Month: January 2024

  • “Hünəriniz varsa, Şəfiqə Məmmədovanı danışdırın”

    Median.Az xəbər verir ki, Azərbaycan kino aktrisası, baletmeyster, xoreoqraf və pedaqoq Leyla Şıxlinskaya azvision.az-ın həmsöhbəti olub.

    Xalq artisti bir neçə sualımızı cavablayıb.

    – Leyla xanım, necəsiniz? Hazırda nə işlə məşğulsunuz?

    – Bağda oturmuşam, ağaclara baxıram və həyatımla bağlı memuar yazmağa hazırlaşıram. Bundan əvvəl də baletlə bağlı 4 kitab yazmışam. İndi isə “Həyat, Leyla Şıxlinskya, dünən, bu gün, sabah” adlı kitab yazmaq istəyirəm. Fikirləşim, görüm nə yazacağam.

    Kitabda kiçik yaşlarımdakı dövrə, balet məktəbinə getdiyim zamanlara, kinostudiyaya gəlişimə yer verəcəyəm. Artıq yazmağa başlamaq istəyirəm. Çətin olacaq. Bu dünyada o qədər iş görmüşəm ki, heç bilmirəm nədən danışım. Balet, digər tərəfdən kino, teatrşünaslıq, müəlliməlik, xareoqrafiya, klinika açmağım vəs. Gördüyüm işlər saymaqla bitmir.

    – Eyni zamanda təbiətə çox bağlı insansınız. Bağınızda hansı ağaclara üstünlük vermisiniz?

    – Tuya, Xan Çinarı, Liqustra, İtaliya leylandrası və s. Böyük ağaclardır. Qubadakı hotelimi meşəyə çevirmişəm. Bütün ili yaşıl olan ağacları sevirəm.

    – Ağaclara şəxsən qulluq edirsiniz?

    – Bilirsən mənim neçə yaşım var? Məgər mənim 18 yaşım var ki, ağcalara şəxsən qulluq edim? Mən özümü direktor kimi aparıram. Bitkilərlə bağlı kitablar oxumuşam. Buna uyğun da tapşırıq verirəm ki, elə əkin, belə becərin və s.

    – Çoxdandır sizi görmürük. Əminəm ki, 18 yaşınızdakı kimi gözəlliyinizi saxlamısınız…

    – Normalam. Həkimin yanına məsləhətə getmişdim. Orada məni görüb dedilər, ay Leyla xanım, nə qəşəngsiniz, nə gözəlsiniz. Bunu özüm öz haqqımda desəm, gözəl görünməz. Normalam, babatam, kifr deyiləm.

    – Daha çox harada olursunuz?

    – Daha çox təyyarədə oluram. Gah Rusiyada, gah Dubayda, gah da Bakıda yaşayıram. Əsasən Bakıda oluram.

    – Çox vaxt səfərlərdə olursunuz. Bəs Qubadakı hoteli necə idarə edirsiniz?

    – Mən idarə etmirəm. Yaxşı insanlar var ki, onlar idarə edir. Mən sadəcə nəzarət edirəm. Doğrudur, buna qədər məni aldadanlar da oldu. Ancaq onları bu işlərdən uzaqlaşdırdım.

    – Bir qız, bir oğul övladınız var. Ən çox hansı ilə birgə yaşayırsınız?

    – Qızım Sinqapurda, oğlum isə Moskvada yaşayır. 4 nəvəm var. Yeni ili qızımla birlikdə Sinqapurda keçirdim. Bir az Bakıda qalandan sonra Moskvaya nəvələrimi görməyə gedəcəyəm. Onlar üçün darıxmışam.

    – Leyla xanım daha bir sualım var idi…

    – Yoruldum, bəsdir. Hünəriniz varsa, gedib aktrisa Şəfiqə Məmmədovanı danışdırın.

  • Türkiyəli kosmonavt bu gecə kosmosa uçacaq

    Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı 2024-cü il yanvarın 18-də yerli vaxtla saat 01:11-də kosmosa uçacaq.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib.

    Məlumata görə, Alpər Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

    Qeyd edək ki, Gezeravcı kosmik missiyada İspaniya, İtaliya və İsveçdən olan astronavtlarla birlikdə iştirak edəcək.

  • Azərbaycanda pensiya alanların sayı AÇIQLANIB

    2024-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1099 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 10,8 faizini təşkil edib.

    Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

    2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfərdir.

    “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub.

  • Bu ixtisasları seçsəniz, işsiz qalmayacaqsınız – Ekspertdən abituriyentlərə MƏSLƏHƏT

    Ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin əksəriyyəti müstəqil şəkildə ixtisas seçimi edə bilmirlər. Onlar ya valideynlərinin, ya da ətraflarının təsiri altında qərar qəbul edir ki, bu da öz ixtisasları üzrə iş tapmaqlarına mane olur.

    Median.Az xəbər verir ki, ixtisas və peşə seçiminin əmək bazarının öyrənilmədən edilməsinin yaratdığı problemlərlə bağlı konkret.az-a açıqlama verən təhsil ekperti Kamran Əsədov durumu aşağıdakı kimi dəyərləndirib:

    “Statistik göstəricilərə görə, ölkəmizdəki 4432 orta ümümtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. İl ərzində 85 min şagird orta təhsil müəssissələridən məzun olur. Onların təxminən 60 mini ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verir. Eyni zamanda, 51 universitetdə 187 min tələbə təhsil alır və 55 minə yaxını təhsilini bakalavr pilləsində davam etdirir. Cox təəssüf ki, dörd illik təhsildən sonra  yalnız gənclərdən 42 faizi ixtisasa uygun işlə təmin olunur”.

    Ekspert hazırda tələbatın yüksək olduğu ixtisaslardan da danışıb:

    “Fövqalədə Hallar Nazirliyi, Polis Akademiyası və digər hərbi təhsil müəssisələrinin məzunları birmənalı olaraq işlə təmin olunurlar. Bundan əlavə, əmək bazarında tibb işçilərinə də  ehtyac böyükdür. Mühasib və müəllim peşələrinə gəldikdə isə, düzdür, onlara da ehtiyac var, amma onlar işə müasibiqələr yolu ilə qəbul olunurlar”.

  • Xankəndi və Xocalıya köçün vaxtı bəlli oldu

    Hazırda “Böyük Qayıdış” planına uyğun olaraq işğaldan azad edilmiş rayonlara məcburi köçkünlərin köçürülməsi məsələsi davam etdirilir.

    Prezident İlham Əliyev telekanallara müsahibəsində keçmiş köçkünlərin qayıdış prosesinin daha da sürətlənəcəyini diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, məcburi köçkünlərin bu il qaytarılacağı ərazilər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri olacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub.

    Həmçinin, Xankəndinin erməni separatçılarından azad edilməsindən də təqribən dörd aya yaxın vaxt keçib.

    Bəs Xankəndinə azərbaycanlı əhalinin qayıtması nə vaxta planlaşdırılır?
    Ətraflı

    Median.Az xəbər verir ki, bu suala cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Metbuat.az-a bildirib ki, cari ildə Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə, Laçın rayonun Sus kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub:

    “Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən adıçəkilən ərazilərdə, eləcə də Kərkicahan qəsəbəsi və Xocalı şəhərində qeydiyyatda olan məcburi köçkünlərin sorğusu həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur”.

    İ.Mirzəyev qeyd edib ki, 2024-cü ildə əsasən daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi planlaşdırılıb:

    “Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, 2024-cü ildə köçürülmə nəzərdə tutulan ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan, evləri bərpa olunmuş məcburi köçkünlər köçürüləcək”.

  • TBMM sədri Azərbaycan səfirini qəbul edib

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfiri Məmmədovla görüşüb.

    Bu barədə Türkiyə Böyük Millət Məclisi məlumat yayıb.

    “Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfiri Reşad Məmmədovu qəbul edib”, – TBMM-dən bildirilib.

    Görüşün təfərrüatı açıqlanmır. Qeyd olunur ki, görüş mətbuata qapalı keçirilib.

    Mənbə: tbmm.gov.tr

  • На железнодорожной станции задержан вооруженный мужчина – ФОТО

    Сотрудники Управления полиции на железнодорожном транспорте (УПЖТ) провели оперативные мероприятия по ряду направлений. Об этом сообщили в пресс-службе Министерства внутренних дел Азербайджана.

    Отмечается, что при проведении оперативно-разыскных мер сотрудниками Гянджинского линейного отделения полиции (ЛОП) УПЖТ на железнодорожной станции Зазалы был задержан подозреваемый в незаконном приобретении и хранении огнестрельного оружия житель города Гянджа Сахиб Гасанов. Во время досмотра у него были обнаружены и изъяты автомат Калашникова, магазин и 10 патронов калибра 5,45 мм.

    В связи с поступившей в полицейское отделение информацией о наличии оружия и боеприпасов вблизи железнодорожной линии Дялляр – Шамкир на указанную территорию были привлечены сотрудники правоохранительных органов, которые провели необходимые мероприятия. В результате были обнаружены и изъяты 2 ручные гранаты “Ф-1”, запал гранаты “УЗРМГ”, 2 дымовые гранаты “Черемуха”, четыре автоматных магазина, 47 патронов к различным видам оружия.

    Наряду с этим благодаря профилактическим мерам, проведенным сотрудниками полиции, житель города Гянджа в добровольном порядке сдал правоохранительным органам охотничье ружье без соответствующих документов.

    Также в результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Агстафинского ЛОП был задержан и доставлен в отделение полиции подозреваемый в незаконном приобретении и хранении наркотических веществ Алихан Гусейнов. Во время досмотра у него было обнаружено и изъято 470 г высушенной марихуаны.

    По указанным фактам ведется расследование.

  • Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb – FOTO

    Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bir neçə istiqamətdə əməliyyat tədbirləri keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmiryol Stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Sahib Həsənov saxlanılan zaman onun üzərindən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin avtomata aid patron darağı və 10 ədəd 5,45 kalibrli patron aşkar edilərək götürülüb.

    Polis şöbəsinə Dəllər-Şəmkir dəmir yolu xətti yaxınlığında silah-sursat olması barədə daxil olan məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Bu zaman oradan iki ədəd “F1” əl qumbarası, bir ədəd “UZRMQ” markalı partladıcı, iki ədəd “Çermuxa” markalı tüstü qumbarası, dörd ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron aşkar edilərək götürülüb.

    Polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə Gəncə şəhər sakini özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib.

    Bundan başqa, XPŞ-nin və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Əlixan Hüseynov saxlanılaraq Polis Bölməsinə gətirilib, üzərinə baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Xalq artisti: “Qızımın aktrisa olmasını istəmirəm”

    “Qızım müğənni olmaq istəyirdi. Sonra gördüm ki, oxuduqca cırıldayır. Dedim, olmaz, oxuma. Aktrisa olmasını isə mən istəmədim”.

    Lent.az-ın xəbərinə görə, bu fikirləri Xalq artisti Naibə Allahverdiyeva efirdə səsləndirib.

    O, qızının aktrisa olmasına narazılıq etməsinin səbəbindən danışıb:

    “Aktrisanın şansı olmalıdır. Mən istədiyim rolları oynamadım. Aktrisa kimi lazımi qədər istifadə olunmadım. İndi filmə çəkilmək üçün dostların, ətrafın olmalıdır. İndi rejissorlar elə peşəkar da deyillər. Seriallardakı aktyorlara yazığım gəlir”.

  • Пашинян и Кочарян поспорили в парламенте

    Премьер-министр Никол Пашинян и сын второго президента Армении, депутат парламента от фракции “Айастан” Левон Кочарян устроили небольшую словесную перепалку в зале заседаний.

    Как сообщают армянские СМИ, во время правительственного часа Кочарян, обращаясь к премьеру, спросил, не считает ли он, что его политика по безопасности обречена на провал. При этом сын Кочаряна обратился к премьеру на “ты”, что вызвало эмоциональную реакцию со стороны депутатов правящей партии.

    Вышедший к трибуне Пашинян посоветовал оппоненту впредь лучше и складнее зачитывать свои вопросы.

    “Хочу вам напомнить, что вы не на школьном мероприятии. И вы должны уметь в Национальном собрании вести себя корректнее, в противном случае у вас будет повод вспомнить, где вы находитесь”, – сказал он Кочаряну.