Month: February 2024

  • Məhkəmə emalatxanada iki nəfəri bıçaqlayan şəxslə bağlı qərar verdi

    Ali Məhkəmədə Sumqayıtda xuliqanlıqda təqsirləndirilən Qorxmaz Salayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qorxmaz Salayevə bəraət verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qorxmaz Salayev barəsində həbs növündə qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə zalında həbs edilib.

    İttiham aktında qeyd edilib ki, Qorxmaz Salayev qohumu Fariz Qasım oğlu Məhəmmədovla birlikdə 04.09.2020-ci il tarixdə, saat 18:30-da Sumqayıt şəhər, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir emalatxanasının qarşısında Ülvi Nüsrət oğlu Mustafayev və Ceyhun Əşrəf oğlu Xəlilzadə ilə mübahisə edib. Bu zaman o, bıçaqla hər iki şəxsin ayağına xəsarətlər yetirib. Daha sonra Qorxmaz Salayev polis əməkdaşları tərəfindən saxlanılıb.

  • ÜST həyəcan təbili çalır: Dünyanı ölümcül xəstəlik bürüyür

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə vəziyyət kimi təsnif edilən vəbanın sürətlə yayılmasına nəzarəti davam etdirir.

    Qeyd olunub ki, təkcə 2024-cü ilin yanvar ayında 40,9 min insan ölümcül xəstəliyə yoluxub, onlardan 775-i dünyasını dəyişib.

    ÜST-ün məlumatına görə, bakterial infeksiya Afrika, Amerika, Asiya və Şərqi Aralıq dənizi ölkələrində qeydə alınıb. Vəbanın daha çox yayıldığı Zambiya və Zimbabvedə vəziyyət son dərəcədə kritikdir.

    2023-cü ildə 700 mindən çox, 2022-ci ildə təxminən 500 min, 2021-ci ildə isə 220 mindən bir qədər çox xəstəlik qeydə alınıb.

    Mənbə: life.ru

  • Прогноз погоды в Азербайджане на 14 февраля

    14 февраля в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода без осадков, местами туман, юго-восточный ветер днем сменится северо-западным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 5-9, днем – 12-16 градусов тепла.

    Атмосферное давление будет 759 мм ртутного столба. Относительная влажность составит 60-70%.

    В западных районах Азербайджана ожидаются кратковременные дожди, в горах – выпадет снег, на отдельных территориях туман, умеренный восточный ветер.

    Температура воздуха ночью составит 4-8, днем – ​​17-22 градуса тепла, в горах ночью – от 1 градуса мороза до 4 тепла, днем ​​- 5-10 градусов выше нуля.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Ölkə ərazisində fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

  • AYNA: “Qaraj və avtobus parkını yeniləməklə bağlı çətinliklər var”

    “Hər bir daşıyıcının müəyyən maliyyə resursu olmalıdır. Daşıyıcının gediş haqqından müəyyən gəliri olmalıdır ki, qarajını və avtobus parkını yeniləsin. Etiraf edək ki, daşıyıcıların bu istiqamətdə müəyyən çətinlikləri var”.

    APA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.

    O qeyd edib ki, hazırkı maliyyə modeli müəyyən qədər qaneedici deyil: “Biz dayanıqlı maliyyə modeli təklif edirik. Hazırda bu istiqamətdə zəruri addımlar atılır. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı müəyyən təkliflər olacaq və bu da avtobusların yenilənməsinə müəyyən şərait yaradacaq”.

  • Hansı şəxslərin pensiya yaşı azaldılacaq?

    “Yeni dəyişikliklər və güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib”.

    Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

    Bildirilib ki, Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib.

    “Belə ki, neft mədənlərində, onun saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər.

    Daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır. Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha da gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yenilənməsi də vacibdir.

    Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi”, – deyə deputat qeyd edib.

  • Paytaxtda ekspres marşrutların sayı artırılacaq

    Vətəndaşlar mənzil başına daha tez çatmağı hədəfləyirlər və bəzən də bunun üçün qanunsuz sərnişindaşıma vasitələrdən də istifadə edirlər. Sərnişinlər üçün müəyyən seçimlər olmalıdır. Yəni müntəzəm daşımalarla yanaşı ekspres marşrutların təşkili çox önəmlidir. Bu səbəbdən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ekspres marşrutların sayının artırılması və əhatə dairəsinin genişləndirilməsini hədəfləyib.

    APA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.

    “Hazırda marşrut şəbəkəsində birbaşa daşımadır. Amma əslində prinsip başqa cür olmalıdır. Bunun üçün ətraf ərazilərdə nəqliyyatın mübadilə mərkəzləri olmalıdır. Marşrutlar bu nəqliyyat mübadilə mərkəzləri ilə əlaqələnməlidir”, – deyə o əlavə edib.

    AYNA rəsmisi bildirib ki, ətraf qəsəbələrdə qəsəbədaxili xətlərin təşkili nəzərdə tutulub:

    “Biz buna bəsləyici xətlər də deyə bilərik. Bu xətlər vasitəsilə sərnişinlər müəyyən cəlbetmə məntəqələrinə gedə, oradan isə əsas xətlərlə şəhər istiqamətinə hərəkət edə biləcəklər. Marşrut şəbəkəsinin daha əlçatan olması optimallaşma işinin əsas tərkib hissəsidir”.

  • Президент Ильхам Алиев примет присягу в течение трех дней

    Переизбранный Президент Азербайджана Ильхам Алиев принесет присягу в течение трех дней.

    Как сообщает Median.Аz, в соответствии со статьей 103 Конституции, лицо, избранное Президентом Азербайджанской Республики (АР), в течение трех дней, начиная со дня объявления итогов президентских выборов, в присутствии судей Конституционного суда АР приносит следующую присягу:

    “Клянусь при осуществлении полномочий Президента Азербайджанской Республики соблюдать Конституцию Азербайджанской Республики, защищать независимость и территориальную целостность государства, достойно служить народу”.

    Президент считается приступившим к исполнению своих полномочий со дня принесения присяги.

    Отметим, что на состоявшемся сегодня заседании Пленума Конституционного суда были подтверждены результаты президентских выборов.

  • Prezident İlham Əliyev üç gün ərzində and içəcək

    Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev üç gün ərzində and içəcək.

    Median.Az-ın xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkisinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq üç gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

    “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

    And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında prezident seçkisinin nəticəsi təsdiqlənib.

  • Azərbaycan şahmatının ABŞ-də uğuru – FOTO

    ABŞ-nin Vircinya ştatında həmyerlimiz tanınmış beynəlxalq Qrossmeyster Rəşad Babayevin şahmat akademiyası “Gmchessprep” tərəfindən yeniyetmələr üçün böyük şahmat turniri keçirilib.

    Yarış 70-ə yaxın şahmatçının iştirakı ilə fevral ayının 11-i Mclean şəhərində baş tutub.

    Sevindirici haldır ki, bu bir azərbaycanlının Amerikada yüksək səviyyədə keçirdiyi ilk yarışdır. Yarış ABŞ federasiyasının reytinq sistemi ilə hesablamaya daxil edilib.

    Qeyd edək ki, azərbaycanlı qrossmeysterin şahmat akademiyası ABŞ-də güclü şahmatçıların yetişdirməsində əhəmiyyətli rol oynayır.

    Onlardan biri olan 14 yaşlı Ryo Chen artıq beynəlxalq dərəcəli ustadır. “Gmchessprep” akademiyası ABŞ-də orta, yuxarı təhsil məktəblərində də şahmat dərsləri tədris edir. Bu, eyni zamanda Azərbaycanın da ABŞ-də təmsil olunması deməkdir.

    Yarışın son nəticələri ilə bu linkdən tanış ola bilərsiniz.