Month: February 2024

  • Gürcüstanın Sloveniyadakı səfirliyinə azərbaycanlı TƏYİNAT

    Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə azərbaycanlı təyin olunub.

    “Report” xəbər verir ki, Mirzə Süleymanov bu ilin yanvarından Sloveniyadakı səfirlikdə birinci katib kimi fəaliyyətə başlayıb.

    Qeyd edək ki, M.Süleymanov ABŞ-də Texas Universitetinin bakalavr və magistr proqramını bitirib.

  • Bu gün qardaşı tərəfindən öldürülən qızın FOTOSU

    Xəbər verdiyimiz kimi, Əhməd Əhmədov Bakıda oğul atasını, anasını və qardaşını qətlə yetirən şəxs bacısı və onun övladını da öldürüb.

    Median.Az axar.az-a istinadən həmin şəxsin öldürdüyü bacısının fotosunu təqdim edir:

  • Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiya qaydaları DƏYİŞDİ

    Azərbaycanda “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.

    Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir. Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün üç saat vaxt müəyyən edilir.

    Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəldilmiş sualların, tapşırıqların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması və tapşırıqların həll edilməsi yolu ilə keçiriləcək.

    Vəzifəli şəxs attestasiyanın keçirilməsində üzrlü səbəbdən iştirak etmədikdə onun attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməsi təmin edilir.

    Attestasiya test formasında keçirildikdə attestasiya komissiyası sualların azı 70 %-ini doğru cavablandıran vəzifəli şəxslərə tutduğu vəzifəyə uyğun gəlir, sualların azı 50 %-ini doğru cavablandıran vəzifəli şəxslərə Qaydanın işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir, sualları 50 %-indən aşağı doğru cavablandıran vəzifəli şəxslərə isə tutduğu vəzifəyə uyğun gəlmir qiymətləri verir.

  • Yolu zibilləyən şəxs məsuliyyətə cəlb olundu – VİDEO

    Yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Belə ki, müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində “İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılaraq, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib edilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Дядя подозреваемого в убийстве членов семьи: Он страдает психическим расстройством

    Ахмед Ахмедов, подозреваемый в убийстве пяти членов своей семьи, страдает психическим расстройством.

    Об этом Report заявил дядя 25-летнего А.Ахмедова Симнар Ахмедов.

    “Ахмед страдает психическим расстройством. Мы неоднократно советовали его родителям поместить парня в больницу. Мать Ахмеда была директором школы, отец – бизнесменом. Никаких внутрисемейных проблем у них не было. Они были дружной семьей. Отец купил ему отдельную квартиру. Сам Ахмед был спортсменом”, – сказал С.Ахмедов.

    Отметим, что по данному факту в Хатаинской районной прокуратуре возбуждено уголовное дело по статьям 120.2.4 (Умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) и 120.2.7 (Умышленное убийство двух и более лиц) УК АР. Ахмед Ахмедов (1999 г.р.) задержан в качестве подозреваемого. Ведется следствие.

  • Qətldə şübhəli bilinən şəxsin qohumu: “Əhməd ailədən ayrı yaşayırdı, psixoloji problemləri olub”

    Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir.

    Bu gün qətlə yetirilən Mehman Əhmədovun əmisi Simnar Əhmədov “Report”un hadisə yerində olan əməkdaşına bildirib ki, Əhməd Əhmədov ailədən ayrı yaşayıb:

    “Oğlanın psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanaya yerləşdirin. Anası məktəb direktoru idi. Ailədaxili problem yox idi. Mehriban ailə idilər. Atası ona ayrı ev almışdı. Mehman biznesmen, Əhməd isə idmançı idi”.

    Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

  • Qətldə şübhəli bilinən şəxsin xalası: “Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb” – VİDEO

    Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu bildirilib.

    Bu barədə oxu.az-a qətlə yetirilən Elmira Əhmədovanın bacısı Qənirə Əhmədova məlumat verib.

    Direktorun bacısı Q.Əhmədova hadisə barədə danışıb:

    “Oğlum zəng etdi və hadisəni dedi. İnanmadım. Qaça-qaça gəldim. Əhmədin psixi problemləri var idi. Amma ailəsi onu psixi sağlamlıq mərkəzinə qoymurdu. Əvvəlcə atasını öldürüb və anasını məktəbdən evə çağırıb. O da bacısının uşağı ilə birlikdə evə gəlib. Onları da baltalayıb. Hadisə olandan sonra qohumlar qızına zəng ediblər və telefonu açmayıb. Evin qapısın qırıblar və məlum olub ki, Elmira və beş yaşlı qızını da baltalayıb”.

  • Зарубивший топором свою семью также убил сестру с малолетним ребенком

    Зарубивший топором свою семью Ахмед Ахмедов (1999 г.р.) перед совершением тройного убийства также убил свою сестру и ее малолетнего ребенка.

    Информации, Эльмира Ахмедова (1997 г.р.) и ее дочь, 5-летняя Ульвия Нифталиева, были убиты преступником тем же способом в другом месте.

    Ранее стало известно, что на территории Хатаинского района Баку А.Ахмедов в ходе возникшего между ними конфликта умышленно убил своего отца, Мехмана Ахмедова (1972 г.р.), мать, Бике Ахмедову (1977 г.р.), и малолетнего брата (2015 г.р.), нанеся им телесные повреждения топором.

  • Ailəsini öldürməkdə təqsirli bilinən şəxs bacısı və onun uşağını da öldürüb

    Bakıda balta ilə ata-anasını və azyaşlı qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs digər ailə üzvlərini də öldürüb.

    Dəhşətli qətli törətməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı – 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da öldürüb.

    Qeyd edək ki,1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb.

  • Ombudsman: Mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir

    Mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir.

    “Report” xəbər verir ki, bu barədə Ombudsmanın Ermənistan tərəfindən törədilən növbəti silahlı təxribatlarla bağlı şərhində deyilir.

    S.Əliyeva bildirib ki, etnik zəmində nifrət və etnik təmizləmə siyasəti həyata keçirərək, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı öz yurdlarından didərgin salan, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə səbəb olan və ərazilərimizdə mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir:

    “Belə ki, fevralın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs pozulmuş, ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeləri istiqamətində atəş açılmış, nəticədə DSX-nin hərbi qulluqçusu yaralanmışdır.

    Ermənistan rəhbərliyi regionda sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığı bir dövrdə gərginliyi artıran bu kimi təxribatçı əməllərdən əl çəkməli, sülhün bərqərar olunması istiqamətində real addımlar atmalıdır.

    Hesab edirəm ki, beynəlxalq təşkilatlar regionda dayanaqlı sülhün bərqərar olması üçün Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə etinasız qalmamalı və bu ölkəyə sülh danışıqlarını, hərbi qulluqçuların həyat və sağlamlıqlarını təhdid altına alacaq silahlı təxribatlara son verməsi məqsədilə ciddi çağırışlar etməlidir”.