Month: January 2024

  • Lavrov: “Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır” – VİDEO

    “Azərbaycan Rusiyada Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Ancaq bəzi Qərb dövlətləri öz ərazilərində belə bir saziş bağlamaq istəyirlər”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov 2023-cü ildə ölkə diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı News.ru-nun sualını cavablandırarkən bildirib.

    O, İrəvanın buna nə dərəcədə hazır olmasının hələ məlum olmadığını vurğulayıb.

    “Bu bir həqiqətdir ki, bizim qərbli həmkarlarımız sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər. Azərbaycanın sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm. Ermənistan paytaxtına çoxdan müvafiq siqnallar göndərilib”, – deyə XİN rəhbəri qeyd edib.

  • Son zamanlar yayılan xəstəlik COVID-19-un yeni ştammıdır? – AÇIQLAMA

    Son zamanlar boğaz, oynaq ağrısı, burun tutulması kimi simptomlarla müşahidə edilən xəstəliklərdə artım olduğu bildirilir.

    Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq qeyd edilib ki, hər il olduğu kimi, bu il də payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir:

    “Son günlərdə insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir”.

    “Payız-qış fəsli daxil olandan bəri, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və keçirilməkdə davam edir”, – deyə cavabda qeyd edilib.

  • Koordinasiya Mərkəzi: “Ölümündən sonra orqanlarının bağışlanmasını vəsiyyət edən insanlar var”

    Ötən il Azərbaycanda 300-ə yaxın orqan transplantasiyası əməliyyatları həyata keçirilib.

    Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

    Məlumata görə, bunlardan böyrək transplantasiyası çoxluq təşkil edir.

    Eyni zamanda, qeyd edilib ki, ölümündən sonra orqanlarının bağışlanmasını vəsiyyət edən insanlar var:

    “Ancaq meyitdən orqan götürülməsinə hələ başlanılmayıb”.

  • Самолет рейса Баку – Милан приземлился на запасном аэродроме

    Капитан воздушного судна авиакомпании Azerbaijan Airlines, выполнявшего рейс AHY-035 по маршруту Баку – Милан, ушел на запасной аэродром в связи с погодными условиями (сильный туман).

    Об этом сообщает пресс-служба ЗАО “Азербайджанские авиалинии”.

    Самолет Airbus A320 приземлился в Международном аэропорту Милан – Линате в 13:10 по местному времени.

  • Bakı-Milan aviareysi məcburi eniş etdi

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

    Bildirilib ki, “Airbus A320” təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.

  • Bakıda dəhşətli qəza: Avtomobil qadını metrlərlə kənara tulladı – VİDEO

    Paytaxtın Heydər Əliyev prospektində bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsinin görüntüləri yayılıb.

    Median.Az avtosfer.az-a istinadən xəbər verir ki, orta yaşlı qadın yolu piyadalar üçün təyin olunmamamış yerdən keçməyə çalışıb.

    O, bir müddət yolun ortasında dayanıb. Ardınca qaçaraq keçməyə çalışsa da, sürətlə gələn avtomobil onu vurub.

    Nəticədə piyada hadisə yerində həyatını itirib.

    Həmin görüntüləri təqdim edirik:

  • Meteohəssas insanlar üçün MƏLUMAT

    Yanvarın 19-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • ABŞ keçmiş prezidentin ölkəyə girişinə qadağa qoydu

    ABŞ Dövlət Departamenti korrupsiyada ittiham etdiyi Qvatemalanın keçmiş prezidenti Alexandro Giammatteyin səlahiyyət müddəti başa çatdıqdan üç gün sonra ABŞ-yə girişini qadağan edib.

    Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat verib.

    “Dövlət Departamenti Giammatteyin Qvatemala prezidenti olduğu müddətdə dövlət vəzifələrini yerinə yetirməsi müqabilində rüşvət aldığı, qanunun aliliyinə və hökumətin şəffaflığına xələl gətirən hərəkətlərə yol verdiyinə dair etibarlı məlumatlara sahibdir”, – deyə bəyanatda bildirib.

    Həmçinin Giammatteyin ABŞ-yə girişinə qadağa qoyulduğu qeyd edilib.

    Bəyanatda ABŞ-nin Qvatemalada və Qərb yarımkürəsində şəffaflığı və idarəçiliyi gücləndirməkdə qərarlı olduğu, buna xələl gətirənlərin əməllərinə görə hesab verməsi üçün bütün vasitələrdən istifadə edəcəyi vurğulanıb.

    ABŞ, həmçinin ölkə demokratiyasına zərbə vurmaqda ittiham olunan Qvatemalanın yüzlərlə məmuruna və vətəndaşına qarşı sanksiya tətbiq edib.

    Xatırladaq ki, 2023-cü il avqustun 20-də ölkədə keçirilən prezident seçkisinin ikinci turunda qalib gələn Bernardo Arevalo yalnız yanvarın 14-də Konqresdə and içə bilib və Alexandro Giammattey vəzifəsini tərk edib.

    Mənbə: Haber Global

  • Azərbaycanda qızılcaya yoluxanların rəsmi SAYI

    Son illər Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.

    Məlumatda qeyd edilib ki, qızılcaya yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.
    //oxu.az

  • Yatmazdan əvvəl 1 dilim yeyin – Heyvanın faydaları

    Yatmazdan əvvəl 1 dilim heyva yemək sağlamlığa faydalıdır.

    Adətən payızda yetişən bu meyvə təzə, marmelad, mürəbbə, kompot kimi fərqli şəkildə istifadə edilə bilər.

    Kalium, maqnezium, manqan və C vitamini ilə zəngin olan heyva xüsusilə sinir sistemi və əzələ funksiyaları üçün vacibdir.

    Heyva şəkəri ən az olan meyvələrdəndir və qan şəkərini artırmır, lazımsız kalori vermir. Bu səbəblə rahatlıqla yeyə bilərsiniz.

    Gecələr heyva yemək iştahanı yatırır və yüksək lif tərkibi sayəsində toxluq hissi yaradır.

    Yuxudan əvvəl yeyilən bir dilim heyva gecə boyu orqanizmin qan şəkərini balanslı saxlamağa kömək edir.

    Heyva mədə sağlamlığını qoruyur və turşu əmələ gəlməsinin qarşısını alır.

    Sinəni yumşaldır və öskürəyin qarşısını alır.
    //bakupost.az