Month: January 2024

  • Paşinyanla Koçaryan arasında dava düşdü

    Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb.

    Median.Az report-a istinadən xəbər verir ki, L.Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.
    Ətraflı

    Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib.

    Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

    N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.

  • Blinkenin təyyarəsində ciddi nasazlıq yarandı

    ABŞ-nin dövlət katibi Antoni Blinken təyyarəsində ciddi nasazlıq səbəbindən planlaşdırıldığı kimi Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi Davosdan geri qayıda bilməyib.

    Məlumata görə, Blinken və onu müşayiət edən heyəti sonradan “Boeing 737” təyyarəsi ilə uçuşunu davam etmək üçün Davosdan helikopterlə uçublar, lakin uçuşdan əvvəl oksigen sızması aşkar edildiyi üçün təyyarənin uçuş üçün təhlükəli hesab edildiyi məlum olub.

    Daha sonra Brüsseldən daha kiçik bir təyyarə göndərilib və dövlət katibi ABŞ-yə qayıda bilib.

    Qeyd edək ki, onu müşayiət edən heyət kommersiya reysləri ilə ölkəsinə geri qayıtmağa məcbur olub.

    Mənbə: Bloomberg

  • Родители 14-летней девочки прокомментировали информацию о насилии в ее отношении – ОБНОВЛЕНО + ВИДЕО

    Родители 14-летней девочки, которая утверждает, что отчим и муж тети совершили в ее отношении неуместные действия, прокомментировали данную информацию.

    В программе Təsir Dairəsi, транслируемой на телеканале Xəzər TV, мать подростка заявила, что заявления ее дочери не соответствуют действительности.

    “Дочка рассказывала мне лишь о том, что совершал в ее отношении мой супруг. Я ей не поверила. Он с ней плохо не обращался. Ее утверждения о действиях мужа моей сестры также являются ложью. Он ведь не такой человек. Когда дочь бывает у них дома, моя сестра всегда находится рядом”, – сказала женщина.

    Подробнее – в видео:

    ***

    В Министерстве внутренних дел Азербайджана прокомментировали информацию о том, что в Баку в отношении несовершеннолетней девочки были совершены неуместные действия ее отчимом и мужем тети.

    Как сообщил oxu.az сотрудник пресс-службы МВД Нурлан Алиев, безопасность 14-летней девочки полностью обеспечена, она помещена в соответствующий приют.

    “В связи с этим в органах полиции проводится проверка, принимаются все необходимые меры”, – отмечается в сообщении.

    ***

    В Баку отчим и муж тети несовершеннолетней девочки совершили против нее неуместные действия.

    Как сообщает Median.Az, об этом ведущей транслируемой на телеканале Xəzər TV передачи Təsir Dairəsi Лале Азерташ сказала сама подросток.

    Она призналась, что убежала из дома, чтобы принять участие в программе.

    Присоединившаяся к передаче мать несовершеннолетней заявила, что ее дочь лжет, а родственники просто хотели ее приголубить.

    Отчим девочки тоже опроверг слова девочки. “Я просто обнял и погладил ей волосы”, – добавил он.

    Подробнее – в сюжете:

  • Ailə üzvlərindən zorakılıq gördüyünü iddia edən 14 yaşlı qızın valideynləri danışdılar – YENİLƏNİB + VİDEO

    Bakıda ögey atası və xalasının əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən 14 yaşlı qızın valideynləri danışıblar.

    “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişində danışan ana bildirib ki, qızının dedikləri yalandır:

    “Qızım mənə yalnız atasının ona qarşı etdikləri barədə məlumat verib. Mən ona inanmadım. Atası ona qarşı pis hərəkət etməyib. Bacımın yoldaşı barədə dedikləri də yalandır. O, elə adam deyil. Qızım onlara gedəndə bacım da həmişə evdə olur”.

    14 yaşlı qızın atası isə verilişin aparıcısı Lalə Azərtaşın ona ünvanladığı “xüsusilə də içki içdikdən sonra qızına qarşı etdiyin hərəkətlər onun xoşuna gəlmir, bunu niyə davam etdirmisən?” sualına “qızımın üzündən öpüb işə getmişəm, başqa heç nə olmayıb” deyə cavab verib.

    ***

    Bakıda qız xalasının əri və ögey atası tərəfindən zorakılığa məruz qalıb.

    Median.Az xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişə müraciət edən 14 yaşlı qız proqramın aparıcısı Lalə Azərtaşa danışıb.

    Yeniyetmə ögey atası və xalasının ərinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini bildirib. Qız evdən qaçaraq verilişə gəlib.

    Qızın anası isə efirə gələrək övladının yalan danışdığını, doğmalarının onu əzizləmək, oxşamaq niyyətində olduğunu bildirib.

    Efirə gələn ögey ata da aparıcıya qızın yalan danışdığını söyləyib: “Mən onu qucaqlayıb saçını sığallamışam”.

    Ətraflı süjeti təqdim edirik:

  • Səhifəni oğurlayanlar Aygün Kazımovanı şantaj edib, 10 min istədilər – FOTO

    Ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb.

    Median.Az xəbər verir ki, səhifəni ələ keçirilənlər onun hesabında paylaşım edərək sənətçini şantaj ediblər:

    “Aygün Kazımova, bunu oxuyursansa, 10 min avro (18 482 manat) bitkoin üçün mənə “Telegram”da yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram”.

    Qeyd edək ki, son bir neçə gündə idmançı Pərviz Abdullayev, aparıcılar Ceyhun Əli və Ranar Musyaev, müğənni İradə İbrahimovanın səhifəsi də oğurlanıb. İradə və Ranar hesabını geri qaytara bilib.

  • Füzulidə ilk toy məclisi – VİDEO

    Füzuli şəhərində işğaldan azad olunandan sonra ilk toy məclisi baş tutub.

    Median.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

    Belə ki, kadrlarda “Vağzalı” sədalarının müşaiəti ilə toy karvanını görmək mümkündür.

    Həmin görüntüləri təqdim edirik:

  • Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində nəzarət tədbirləri keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti monitorinq zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Yevlax rayonu Xanabad kənd sakini İ.Allahverdiyev saxlanılıb.

    Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda qeyri-adi qəza: Süd maşınındakı sızma onu yolda qoydu – VİDEO

    Azərbaycanda süddaşıyan maşında sızma baş verib.

    Median.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

    Nəticədə avtomobil yolda qalıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Lənkəranda sevgilisindən ayrılan oğlan özünü asıb

    Lənkəranda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, rayon sakini 22 yaşlı Z. Qəribov yaşadığı evin həyətində çardaqdan özünü asaraq, həyatına son qoyub.

    Onun meyitini anası aşkar edib.

    İlkin ehtimala görə, Z. Qəribovun sevdiyi qadınla aralarındakı sevgi münasibətləri pozulub. Onun bu səbəbdən dözməyərək özünü öldürdüyü ehtimal edilir.

    Hazırda faktla bağlı araşdırma aparılır.

    İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

  • Ukraynada azərbaycanlının meyiti işgəncəyə məruz qalmış vəziyyətdə tapılıb – VİDEO

    Ukraynada müharibə davam edir.

    Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

    O bildirib ki, Ukraynanın cənub vilayətlərində, Xersonda və Zaporojye şəhərində vəziyyət günü-gündən gərginləşir:

    “Xarkov və Dnepr şəhərləri son bir həftədə dayanmadan ardıcıl olaraq raket zərbələrinə məruz qalır. Təkcə Xarkovda ölənlərin sayı təxminən 30-a çatıb, yaralananların sayı isə 100-ü keçib”.

    Bildirilib ki, şimal sərhədlərindən Ukrayna ərazisinə nüvə hücumunun olması ehtimalı müzakirə edilir.

    M.Aslanov qeyd edib ki, Zaporojye şəhərində yaşayan azərbaycanlıların verdiyi məlumata görə, həmyerlimiz Ağayev Zəfər təxminən 10 gün əvvəl itkin düşüb.

    “Bildirilib ki, Zəfər Ağayevin kiminləsə mübahisəsi olub. Təxminən bir həftə sonra isə onun işgəncəyə məruz qalmış, olduqca çox pis halda meyiti tapılıb”.

    Ətraflı Baku TV-nin süjetində: