Month: January 2024

  • Prokuror Təranə Səmədovaya iş istəyib

    Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

    Prokuror Təranə Səmədovanın 7 il 6 ay müddətinə, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Növbəti məhkəmə prosesi yanvarın 25-də keçiriləcək.

    Qeyd edək ki, 2022-ci ilin dekabrında Rahim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb. İstintaqın gedişatı zamanı prodüser Təranə Səmədovanın da cinayət işi üzrə təqsirli olmasına şübhələr müəyyən edilib və istintaqa cəlb olunub.

    Təranə Səmədova və Rahim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Təranə Səmədova 2017-ci ildə insan alverində ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum olunub. 2019-cu ildə azadlığa çıxan prodüser, ötən il qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, onun barəsində 400 manat cərimə cəzası təyin edib, sərbəst buraxıb.

  • Sumqayıtda fəhlə faciəli şəkildə öldü

    Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

    APA xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikinti şirkətində baş verib.

    1977-ci il təvəllüdlü Nazim Xeyrulla oğlu Bağırov qumun altında qalaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sərhədi pozmaq istəyən Neftçala sakini saxlanılıb

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

    DSX-dən verilən xəbərə görə, yanvar ayının 15-də saat 21:56-da xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Eldəniz Aboş oğlu Mustafayev saxlanılıb.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi – İranla gərginlik

    Pakistan ordusu yüksək hazırlıq vəziyyətindədir.

    Bu barədə “Reuters” Pakistan ordusunun yüksək səvviyyəli rəsmisinə istinadən bildirib.

    Mənbənin sözlərinə görə, Pakistan ordusu “həddindən artıq” yüksək hazırlıq vəziyyətindədir və bundan sonra İran tərəfinin hər hansı yannlış addımına güclü şəkildə cavab verəcək.

    Xatırladaq ki, İran və Pakistan arasında gərginlik yaranıb.

  • İlk türk astronavtın kosmosa uçuşu niyə təxirə salındı? – Kosmik gəmi bu gecə buraxılacaq

    Türkiyənin ilk insanlı kosmik missiyasının kosmosa çıxması bir gün təxirə salınıb.

    Median.Az TRT Haber-ə istinadən xəbər verir ki, Alper Gezeravcının da olduğu komandanı daşıyacaq kosmik gəmi bu gecə saat 00.49-da kosmosa buraxılacaq.

    Mövzu ilə bağlı NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzində mətbuat konfransı keçirilib.

    Daha sonra müvafiq şirkət – “SpaceX” açıqlama verib. Şirkət yeni uçuş tarixini 19 yanvar olaraq hədəflədiklərini açıqlayıb.

    “Bu əlavə vaxt komandalara uçuşdan əvvəl son yoxlamaları tamamlamağa və kosmik gəmidəki məlumatları təhlil etməyə imkan verəcək.”

    Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır da bütün texniki yoxlamalar tamamlandıqdan sonra uçuşun baş tutacağını bildirib:

    “Texniki nəzarətin yaxın 24 saat ərzində başa çatdırılması planlaşdırılır. Ümid edirik ki, bütün texniki nəzarətlər müsbət nəticə verəcək və heç bir gecikmə olmadan buraxılış baş tutacaq. Bu, əslində bir missiyadır millətimiz çoxdandır ki, gözləyir. Biz deyirik ki, gec olsun, güc olsun”.

    Qeyd edək ki, ilk türk astronavtı Alper Gezeravcı və onu müşayiət edən 3 nəfəri daşıyacaq raket Türkiyə vaxtı ilə 19 yanvar saat 00.49-da kosmos səyahətinə başlayacaq.

  • Azərbaycanda qəribə hadisə: Yüzlərlə litr süd yola axdı – VİDEO

    Azərbaycanda rayonların birində süd maşınından yüzlərlə lirt südün yola dağılması hadisəsi qeydə alınıb.

    Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

    Qapağın xarab olması səbəbindən südün yola axmasının qarşısını almaq mükün olmayıb.

    Görüntüləri olduğu kimi təqdim edirik:

  • 20 yaşlı xanımı və 8 aylıq körpəsini öldürən şəxslə bağlı YENİ XƏBƏR

    Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə başlayıb.

    Bu gün cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Nurəddin Hüseynlinin sədrliyi ilə onlayn qaydada keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə zərərçəkmiş tərəf iştrak etməyib. Təqsirləndirilən şəxs məhkəmənin qapalı keçirilməsi barədə vəsatət verib.

    Vəsatət təmin olunub.

    İş üzrə məhkəmınin baxış iclası fevralın 1-nə təyin olunub.
    Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.//apa

  • İran sərhəd bölgəsinə endirilən zərbələrlə bağlı Pakistandan izahat tələb edir

    Tehran İslamabaddan izahat tələb edib.

    Bu barədə İranın Təhlükəsizlik Qüvvələrinin nümayəndəsi xəbər yayıb.

    Məlumata görə, İran Sistan və Bəlucistan əyalətinin sərhəd kəndinə həyata keçirdiyi raket hücumları ilə bağlı Pakistandan dərhal izahat tələb edib.

    Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Pakistan hərbçiləri antiterror əməliyyatı keçiriblər, bu əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Pakistanın hücumu nəticəsində üç qadın və dörd uşaq həlak olub.

    Mənbə: TASS

  • İmişlidə 11 yaşlı uşağın kanalda batması ilə bağlı cinayət işi açılıb

    “İmişlidə 23 gün əvvəl 11 yaşlı uşağın kanalda batması ilə bağlı cinayət işi açılıb, araşdırma gedir”.

    Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

    Onun sözlərinə görə, ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Xankişiyevin yaşadığı kəndin ərazisindən keçən “Boztəpə” su kanalına düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub:

    “Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunub.

    Həmçinin azyaşlının ola biləcəyi ehtimal olunan su kanallarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarış tədbirləri aparılıb, lakin nəticə əldə etmək mümkün olmayıb.

    Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azyaşlının tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri bütün tədbirlər icra olunur”.

  • Президент Ильхам Алиев принял верительные грамоты новоназначенного посла США в нашей стране – ФОТО

    18 января Президент Азербайджанской Республики Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Соединенных Штатов Америки в нашей стране Марка Либби.

    Об этом сообщает President.az.