Month: February 2024

  • Полковнику упраздненного МНБ смягчили наказание

    В Верховном суде рассмотрена кассационная жалоба бывшего начальника управления ныне упраздненного Министерства национальной безопасности (МНБ) полковника Эльджана Абдуллаева.

    По информации Qafqazinfo, суд изменил прежнее решение в отношении осужденного.

    Согласно решению, срок наказания бывшему сотруднику МНБ сокращен с 5 до 4 лет.
    Э.Абдуллаев находится в тюрьме 1 год и 4 месяца, соответственно, ему осталось отбыть 2 года и 8 месяцев.

    Отметим, что осужденный Абдуллаев был привлечен к уголовной ответственности вместе с начальником Главного управления военной контрразведки МНБ Низами Шириновым. Он был признан виновным в превышении служебных полномочий. Бакинский военный суд приговорил Абдуллаева, находившегося во время предварительного следствия на свободе, к 6 годам лишения свободы. Бакинский апелляционный суд сократил срок наказания до 5 лет.

  • Ləğv edilmiş MTN-in polkovnikinin cəzası azaldıldı

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş polkovnik Elcan Abdullayevin kassasiya şikayətinə baxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə məhkum haqda əvvəlki qərarı dəyişib.

    Qərara əsasən, keçmiş MTN-çinin cəzası 5 ildən 4 ilə endirilib.

    E.Abdullayev 1 il 4 aydır həbsdədir, sonuncu qərarla onun 2 il 8 ay çəkilməmiş cəzası qalıb.

    Qeyd edək ki, məhkum Abdullayev MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovla birgə cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. İbtidai istintaq müddətində azadlıqda olan Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.

  • Andiçmə mərasiminə valideynlər buraxılmayacaq – RƏSMİ

    Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır: “Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı, yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur.

    Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını almaq məqsədilə hərbi hissələrdə mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür.

    Görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

    Vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”.

  • Bakıda marketə basqın edənlər silahları necə alıblar? – Məhkəmədə faktlar açıqlandı

    Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Teleqraf.com xəbər verir ki, fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclas təqsirləndirilən şəxslərin vəkillərinin gecikməsi səbəbindən vaxtından gec başlayıb.

    Hakim Azad Məcidov iclasa gecikən vəkillərə xəbərdarlıq edib. O, məhkəmə iclasının təyin olunmuş vaxtdan 38 dəqiqə gec başladığını nəzərə çatdırıb.

    Hakim məhkəmə iclasına gec gələn vəkillərə məhkəmə salonunda gözləyən digər həmkarlarına hörmət etməyi məsləhət görüb:

    “Proses iştirakçıları bir-birinə hörmət etməlidirlər. Vəkillər saatlarla gözləməli olurlar. Biz ayrıca vaxt ayırırıq ki, bu işi araşdıraq. Həcmi böyük olan cinayət işidir. Belə getsə, bu iş çox uzanacaq. Vəkillərin gec gəlməsi işin gedişinə mane olur”.

    Hakimin xəbərdarlığından sonra şahid qismində Xəndan Əliyev ifadə verib.

    Bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıb. Onun sözlərinə görə, Dəyanət Qüdrətov onların silah satışı mağazasında ovçuluq məqsədilə silah alıb:

    “Amma səhəri gün bu hadisə baş verdi. Biz silahı bütün qayda-qanunla satmışıq.

    Daxili İşlər Nazirliyinə yoxlama üçün müraciət edilib. Narkoloji testdən keçib, əvvəllər məhkum olunmadığı müəyyən edilib. Bu araşdırma aparılandan sonra nazirlikdən bizə silahın satılması ilə bağlı müsbət rəy verilib. Biz də silahı satmışıq.

    Dəyanət silahı almaq üçün müraciət edəndə bir saatdan çox onu sorğu-sual etmişik. Silahı nə məqsədlə aldığını öyrənmişik. O, ovçuluq məqsədilə silahı almaq istədiyini bildirib. Silahı, dəqiq deyə bilməsəm də, 3000-3500 manata satmışıq. Həmin pulu da Əlövsət ödəyib. Əlövsət bizim mağazaya Dəyanətlə gəlmişdi. Əlövsətin özü də ovçuluq mağazası işlədir. Amma onun mağazasına silah satmaq üçün lisenziya verilməyib deyə müraciət edən Dəyanəti bundan əvvəl başqa müştərilər kimi bizim mağazaya yönləndirib”.

    Bundan sonra dindirilən Zamiq Səfərəliyev bildirib ki, ovçular mağazasının direktoru olub. İşçiləri ona silah alan şəxslər barədə məlumat veriblər:

    “Ov tüfəngi almaq üçün sənəd təqdim olunub. Həmin sənəd əsasında da onlara silah satılıb”.

    Vəkillərin suallarına cavabda təqsirləndirilən Dəyanət Kərimov deyib ki, silahın alınması üçün verilən pul Ruhlan İsmayılovun olub:

    “Ruhlan pulu Əlövsətə vermişdi. Əlövsət də pulun özünə məxsus olduğunu deyib və silah satan mağazanın işçilərinə ödəyib”.

    Şahid qismində adı keçən Əlövsət Bağırov bildirib ki, özünə məxsus ovçular dükanı var və həmin dükanı işlədir:

    “Dəyanət və Ruhlan silah almaq üçün mənə müraciət etdilər. Həmin vaxt mənim mağazamın silah satmaq üçün lisenziyası yox idi. Onlar məndən əvvəlcə silah almağın yollarını öyrəndilər. Mən də onlara silah almaq barədə toplanan sənədlər barədə məlumat verdim. Ruhlan silah almaq üçün müvafiq quruma müraciət etsə də, ona müsbət cavab vermədilər. Çünki o, Maştağada psixiatriya xəstəxanasında qeydiyyatda idi.

    Daha sonra silah almaq üçün Dəyanət sənəd gətirdi. Onunla söhbət zamanı dedi ki, özü polisə işə düzələcək, polis olmaq istəyir, hətta bununla bağlı sənədlərinin də müvafiq quruma təqdim etdiyini söylədi. Mən də onları silah almaları üçün Zamiqgilin dükanına apardım. Orada sənədləri yoxladıqdan sonra silahı satdılar. Pulu da mağazaya mən ödədim”.

    Əlövsət Bağırov Dəyanət Qüdrətov və Ruhlan İsmayılovla birlikdə silah satılan mağazaya getməsi, silahın pulunun ödənməsi barədə tərəflərin suallarına belə cavab verib:

    “Bu şəxslər müştəri kimi mənə müraciət etmişdilər. Mən də onları həmin mağazaya aparmışam. Səbəb alınan silahdan mənə faiz çatması idi. Əvvəllər də həmin mağazaya müştəri aparmışam. Məqsədim qazanc əldə etmək olub. İndi hamı belə işləyir. Mən müştəri ilə getməyəndə mənə faiz vermirdilər. Deyirdilər ki, müştərinin özü gəlib. Buna görə məcbur qalaraq müştəri ilə həmin mağazaya getmişəm”.

    Daha sonra ifadə verən Eyvaz Əliyev bildirib ki, bu hadisədən 5-6 ay əvvəl maşınını satıb. Maşını bazarda satdığı üçün kimin aldığını bilməyib. Sonradan ifadə alınması üçün prokurorluğa çağırılıb:

    “Prokurorluqda bildim ki, “Bravo”da baş verən hadisə yerinə mənim satdığım maşınla gediblər. Mənim başqa heç bir məlumatım yoxdur”.

    Digər şahid Elvin Abdullayev deyib ki, hadisə baş verən vaxt “Bravo”da mühafizə rəisi işləyib:

    “Birdən səs-küy gəldi. Elə bildim, partlayış oldu. Şüşənin qırılmasından çölə çıxdım. Gördüm ki, inkassatorla gələn şəxslərə atəş açılıb. Təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıram. Onu da mağazanın kameralarına baxarkən görmüşəm. Gördüm ki, iki nəfər qaçır. Birinin əlində tapança, digərinin əlində avtomat var. Dəyanət silahdan atəş açmaq istəyirdi. Digər şəxsin isə (əməliyyat zamanı məhv edilən Ruhlan İsmayılovu nəzərdə tutur – red.) avtomatdan atəş açması kameralara düşmüşdü. Onun atəş açmasına kameralara baxanda şahid oldum”.

    Daha sonra təqsirləndirilən Səbuhi Qurbanovun vəkili Cavanşir Qasımzadə vəsatətlə çıxış edib. O bildirib ki, müvəkkili ibtidai istintaqın sonunda müstəntiqin təzyiqi altında cinayət işinin materialları ilə tanış olmadığı halda sənədlərə imza atıb. Vəkil deyib ki, Səbuhi Qurbanova cinayət işi ilə təkrar tanış olması üçün şərait yaradılmalıdır.

    Hakim isə deyib ki, təqsirləndirilən Səbuhi Qurbanovun istintaq dövründə vəkili olmuş İqbal Həsənovla birlikdə cinayət işi ilə tanış olduqları barədə sənədlərə imza ediblər. Bu barədə müstəntiqin də qərarı var. Hakim deyib ki, narazılıq varsa, o zaman müstəntiqin həmin qərarından şikayət edə bilərlər.

    Növbəti proses fevralın 21-də davam edəcək.

    İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

    Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

    Cinayətin törədilməsində istifadə edilən ”AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatı, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

    Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

    Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

  • Abşeron yarımadasında dumanla əlaqədar görünüş məhdudlaşıb

    Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş 50-500 metrədək məhdudlaşıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, nisbi rütubət 88-92 faiz intervalında olub.

    Dumanlı hava eyni zamanda Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub.

    Məlumatda həmçinin vurğulanıb ki, Azərbaycanda son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

  • Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəlliminə cəza istənilib – VİDEO

    Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəməsində dövlət ittihamçısı çıxış edib.

    APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

    Prokuror Samir Məmmədov Mehman Xəlilova 20 il həbs cəzası istəyib.

    Qeyd edək ki, Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

  • Ахмед был задержан полицией за день до жестокого убийства – НОВЫЕ ПОДРОБНОСТИ

    Выявлены новые факты о 25-летнем Ахмеде Ахмедове, который подозревается в жестоком убийстве членов своей семьи в Хатаинском районе Баку.

    По информации, полученной musavat.com из правоохранительных органов, Ахмед Ахмедов действительно тяжело психически болен и ему необходимо специальное лечение. Однако его мать, директор средней школы №59 Бикя Ахмедова, годами не позволяла своему сыну лечиться в спецбольнице. Она обосновала это тем, что, если сына поместят в “сумасшедший дом”, ее карьера пострадает. Все будут говорить, что директор школы не может воспитать своего ребенка и его посадили в “дурдом”.

    Источник в правоохранительных органах сообщил, что родители Ахмеда Ахмедова долгие годы лечили его тайно. Необходимые дорогостоящие лекарства приобретались тайным путем. А Ахмед иногда их не принимал.

    Согласно имеющейся информации, за день до убийства А.Ахмедова задержали сотрудники районного отделения полиции №35 за мелкое хулиганство.

    “Тогда его отец Мехман Ахмедов заявил, что у сына эпилепсия. Мужчина отметил, что если Ахмеда задержат на сутки, то состояние молодого человека может сильно ухудшиться, он может не пережить эту ночь. Так он добился освобождения сына. Если бы он знал, что Ахмед убьет всю семью через 24 часа, он, вероятно, не совершил бы такой трагической ошибки”, – сообщил источник.

    Напомним уже всем известную информацию: в 17 лет Ахмед Ахмедов нанес многочисленные ножевые удары подростку, в результате чего последний стал калекой. Тогда семья Ахмедовых, защищая старшего сына, достигла примирения с пострадавшей стороной и защитила Ахмеда от наказания.

    Достоверный источник утверждает, что родители молодого мужчины боялись его. Это связано с тем, что у Ахмеда часто случались припадки. В это время он выходил из себя, был агрессивен и терял над собой контроль. По этой причине родители купили А.Ахмедову отдельный дом, отремонтировали его и переселили туда сына. Кроме того, ему купили автомобиль и ежедневно давали 30 манатов на расходы.

    Ахмедовы – уроженцы села Даш Салахлы Газахского района.

    Также выяснилось, что Ахмед Ахмедов был очень обозлен из-за того, что его называли “сумасшедшим”.

    Еще одна деталь – эпизод совершенного Ахмедом убийства сняла и распространила соседка, предварительно сообщив об инциденте в службу 102.

    Как сообщили в правоохранительных органах, Ахмед убил свою сестру Эльмиру Ахмедову (1997 г.р.) и ее 5-летнюю дочь, перерезав им горло ножом. Он зарубил топором отца, мать и 9-летнего брата Мухаммеда, размозжив им головы.

    Эта бойня, не имеющая аналогов в истории Азербайджана, шокировала общество. Поэтому в настоящее время внимание всех СМИ и социальных медиа приковано к этому событию.

    Расследование по данному факту продолжается.

  • Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış – DETALLAR

    Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi məqamlar üzə çıxıb.

    Musavat.com-un hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:

    “Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında “dəlixana” deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələr. Hər kəs deyəcək ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar…”

    Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, yüksək qiymətə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içməyib.

    Əldə olunan məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb: “Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və oğlunun epilepsiyası olduğunu deyib. Bildirib ki, sutkalıq həbs versələr, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad edilməsinə nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini öldürəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.

    Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 17 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub.

    Mötəbər mənbə iddia edib ki, valideynləri Əhməd Əhmədovdan qorxublar. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündən çıxıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, təmir etdiriblər, Əhmədi də oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.

    Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndirlər.

    O da məlum olub ki, Əhməd Əhmədov ona “dəli” deyilməsindən çox qəzəblənib.

    Daha bir məlumat – Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə “102” xidmətinə məlumat verib.

    Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.

    Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir.

    Hadisə ilə bağlı araşdırmalar davam edir.

  • Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək

    Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    AYNA tərəfindən sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

    Fevralın 17-dən metronun “20 Yanvar” stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

    Qeyd edək ki, “BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayan avtobuslarında da ödəniş nağdsız olaraq həyata keçirilir.

  • В Азербайджане адвокат присвоил деньги своего подзащитного

    Главное управление по борьбе с коррупцией при генпрокуроре совместно с Коллегией адвокатов Азербайджанской Республики (АР) на основе обращения гражданина провело разбирательство незаконных действий члена коллегии, адвоката Мисира Шахгулиева.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры.

    В ходе следствия установлено, что М.Шахгулиев, защищая в Бакинском суде по тяжким преступлениям интересы обвиняемого по статье 177.3.2 (кража, с причинением крупного ущерба) Уголовного кодекса (УК) АР, пообещал ему незаконно воздействовать на судей и посодействовать вынесению мягкого приговора. За “легкое наказание” он взял у подсудимого 15 000 манатов.

    Мисир Шахгулиев задержан, ему предъявлено обвинение по статье 312.1.1 (незаконное воздействие на решение должностного лица (торговля авторитетом) УК АР, решением суда в его отношении избрана мера пресечения в виде взятия под полицейский надзор.

    В настоящее время продолжается предварительное расследование уголовного дела.