Month: January 2024

  • Goranboyda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb

    Goranboy rayonunun Qaradağlı kəndində gənc qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    “Report”un Qərb bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü D.Qədimova yaşadığı evdə dəm qazından zəhərlənib.

    O, ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Paytaxtda qadın mağazadan paltarlar oğurladı

    Bakıda mağazadan oğurluq edilib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonu ərazisindəki mağazaların birindən 680 manat dəyərində geyim əşyası oğurlanıb.

    Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте пропала без вести 30-летняя женщина – ФОТО

    В Сумгайыте пропала 30-летняя женщина.

    Как сообщает АПА, 3 января около 19:00 Арзу Мирзазаде (1994 г.р.) ушла из дома, взяв с собой удостоверение личности.

    Согласно информации, родственники разыскивают женщину.

    Лиц, обладающих информацией о местонахождении А.Мирзазаде, просят обратиться в ближайший полицейский участок.

  • Sumqayıtda 30 yaşlı qadın 14 gündür itkin düşüb – FOTO

    Sumqayıtda 30 yaşlı qadın evdən gedib, axtarılır.

    APA xəbər verir ki, Bulvar küçəsi, “Mirvari City” yaşayış kompleksində 3 yanvar tarixi, saat 19 radələrində 1994-cü il təvəllüdlü Mirzəzadə Arzu Vaqif qızı yaşadığı mənzildən şəxsiyyət vəsiqəsini də götürərək gedib.

    Yaxınları Arzu Mirzəzadəni axtarır.

    Görənlərdən yaxınlıqdakı polis idarəsinə müraciət etmələri xahiş olunur.

  • Şamaxıda iki nəfər dəm qazından zəhərlənib

    Şamaxıda bu gün iki nəfər dəm qazından zəhərlənib.

    APA-nın Şirvan bürosu xəbər verir ki, rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Gülər Rəşid qızı və rayon sakini 1959-cu il təvəllüdlü İsrayılov İsrayıl Kərəm oğlu dəm qazından zəhərləniblər.

    Onlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Vəziyyətləri orta ağırdır.

  • Rusiya XİN Ermənistan-Azərbaycan nizamlanması üzrə üçtərəfli işin bərpasına çağırıb

    Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.

    Nazir müavini nizamlanma üzrə üçtərəfli işin tez bir zamanda bərpa olunmasının vacibliyini vurğulayıb.

    “Söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə edilib. Qaluzin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər toplusu əsasında bu sahədə üçtərəfli işin tezliklə bərpasının təcili zəruriliyini vurğulayıb”, – görüşün yekunları ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan xəbərdə deyilir.

    Bildirilir ki, görüş Ermənistan səfirinin xahişi ilə baş tutub.

  • Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb

    Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayonu ərazisində polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat tədbirləri zamanı rayonun Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb.

    Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Polis əməkdaşları tərəfindən son iki həftə ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı ümumilikdə 11 nəfər saxlanılıb. Onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkarlanıb.

    Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

  • Məşhurlar da “ağlayırlar”, sadə istifadəçilər də: “Səhifələri oğurlayıb kriptovalyutaya satırlar” – FOTO

    Sosial şəbəkə hesablarının kiberdələduzlar tərəfindən oğurlanması halları geniş yayılmaqdadır.

    Ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan şəxsi “Instagram” hesabı oğurlanıb.

    Bəs görəsən, sosial şəbəkə hesablarını oğurlanmadan necə qoruyaq?

    Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, sosial şəbəkə hesablarının kütləvi şəkildə oğurlanması fərqli-fərqli məqsədlər daşıyır:


    “Son vaxtlar bu kimi hallara daha çox rast gəlinir. Bunlardan bəziləri şəxsi-qərəzlilik müstəvisində olur. Bir çox hallarda isə kütləvi izləyicisi olan səhifələri oğurlayıb onları kriptovalyutaya satırlar, ya da dələduzluq məqsədləri ilə istifadə edirlər. Çünki böyük izləyici kütləsi olan hesablar daha çox diqqət cəlb edir. Çox böyük kütləsi olan səhifələr bu məqsədlə oğurlanır. Daha sonra həmin səhifələrə diqqət yetirsək, görərik ki, müxtəlif reklamlar üzə çıxır. Kriptovalyuta satışları həyata keçirilir”.

    Mütəxəssis oğurlanan səhifələrin bərpasının mümkün olduğunu qeyd edib:

    “Bu kimi halların qarşısını almaq üçün ikili identifikasiya aktivləşdirilməlidir. İlk tövsiyə budur. 100 faiz olmasa da, 90 faiz oğurlanmanın qarşısını alır. Yəni səhifəyə yeni girişdə sizin telefonunuza kod gəlir. Kod vasitəsilə giriş edirsiniz. Bir neçə təsdiqdən sonra ikili təsdiq kodu qurulur.

    Oğurlanan böyük səhifələrin bərpası mümkündür. Əgər mavi nişan (tık) alınmayıbsa, siz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar. Oğurlanan səhifələrin bərpası üçün cəhd etmək mümkündür”.

    Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən Oxu.Az-a açıqlamasında bildirilib ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:

    “Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir”.

    Qurumdan, həmçinin bildirilib ki, hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir:

    “Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir”.

  • KİV: Arnold Şvartsenegger Almaniyada qaçaqmalçılığa görə saxlanılıb – FOTO

    Arnold Şvartsenegger Münhen hava limanında qaçaqmalçılıq yolu ilə bahalı saat keçirmək istəyərkən saxlanılıb.

    APA xəbər verir ki, Bu barədə “Bild” qəzeti məlumat yayıb.

    Qəzetin məlumatına görə, Almaniyaya Dünya İqlim Sammitində iştirak etmək üçün gələn aktyor İçveçrənin lüks saatlarından olan “Audemars Piguet” brendinin bir nümunəsini götürübmüş. Həmin saat xüsusi olaraq aktyor üçün hazırlanıb.

    Saatın qiyməti 20 min avro dəyərindədir.

  • Bu ərazidəki 5 mərtəbələr söküləcək

    Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində hündür mərtəbəli binalar tikiləcək.

    Median.Az-ın valyuta.az-a istinadən verdiyi məlumata görə, buna səbəb yeni təqdim olunan Bakının Baş palanına əsasən Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır.

    Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək.

    Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.

    Qeyd edək ki, Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.