Month: January 2024

  • Analıq məzuniyyətinin müddəti niyə artırılmalıdır? – AÇIQLAMA

    “Azərbaycan qanunlarını beynəlxalq standartlara uyğunlaşdırmaq əsas vəzifələrdən biridir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla hamiləliyə və doğuşa görə əmək məzuniyyətinin artırılması ilə bağlı təklifə münasibət bildirərkən deyib.

    Professorun sözlərinə görə, ölkənin həm iqtisadiyyat, həm də ictimai həyatının bütün sahələrini beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır:

    “Bu, bizim Qərb iqtisadiyyatına keçidimizin labüd elementlərindən sayılır. Biz həmin standartları mənimsəməliyik. Belə olan təqdirdə, hamiləliyə və doğuşa görə əmək məzuniyyətinin artırılması ilə bağlı təklifi müsbət hal kimi sayıram”.

    Qadınların işə vaxtından əvvəl çıxmasına gəlincə isə Adil Qeybulla hesab edir ki, bu seçimi onların öz ixtiyarına vermək lazımdır:

    “Bu məsələyə fərdi yanaşılmalıdır, hansısa formada qadınların öz ixtiyarına verilə bilər. Digər tərəfdən isə qanunvericilikdə nəzərdə tutulmalıdır ki, qadınlar verilən imkandan istifadə edib yaralana bilsinlər”.

    Bundan əvvəl Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təklif edib ki, hamiləliyə və doğuşa görə əmək məzuniyyəti artırılsın. O, 126 gün mövcud qanunvericiliyin 140 günə çatdırılmasını bildirib. Bundan əlavə komitə sədri patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da yenidən baxılacağını qeyd edib.

  • Aygün Kazımova şantaj edilir: 10 min tələb – FOTO

    Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın “Instagram” sosial şəbəkə platformasındakı səhifəsi hakerlər tərəfindən oğurlanıb.

    Sənətçinin hesabında haker yeni paylaşım edərək, hesabı satacağını bildirib.

    “Aygün Kazımova, bunu oxuyursansa, 10 min avro bitkoin üçün mənə “Telegramda” yazın və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz səhifənizi ruslara satacağam”, – deyə paylaşımda yazılıb.(Bizim.Media)

  • Bakıda yolu kəsən soyuducular yığışdırılıb – FOTO

    Bakı şəhər Xətai rayonu ərazisində fəaliyyət göstərən ticarət köşkünün ətrafına yığılan soyuducuların piyadaların və nəqliyyatın hərəkətinə çətinlik yaratdığı bildirilir.

    “Qafqazinfo” xəbər verir ki, Əhmədli kəndindən Babək prospektinə gedən yolda qoyulmuş soyuducuların fotosu sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən bir neçə soyuducunun yolun hərəkət hissəsinə qoyulması, piyadaların yolunu tam kəsməsi, həmçinin avtomobillərin hərəkətinə də maneə yaratması məlum olur.

    Qeyd edək ki, Bakı şəhərində səkilərdə və yol kənarlarındakı köşklərin ətrafına yığılmış soyuducuların hərəkət iştirakçılarına maneə yaratması ilə bağlı tez-tez şikayətlər edilir.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ərazidə qayda pozuntusu ilə müşahidə olunan hal aradan qaldırılıb.

    “Qaydalara əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və digər yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, digər ərzaq və başqa mallarının satılmasına yol verilmir” , – deyə məlumatda qeyd olunub.

    O da bildirilib ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerlərdə malların satılmasına və ya işlərin, xidmətlərin görülməsinə görə 80 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir.




  • Meyxanaçı Mircəlal: “Rəşad Dağlı gəlsəydi, hamısı toyda olacaqdı” – VİDEO

    “Məşədibaba sağ olsaydı, mən heç meyxana deməzdim. Onun olduğu yerdə buna ehtiyac olmazdı”.

    Bunu Baku TV-nin “Arzunun vaxtı” verilişində mərhum meyxanaçı Məşədibabanın sənətini davam etdirən oğlu Mircəlal deyib.

    O, atasının yoxluğunu doldurmaq üçün meyxanaya gəldiyini vurğulayıb.

    Müzakirələrə səbəb olan toyundan danışan meyxanaçı bunu yaşlı qohumlarına görə etdiyini söyləyib:

    “İstəyirdim, onlar toyumu görsünlər. Həm də meyxana elə sənətdir ki, hər an başına nəsə gələ bilər. Bakılılarda gəlinsiz toy etmək adəti var. Buna “lotu toyu” deyirlər”.

    Mircəlal toyuna gəlməyən meyxanaçılardan da gileylənib:

    “Bəzi meyxanaçılar söz verdilər, amma toyuma gəlmədilər. Rəşad Dağlı gəlsəydi, hamısı toyda olacaqdı”.

    Ətraflı süjetdə:

  • Beyləqanda qadın özünü asaraq intihar etdi

    Beyləqanda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Birinci Aşıqlı kəndində baş verib.

    Kənd sakini 56 yaşlı A. Mədətova yaşadığı evin həyətindəki çardaqdan baş örtüyü ilə özünü asaraq, həyatına son qoyub.

    Onun meyiti səhər saatlarında aşkar edilib.

    İntiharın hansı səbəbdən baş verməsi hələlik bilinmir.

    Faktla bağlı araşdırma aparılır.

  • NATO ən böyük hərbi təlimə hazırlaşır

    NATO-nun ən böyük təlimi gələn həftə başlayır.

    Bunu Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli alyansın hərbi komitəsinin iki günlük iclasının yekunları üzrə Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, “Steadfast Defender2024” təlimlərində 90 minə yaxın hərbçi iştirak edəcək.

    Hərbi təlimlərin məqsədi Rusiyanı çəkindirməkdir.

    Mənbə: TASS

  • Türkiyə ordusu İraq və Suriyada bir həftədə 114 terrorçunu zərərsizləşdirib

    Türkiyə ordusu İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftədə 114 terrorçunu zərərsizləşdirib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Beləliklə, 2023-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 2 396-ya çatıb.

  • Güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

    Xəbərdarlıqda deyilir:

    Bakıda və Abşeron yarımadasında yanvarın 19-u gündüzdən 20-dək cənub-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

    Azərbaycanın rayonlarında yanvarın 19-da qərb küləyinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

  • Evini müqaviləsiz kirayə verənləri hansı cəza gözləyir? – ARAŞDIRMA

    “Müqavilənin olmaması həm ev sahibinin, həm də kirayəçilərin hüquqları baxımından risk yaradır”.

    Bu fikirləri Yenisabah.az-a “Azərbaycan Rieltorlar Assosiasiyası”nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.

    O bildirib ki, ölkədə evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar.

    “Azərbaycanda stabil kirayə bazarının formalaşdığını deyə bilərik. Amma bu bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada – şifahi razılıq əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar”.

    Ekspert qeyd edib ki, bizim cəmiyyətdə hüquqi xidmətlərdən istifadə etməklə bağlı təcrübə azdır.

    “Biz hələ də sovet hökumətinin qalıqlarıyıq və hüquqi xidmətlərdən istifadə etmir, buna vəsait ayırmırıq. Ona görə də bizi addımbaşı aldadırlar, özümüz də qanunları bilmirik. Ev sahibləri düşünür ki, mən müqavilə imzalasam, vergi ödəyəcəyəm və qazancımı itirəcəyəm. Bizdə hələ də bu stereotip hökm sürür.

    Xaricdə isə belə deyil. İnsanlar daşınmaz əmlakla bağlı məsələlərdə kifayət qədər əliaçıq olurlar, risklərdən qaçmaq üçün bu işi peşəkar əmlakçılara həvalə edirlər. Həmin əmlak şirkətlərinin çoxunun hüquqşünasları olur və hazır müqaviləni, kompleks xidmətləri hazırlayırlar, evə müştəri də tapırlar.

    Bizdə isə insanların ağlına gəlmir ki, hər hansı əhd bağlayanda, danışıqlara gedəndə özü ilə hüquqşünas aparsın”.

    E.Azadovun sözlərinə görə, ev sahibi müqavilə bağladıqda vergi məbləği heç də düşünüldüyü kimi böyük olmur.

    “Vergi məbləği 14 faiz təşkil edir. Hər 100 manata 14 manat vergi ödənməlidir, bu isə çox böyük məbləğ deyil.

    Bəzi vətəndaşlar primitiv müqavilə imzalayırlar. Bunu əmlakçılar edirlər, sadə bir vərəqə ünvanı, ev yiyəsinin ad, soyadını, kirayəşinin ad, soyadını və kirayə məbləği yazırlar. Bu “sənəd”in hüquqi tərəfi yoxdur, çünki notariusda qeydiyyatdan keçmir. Lakin hər hansı məsələ məhkəmə predmeti olarsa, sübut olaraq keçərli olur.

    Qanunla müqavilə bağlanmalıdır, çünki qanunlarımızda qeyd olunur ki, Azərbaycan vətəndaşı istənilən gəlirdən vergi ödəməlidir. Hər hansı formada qazanc əldə etmisənsə, o qazancdan vergi ödəməlisən. Bu qanunvericilikdə nəzərdə tutulub”.

    Məsələ ilə bağlı danışan hüquqşünas Ələsgər Əhmədoğlu isə qeyd edib ki, ev sahibləri vergidən yayınmaq üçün rəsmi müqavilə bağlamaqdan boyun qaçırırlar:

    “Evini kirayə verən şəxs mütləq şəkildə kirayə haqqının müəyyən faizini vergi olaraq ödəməlidir. Bu gün isə daşınmaz əmlakı olanlar bu vergidən yayınmaq üçün həmin rəsmi müqaviləni imzalamırlar. Evin kirayə verildiyi rəsmiləşdirilmədiyi zaman vergidən yayınmanı sübut etmək bir az çətin olur. Sabah ev sahibi çıxıb deyə bilər ki, mən evimi əvəzsiz vermişəm və heç bir pul almamışam. Bu səbəbdən adətən kirayəşinlə ev sahibi arasında sözlü razılaşma olur.

    Burada bir məsələ də var. Ev sahibi rəsmi müqaviləyə görə, kirayəşini qeydiyyata salmalıdır. Ev sahibləri isə bunu istəmir. Qeydiyyat müvəqqəti olsa da, ev sahibləri düşünür ki, sonradan bu problem yarada bilər”.

  • Lənkəranda ər və arvad dəm qazından boğularaq ölüblər

    Lənkəranda ər və arvad dəm qazından boğulub.

    “Report”un məlumata görə, hadisə rayonun Göyşaban kəndi ərazisində baş verib.

    Belə ki, Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.

    Faktla bağlı araşdırma aparılır.