Month: February 2024

  • Azərbaycanda deputata mənzil hədiyyə edildi

    Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addım atılıb.

    Gununsesi.info-nun xəbərinə görə, deputata Bakı şəhərinin mərkəzindən dördotaqlı mənzil hədiyyə olunub.

    Qeyd edək ki, bundan əvvəl Əziz Ələkbərlinin rəhbəri olduğu icmaya da müasir ofis binası verilib.

  • Bu rayonun bir hissəsində qaz olmayacaq

    “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı 13.02.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qeyd olunur ki, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Стали известны сроки хаджа для азербайджанских паломников

    Обнародованы сроки начала хаджа для азербайджанских паломников.

    Как сообщил АПА заведующий отделом внешних связей Управления мусульман Кавказа, руководитель электронной системы хаджа Вюсал Джахангири, паломничество состоится в начале лета.

    “Хадж планируется начать в первых числах июня, а возвращение паломников запланировано в конце этого же месяца”, – добавил он.

  • Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

    Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında məlumat verib.

    Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq:

    “Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə zəvvarların geri dönməsi planlaşdırılıb”.

    Qeyd edək ki, bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

    Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

    Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

    Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd ediləcək.

  • Российский телеканал подготовил сюжет о внеочередных президентских выборах в Азербайджане – ВИДЕО

    Внеочередные президентские выборы прошли в Азербайджане 7 февраля. Впервые они состоялись на всей территории конституционной республики, включая Карабах, контроль над которым страна восстановила в сентябре 2023 года.

    В связи с этим корреспондент российского телеканала “360” побывал в Баку и в деталях узнал, как проходило голосование.

    “Для азербайджанцев 7 февраля – исторический день. Впервые за 30 лет голосовал весь Азербайджан. 26 избирательных участков открылись в Карабахе. Здесь же, на освобожденных от оккупации территориях страны, голосовал и Президент Ильхам Алиев с семьей. Восстановление территориальной целостности Азербайджана – главная причина досрочных выборов. Их провели на год раньше по распоряжению главы государства”, – отметил журналист.

    Подробнее – в сюжете.

  • Rusiya telekanalında Azərbaycandakı növbədənkənar prezident seçkisi ilə bağlı süjet – VİDEO

    Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirildi. İlk dəfə olaraq, seçki respublikanın bütün ərazisində, o cümlədən 2023-cü ilin sentyabrında nəzarətin bərpa edildiyi Qarabağda baş tutdu.

    Rusiyanın “360” telekanalının müxbiri Eldar Rəhimov Bakıda olub və səsvermənin necə keçirildiyi barədə süjet hazırlayıb.

    O, küləklər şəhəri Bakını təkcə Azərbaycanın paytaxtı deyil, həm də bütün Cənubi Qafqazın ən böyük sənaye, iqtisadi və turizm mərkəzi adlandırıb.

    “Bu gün şəhərin küçələrində sıxlıq müşahidə olunmur. Əslində, belə bir vəziyyət bu yerlər üçün qeyri-adi haldır, ancaq bu gün ölkədə prezident seçkiləri keçirilir, insanlar seçki məntəqələrində səs verirlər. Bu, azərbaycanlılar üçün tarixi gündür”, – deyə jurnalist bildirib.

    Süjetdə 30 ildə ilk dəfə dövlət başçısını bütün Azərbaycanın seçdiyi vurğulanıb, işğaldan azad edilən Qarabağda 26 seçki məntəqəsinin açıldığı qeyd olunub.

    “Burada, Qarabağda respublikanın hazırkı Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə səs verdi. Növbədənkənar seçkinin keçirilməsinin əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünün bərpası olub”, – deyə E.Rəhimov bildirib.

    Reportajda o da vurğulanıb ki, hətta seçki yarışı zamanı bütün ekspertlər yekdilliklə Bakının Qarabağa nəzarəti bərpa etməsindən sonra populyarlığı pik həddinə çatan İlham Əliyevi favorit kimi tanıyıblar. Bunun təsdiqi kimi seçki məntəqələrinə gələn azərbaycanlıların sözləri təqdim olunub.

    Ətraflı süjetdə:

  • Российский телеканал подготовил сюжет об уверенной победе Ильхама Алиева на выборах – ВИДЕО

    Телеканал “Россия 1” подготовил сюжет в связи с уверенной победой Президента Азербайджана Ильхама Алиева на внеочередных президентских выборах.

    “Нынешний семилетний срок Ильхама Алиева заканчивался только в 2025 году. Досрочные выборы были назначены после того, как Азербайджан вернул контроль над Карабахом, а это почти 20% территории государства”, – сказал спецкор российского телеканала.

    Журналист ознакомился с работой Бакинского судостроительного завода, построенного по личному распоряжению главы государства, а также поговорил с избирателями.

    “Явка рекордная в 77%, за бюллетенями выстраивались очереди. У Ильхама Алиева чуть больше 92% голосов, остальные шесть кандидатов вместе не набрали и 8%”, – отметил специальный корреспондент “Россия 1”.

    Подробнее – в очередном выпуске “Вести недели” телеведущего Дмитрия Киселева.

  • Rusiya telekanalı İlham Əliyevin seçkidə inamlı qələbəsi ilə bağlı süjet hazırladı – VİDEO

    “İstər hərbi formada, istərsə də kostyumda – hər zaman qüsursuz geyinən Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkisində aşkar üstünlüklə qalib gəldi”.

    Bu barədə Rusiyanın “Rossiya 1” kanalının müxbiri Andrey Qriqoryevin Bakıdan hazırladığı videosüjetdə deyilir.

    Reportaj Prezident İlham Əliyevin şəxsi sərəncamı ilə tikilən, hazırda isə Azərbaycan sənayesinin flaqmanına çevrilən Bakı Gəmiqayırma Zavodunda kiçik ekskursiya ilə başlayır.

    “Sahəsi yetmiş iki hektardır – yüzdən çox futbol meydançası boyda… Belə müəssisələr üçün məhsuldarlıq misilsizdir – ildə bir gəmi. Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyev deyir ki, onlar rusiyalı həmkarları ilə, gəmiqayırma zavodlarının rəhbərləri ilə daim təmasda olurlar, təcrübə mübadiləsi aparırlar. Bu, Rusiya gəmiqayırma zavodlarının “çay-dəniz” sinfində təcrübəsidir. Eləcə də getdikcə artan Xəzər hövzəsinin ticarət dəhlizi kimi rolu apriori iki ölkə arasında əməkdaşlığı qaçılmaz edir”.

    Süjetdə bildirilir ki, Xəzər dənizinin ən böyük və ən müasir gəmiqayırma zavodu hələlik yalnız Azərbaycanın ehtiyacları üçün məhsul istehsal edir.

    “Yanalma körpüsündə sualtı quraşdırma işləri üçün unikal “Xankəndi” gəmisi (burada inşa edilib) dayanır. “Laçın” və “Kəlbəcər” tankerləri stapeldən (üzərində gəmi inşa edilib suya salınan yer, mail körpü) çıxıb. Dokda daha biri – “Zəngilan” gəmisi suya salınmağa hazırlaşır. Bütün bunlar, yeri gəlmişkən, Qarabağdakı yaşayış məntəqələrinin adlarıdır”.

    Süjetdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinə də toxunulub. Bildirilib ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün illərdə rayonların qaytarılması prioritet məsələ olub. Buna görə də o, bütün ailəsi ilə Qarabağda yerləşən 14 saylı seçki məntəqəsinə səs verməyə gedib.

    “İlham Əliyevin hazırkı yeddiillik prezidentlik müddəti 2025-ci ildə başa çatır. Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra növbədənkənar seçki təyin edilib. Seçkilərdə rekord sayda 77 faiz seçici iştirak edib, seçki bülletenləri üçün növbələr yaranıb”.

    Süjetdə bundan sonra seçkinin nəticələri və bunun sakinlər arasında doğurduğu coşquya, həyəcana yer verilib.

    Qriqoryev buna baxmayaraq, həm Qarabağ müharibəsinin sonunun, həm də ardınca keçirilən prezident seçkisinin Qərbdə yalnız neqativlərə səbəb olduğunu vurğulayıb:

    “ATƏT-dən olan müşahidəçilər – faktları dərc etmədən, əsassız olaraq səsvermənin şəffaflıqla bağlı ciddi suallar və şübhələr yaratdığını elan etdilər.

    İlham Əliyev bununla əlaqədar dedi ki, bu, hamıya demokratiya, bərabərlik, ədalət, insan haqları öyrətməyə çalışanların əsl simasını bir daha ortaya qoyur. “Hiylə, riyakarlıq, mənfəətpərəstlik – mən bunu belə xarakterizə edərdim”, – deyə İlham Əliyev vurğulayıb”.

    Daha ətraflı süjetdə:

  • Azərbaycan gimnastları beynəlxalq turnirdə 10 medal qazanıblar

    Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar.

    “Report”un məlumatına görə, onlardan yeddisi qızıl, biri gümüş, ikisi bürünc mükafat olub.

    Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva həm alətsiz, həm gürzlər, Nilüfər Qasımova həm alətsiz, həm lent, Nuray Məmmədova isə topla hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    İnara Abıyeva gürzlərdə birinci, alətsiz hərəkətdə üçüncü yeri tutub. Aylin Yusifli isə gürzlərlə gümüş, topla hərəkətdə bürünc mükafata sahib çıxıb.

  • “Sədərək”in sahibinin oğlunun evindən 803 minlik oğurluq edən şəxsə hökm oxundu

    “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, R.Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

    İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

    Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

    Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb.

    © APA