Month: January 2024

  • Filippində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

    Filippində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı yeddi nəfər ölüb.

    Sürüşmənin yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə 09:00 – red.) ölkənin cənubunda yerləşən Mindanao adasındakı Monkayoda mədən sahəsində baş verdiyi dəqiqləşdirilir.

    İlkin məlumata görə, hadisə leysan yağışlar səbəbindən baş verib.

    Ölənlər arasında uşaqların da olduğu məlum olub. Bundan başqa, hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha bir neçə nəfər itkin düşüb.

    Hazırda yağıntıların davam etməsi səbəbindən axtarış-xilasetmə işləri dayandırılıb.

    Mənbə: News Line Philippines

  • Ermənistanda təşviş: Orduda ölüm və intiharların sayı artıb

    “Ermənistanda sülh dövründə orduda ölənlərin sayı dinamik şəkildə artır”.

    Bu barədə Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan xəbər verib.

    “Sülh dövründə orduda ölənlərin, o cümlədən intihar edənlərin sayı dinamik şəkildə artmaqdadır”, – deyə Yeqoyan bildirib.

    “Bu, silahlı qüvvələrdə nizam-intizamla bağlı ciddi problemlərin olduğunu göstərir. Əgər 2022-ci ildə 64 ölüm hadisəsi baş veribsə, 2023-cü ildə daha çox ölüm qeydə alınıb”, – o əlavə edib.

    Mənbə: Sputnik Ermənistan

  • Bakıda evdən kişi meyiti tapılıb

    Bakıda evdən meyit tapılıb.

    Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

    63 yaşlı Veys Yusif oğlu Şıxıyev yaşadığı evdə ölü halda aşkarlanıb.

    Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb

    Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu günə qədər qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

    Qurum sədri bildirib ki, bu günə qədər 26 minə yaxın müşahidəçi qeydiyyatdan keçib: “Həmin müşahidəçilərin 22 mindən çoxu dairə seçki komissiyalarında qeydiyyatdan keçib”.

  • Suriyada ərəb əşirətləri ilə PKK terrorçuları arasında TOQQUŞMA

    Suriyanın şərqindəki Deyrizor əyalətində ərəb əşirətləri ilə PKK/YPG terror təşkilatları arasında 7 məntəqədə qarşıdurma baş verib.

    Bu barədə yerli mənbələrdən məlumat əldə edilib.

    Məlumata görə, gecə saatlarında Deyrizorun şərq və cənub-şərqində baş verən qarşıdurmalar zamanı ərəb əşirətləri Bağöz qəsəbəsi, Kişkiyye, Cenine, İzbe, Əbu Hamam, Ziban və Suveydan kəndlərində terrorçulara aid yol-nəzarət məntəqələrini, qərargahları və maşınları hədəf alıblar.

    Ərəb əşirətləri Cenine kəndinə basqın zamanı 6 PKK/YPG terrorçusunu sağ olaraq ələ keçiriblər.

    Digər tərəfdən, PKK/YPG terrorçuları İzbe kəndində 16 yaşlı uşağı əsir götürüblər. Hazırda uşaqla bağlı məlumat yoxdur.

    Xatırladaq ki, 7 yanvar 2024-cü ildə də ərəb əşirətləri ilə terrorçular arasında toqquşma olub.

    Deyrizorda işğal altındakı bölgələrdə terror təşkilatının təzyiqi altında olan ərəb əşirətləri ilə PKK/YPG terrorçuları arasında 2023-cü ilin avqust ayından bəri tez-tez qarşıdurmalar yaşanır.

    Terror təşkilatının ABŞ ordusunun dəstəyi ilə “İŞİD-ə qarşı mübarizə” adı altında işğal etdiyi Deyrizor əhalisinin hamısını ərəblər təşkil edir. Terror təşkilatı işğal etdiyi bölgələrdə ərəb uşaqlarını zorla öz sıralarına cəlb edir. Bölgədə ələ keçirdiyi neft quyularından çıxarılan nefti, ABŞ-nin sanksiyalarına baxmayaraq, qaçaqmalçılar vasitəsilə Dəməşq rəhbərliyinə satır və bundan gəlir əldə edir.

    PKK/YPG bunlardan öz fəaliyyətləri üçün istifadə edir, bölgə xalqı isə yerli xidmət və yardımlardan məhrum qalır.

    Mənbə: Haber Global

  • Azərbaycanlı aeroportda 10 milyonluq qızılla tutuldu

    Moskvanın “Domodedovo” hava limanının gömrükçüləri Azərbaycan vətəndaşını üzərində on milyon rubl (təxminən 190 min manat) dəyərində markalı qızıl-zinət əşyaları ilə saxlayıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətindən bildirilib.

    Məlumata əsasən, Bakıdan uçan 35 yaşlı əcnəbi gömrük rüsumunu ödəmədən Rusiyaya 2,4 milyon rubl (təxminən 45 min 600 manat) dəyərində qızıl-zinət əşyaları gətirmək istəsə də, yaxalanıb. Müfəttişlər onun bel çantasında “Bvlgari” saatı, “Qrisogono” üzüyü və brilyant, beril, eləcə də korund əlavələri olan qızıldan hazırlanmış “Graff “sırğaları aşkar ediblər.
    Federal Gömrük Xidməti bildirib ki, həmin şəxsin yanında mavi sapfir sertifikatı olub, lakin qiymətli daşın özü yoxdur. Məlum olub ki, o, qızıl üzükdə bərkidilib. Qaçaqmalçını 7 ilə qədər həbs cəzası gözlədiyi ehtimal edilir.

  • Ekvadorda iğtişaşlar başlayandan bəri iki minə yaxın adam saxlanılıb

    Ekvador polisi və silahlı qüvvələri həbsxanalarda iğtişaşların başlamasından bəri 1 975 şübhəlini saxlayıb.

    Bu barədə ölkə prezidentinin administrasiyası məlumat yayıb.

    “2024-cü il yanvarın 9-dan 17-nə kimi 1 975 nəfər saxlanılıb, onlardan 158-i terrorizmdə şübhəli bilinir”, – deyə administrasiyanın “X” hesabında bildirilib.

    Cinayətkarlıqla mübarizə əməliyyatlarında 20 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib, bu əməliyyatlar zamanı 700-dən çox odlu silah, 500-ə yaxın partlayıcı qurğu və altı tondan çox narkotik maddə götürülüb.

    Girovluqdan azad edilən polis və islah müəssisələrinin əməkdaşlarının sayı dəyişməyib – onların sayı hələ də 212 nəfərdir.

    Mənbə: TASS

  • Ekspertiza mərkəzində qalmaqal: Sürücünü rüşvətlə ayıq yazdılar – VİDEO

    Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar yayılıb.

    Belə ki, sözügedən mərkəzdə sürücülərə heç bir alkotestdən keçmədən ödəniş müqabilində, sərxoş vəziyyətdə olsalar belə, ayıqlığı təsdiq edən arayış verildiyi deyilir.

    Baku TV-nin əməkdaşı gizli çəkiliş vasitəsilə iddiaları araşdırmağa çalışıb.

    Məlum olub ki, mərkəzdə bu arayışı saxta şəkildə, heç bir testdən keçmədən əldə etmək üçün 10 manat ödəniş etmək kifayətdir.

    Ətraflı videonu təqdim edirik:

  • Pullu yola sürət nişanı qoyuldu: Radar da quraşdırılacaq

    İstifadəyə verilən ödənişli Bakı-Quba yolunda sürət həddinə dair müzakirələr yekunlaşıb. Belə ki, sözügedən yolda sürət həddi 110 km/saat olaraq təyin edilib.

    Bakı-Quba yoluna alternativ yol kimi çəkilən ödənişli avtomagistral yolda sürət həddinin 110 km/saat olduğunu göstərən nişan quraşdırılıb.

    Əldə etdiyimiz məlumata görə, sözügedən yol nişanı bayram günləri ərəfəsində quraşdırılıb. Baxmayaraq ki, magistral yollarda maksimal sürət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.

    Qeyd edək ki, sürücülərin yolda sürət həddinə ciddi riayət etməsini təmin etmək üçün hələ xüsusi texniki vasitələr (radar – red.) quraşdırılması hələ də həyata keçirilməyib.

    Ödənişli Bakı-Quba yolunda isə artıq dəfələrlə ölüm və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bəs bu qəzalar necə və hansı meyarlarla aktlaşdırılır? Kim məsuliyyət daşıyır?

    Bu suallara isə hələ də cavab verəcək qurum yoxdur.

  • Лавров: Баку готов подписать мирный договор с Ереваном на территории РФ – ВИДЕО

    Азербайджан готов подписать мирный договор с Арменией в России, при этом некоторые западные страны желали бы заключения такого соглашения на своей территории.

    Об этом заявил министр иностранных дел Российской Федерации (РФ) Сергей Лавров, отвечая на вопрос News.ru в рамках пресс-конференции по итогам 2023 года.

    В то же время он подчеркнул, что пока неизвестно, насколько готов Ереван.

    “То, что хотят наши западные коллеги, чтобы только на их территории был подписан мирный договор – это факт. То, что Азербайджан готов его подписать на российской территории, где начинались усилия по прекращению конфликта и по выстраиванию всех вопросов – это тоже факт. Насколько к этому готов Ереван, мне неизвестно. Хотя соответствующие сигналы давно направлялись в армянскую столицу”, – сказал министр.