Month: February 2024

  • “Google” məşhur smartfon markası üçün yeni neyroşəbəkə təqdim edib

    “Google” keçən həftə “Android” əməliyyat sistemi üçün “Gemini” çatbotunu buraxıb və bu funksiya artıq “iPhone” istifadəçiləri üçün əlçatandır.

    Qeyd olunur ki, ondan istifadə etmək üçün eyniadlı “Google” tətbiqini yükləmək lazımdır.

    “Android” üçün ayrıca bir proqram yükləməli olduğunuz halda, “iOS” əməliyyat sistemində neyroşəbəkə “Google”un xüsusi xidmətində işləyir. Axtarış və çatbot arasında keçid etmək üçün tətbiqin əsas səhifəsində ekranın yuxarı hissəsində müvafiq nişanı seçməlisiniz.

    “Gemini” ilə ünsiyyət qurmaq üçün səs, mətn və ya foto sorğularından istifadə etmək olar. Bu zaman süni intellektdən gələn cavab avtomatik olaraq səsləndirilmir. Onu dinləmək üçün səsgücləndirici işarəsinə klikləmək lazımdır.

    Süni intellekt böyük mətnlərin qısa xülasəsini hazırlaya, proqram kodu, müxtəlif formatlı mətnlər, şəkillər yarada bilər.

    Mənbə: Android Authority

  • Россиянин оказался в коме из-за компьютерных игр

    Житель российского Сургута впал в кому после того, как до трех часов ночи играл в компьютерные игры. Родственники мужчины вызвали медиков, когда у него начались судороги и рвота.

    Соответствующую информацию опубликовали в группе Сургутской станции скорой медицинской помощи “ВКонтакте”.

    “По прибытию на вызов мужчина находился в коме. После опроса родственников выяснилось, что до 3-х часов ночи пациент играл в компьютерные игры. На уговоры жены лечь и отдохнуть он отвечал отказом. Через некоторое время у мужа появилась внезапная головная боль, которая сопровождалась многократной рвотой и судорогами”, – говорится в сообщении.

    Мужчина долго не приходил в чувства, поэтому его родные вызвали скорую. В тяжелом состоянии пациента доставили в больницу, где с ним продолжили работать реаниматологи.

    При этом отмечается, что сургутянин не употреблял алкоголь и не курил.

    Источник: ura.ru

  • Rusiyada səhərə qədər kompüterdə oynayan kişi komaya düşüb

    Rusiyanın Surqut şəhərində kişi səhər saat üçə qədər kompüterdə oynadıqdan sonra komaya düşüb.

    Qeyd olunub ki, onun qıcolması və qusması başlayanda yaxınları tibb işçilərini çağırıblar.

    “Tibb işçiləri gələndə kişi komada olub. Yaxınları ilə söhbət etdikdən sonra məlum olub ki, xəstə gecə saat üçə qədər kompüterdə oynayıb”, – deyə həkimlər bildiriblər.

    O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstənin spirtli içki qəbul etmədiyi və siqaret çəkmədiyi vurğulanıb.

    Mənbə: osnmedia.ru

  • Tarkandan onu təhqir edən Sərdar Ortaça cavab

    Türkiyəli müğənni Tarkanın sosial şəbəkədə sərxoş halda onu təhqir edən həmkarı Sərdar Ortaça cavabı gecikməyib.

    Axşam.az xəbər verir ki, sənətçi ona sosial şəbəkə vasitəsi ilə cavab verib:

    Tarkan “Var-dövlətini itirəndə ağlını da itirib, yazıq” sözlərini yazıb.

  • Həkimdən düzgün qaydada bişirilməmiş toyuq ətinin ziyanı barədə XƏBƏRDARLIQ

    Zəhərlənmənin qarşısını almaq üçün istehlak edilməzdən əvvəl toyuq əti tam termiki emala məruz qalmalıdır.

    Bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb.

    “Məsələn, qril üsulu ilə bişirilmiş toyuq və ya toyuq kababında ətin bəzi hissələri bişməyə bilər və bəzən bu zəhərlənməyə səbəb ola bilər. Bu mənada toyuğun ən təhlükəli yeri quyruq hissəsidir. Əgər tam termiki emala məruz qalmazsa, onun tərkibində yüksək konsentrasiyada salmonella ola bilər”, – deyə həkim xəbərdarlıq edib.

    O vurğulayıb ki, belə toyuq ətində bağırsaq çöpləri də ola bilər.

    Solomatina həmçinin toyuq dərisinin tərkibində yüksək miqdarda zərərli yağ olduğuna görə onu yeməməyi məsləhət görüb.

    Həkim toyuq içalatı və ayaqlarını istehlak edərkən də ehtiyatlı olmağı tövsiyə edib.

    “İçalat salmonellyozun inkişaf etdiyi yer ola bilər. Toyuğun ayağında və pulcuqlarında isə tez-tez çirk yığılır. Həddindən artıq yemlənən toyuqların qaraciyəri isə xolesterol mənbəyi ola bilər”, – deyə diyetoloq vurğulayıb.

    Mənbə: iz.ru

  • Səhiyyə Nazirliyi yenidən qızılca ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ ETDİ

    Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb.

    Nazirlikdən verilən məlumata görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.

    Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir:

    “Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən, 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir.

    Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır.

    Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”.

  • Sarkozi həbs edildi

    Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə 6 ay həbs cəzasına məhkum edib.

    Məhkəmə sabiq prezidentə, həmçinin daha altı ay şərti həbs cəzası verib.

    Xatırladaq ki, Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirmək üçün icazə verilən həddi aşmaqda ittiham olunub. Yəni maliyyələşmə 18 milyon avro əvəzinə 22,5 milyon avro təşkil edib. Fransanın sabiq lideri günahını boynuna almasa da, məhkəmə onun xərclərə qəsdən nəzarət etmədiyini müəyyənləşdirib.

  • Azərbaycanın 2 güləşçisi Avropa çempionu olub, 1-i gümüş medal qazanıb

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar.

    “Report”un məlumatına görə, son gündə Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu olub, 1-i gümüş medal qazanıb.

    Ötən gün finala yüksələn Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) həlledici dueldə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda rəqibinə məğlub olan Ülvü Qənizadə (72 kq) isə ikinci yeri tutub.

    Bu gün mübarizəyə qoşulan qadın güləşçilər Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) finala yüksəliblər. Onlar fevralın 15-də həlledici görüşlərdə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçlə (Ukrayna) qarşılaşacaqlar.

    Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilər Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıblar.

  • Mingəçevirdə 60 yaşlı kişinin meyiti tapılıb

    Mingəçevirdə 60 yaşlı kişi yaşadığı evdə ölü tapılıb.

    Mingəçevir şəhər sakini, 1964 təvəllüdlü Zakir Zülfü oğlu Hacıyevin yaşadığı ünvanda meyiti aşkarlanıb.

    Meyitin üzərində zorakılıq əlamətləri yoxdur, onun spirtli içki aludəçisi olduğu bildirilir.
    //oxu.az

  • Britaniya və ABŞ husilərin obyektlərinə zərbələr endirib

    Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə husilərin obyektlərinə iki yeni zərbə endirib.

    Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

    Bildirilib ki, Əl-Hodeyda əyalətindəki Əl-Cabban ərazisi hücuma məruz qalıb.