO

    Bakının Nizami rayonu, Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində yerləşən meşə tipli park baxımsız vəziyyətdədir.

    Sakinlər bildiriblər ki, parkın ərazisi uzun müddətdir istirahətə yararsızdır.

    Ərazidə ağaclar quruyub, iaşə obyektləri tikilir.

    Bəs parkda abadlaşdırma işlərinin aparılmasına nə mane olur?

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Как избежать заражения желтухой? – ВИДЕО

    В последнее время в Азербайджане растет число случаев заражения вирусом гепатита А, который вызывает нарушения функции печени и оттока желчи.

    Данная болезнь в основном сопровождается болями в животе.

    Поскольку у инфицированного желтеют белки глаз, кожные покровы, это заболевание называют желтухой.

    Как же избежать заражения этим вирусом?

    Подробнее – в сюжете ATV Xəbər:

  • Sarılıq xəstəliyindən necə qorunmalı? – VİDEO

    Hepatit “A” qaraciyər və ödün funksiyasının pozulması nəticəsində yaranan xəstəlikdir.

    Əsasən qarın boşluğu və qaraciyərdə ağrılarla müşaət olunur.

    Virusa yoluxan insanda gözün ağı, üzü, bədənin dərisi saraldığından bu xəstəlik daha çox sarılıq adı ilə tanınır.

    Bəs bu xəstəlikdən necə qorunmaq olar?

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • TƏBİB-ə yeni səlahiyyət verildi

    “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, elektron məlumat bankının istifadəçiləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır.

    Yeni dəyişikliklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu siyahıdan çıxarılıb, onu TƏBİB əvəz edib.

  • В Баку автобус насмерть сбил пешехода

    В поселке Говсан Сураханского района Баку произошло дорожно-транспортное происшествие с летальным исходом.

    Как сообщает АПА, пассажирский автобус маршрутной линии №132 насмерть сбил Гамар Мурадову (1963 г.р.).

    По данному факту ведется расследование.

  • Bakıda avtobus piyadanı vuraraq öldürüb

    Bakıda avtobus piyadanı vuraraq öldürüb.

    APA xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

    132 nömrəli xətt avtobusu piyada 1963-cü il təvəllüdlü Qəmər Muradovanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Посол РФ в Ереване: Вопрос о выводе российской базы в Гюмри из Армении не стоит

    В Армении не стоит на повестке вопрос о закрытии российской военной базы в Гюмри.

    Об этом заявил посол Российской Федерации (РФ) в Ереване Сергей Копыркин.

    “Я ориентируюсь на те официальные заявления, которые делались с армянской стороны, в частности о том, что вопрос о выводе базы не стоит”, – сказал Копыркин, отвечая на вопрос, не поступали ли сигналы от властей Армении о закрытии базы РФ и выводе российских пограничников.

    По словам дипломата, ему о таких сигналах неизвестно.

    Он также подчеркнул, что со стороны Москвы такого рода сигналов тоже не поступало.

    Источник: РИА Новости

  • Rusiyalı diplomatdan Ermənistandakı bazanın taleyi ilə bağlı AÇIQLAMA

    “Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanması məsələsi gündəmdə deyil”.

    Bu sözləri Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

    “Mən Ermənistan tərəfdən verilən rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də, bazanın çıxarılması məsələsi gündəmdə yoxdur”, – Kopırkin Ermənistan hakimiyyəti tərəfindən Rusiya bazasının bağlanması və rus sərhədçilərin çıxarılması ilə bağlı siqnalların olub-olmadığı sualına cavab verərkən deyib.

    O, Moskvanın belə siqnallar almadığını vurğulayıb.

    Mənbə: RİA Novosti

  • Mişel və Borreli əvəz edə biləcək şəxslər məlum oldu

    Estoniyanın baş naziri Kaya Kallas Josep Borreldən sonra Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postunu tuta bilər.

    Məlumata görə, Ursula fon der Lyayen Avropa Komissiyasının sədri, Roberta Metsola Avropa Parlamentinin sədri, Danimarkanın baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri postunda Şarl Mişeli əvəz edə bilər.

    Qeyd olunub ki, əgər belə bir ssenari baş tutarsa, Aİ-də bütün yüksək vəzifələri qadınlar tutacaq. Lakin hələlik konkret qərarlar qəbul edilməyib, namizədlər arasında çoxlu kişi siyasətçilər də var.
    //qaynarinfo.az