Month: February 2024

  • В Баку неизвестные пишут на стенах домов названия наркотиков – ФОТО

    В Баку и на Абшероне на стенах домов и заборах появились надписи, пропагандирующие наркотики.

    Соответствующая информация была распространена в социальных сетях.

    На первый взгляд может показаться, что это адрес электронной почты или какой-то сайт, но на самом деле эти надписи – названия психотропных и наркотических веществ.


    Подобные пометки можно встретить на стенах и фасадах домов в городе Хырдалан Абшеронского района, поселков Баладжары Бинагадинского района, Гарачухур и Ени Гюнешли Сураханского района.

    Утверждается, что тем, кто исписывает стены и заборы, либо бесплатно дают наркотики, либо они получают зарплату.


    В связи с этим мы обратились в Министерство внутренних дел (МВД).

    В ответ на запрос Oхu.Az в пресс-службе ведомства сообщили, что о проблеме проинформированы местные отделы полиции, и подчеркнули, что необходимые меры принимаются.

  • Bakıda divarlara narkotiki təbliğ edən şüarlar yazılır – FOTO

    Bakı küçələrində divarlara narkotik təbliği üçün müəyyən şüarlar, saytlar yazılır.

    Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

    İlk baxışda yazılan şüarlar müəyyən elektron poçt qutusu ünvanı kimi görünsə də, psixoaktiv, narkotik maddələrin adını əks etdirən nişanlar imiş.


    Şüarlar Abşeron rayonun Xırdalan şəhərində, Binəqədinin Biləcəri qəsəbəsində, Suraxanı rayonun Qaraçuxur və Yeni Günəşli qəsəbələrindəki divarlarda, fasadlarda yazılıb.

    İddia edilir ki, divarlara şüar yazanlara ya pulsuz narkotik vasitə, ya da maaş verirlər.


    Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

    DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi polis şöbələri məlumatlandırılıb:

    “Tədbir görülür”.

  • Ağcabədidə ŞOK: Ailəsi kişinin mətbəxdə asılmış meyitini tapdı

    Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. Orada yaşayan 1971-ci il təvəllüdlü Rizvan Abbasov yaşadığı evin mətbəxində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri tapıblar. İntiharın səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakı metrosu Rusiyadan 35 yeni vaqonun alınması məlumatına münasibət bildirib

    Bakı metropoliteni hazırda yeni vaqonların alınması ilə bağlı müqavilə imzalamayıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

    Bildirilib ki, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.

    Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihənin həyata keçiriləcəyini qeyd edib.

    İndiyədək hər biri beş vaqondan ibarət 22 qatar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.

  • Azərbaycanda müəllim dərs zamanı vəfat etdi – FOTO

    Astara rayonu Artupa kənd məktəbinin tarix müəllimi, Astara Təhsil Sektorunun metodisti Əliyev Baloğlan İsmayıl oğlu dünyasını dəyişib.

    Median.Az cenublu.az-a istinadən xəbər verir ki, Baloğlan Əliyev dərs dediyi zaman halı qəflətən pisləşib, vəfat edib.

    Qeyd edək ki, 17 yanvar tarixində Baloğlan müəllimin 65 yaşı tamam olmuşdu, təqaüdə çıxmağa hazırlaşırdı.

    Allah rəhmət eləsin!

  • Biləsuvarda qızılcaya qarşı peyvəndləmə işləri davam edir

    Biləsuvar rayonunda qızılca virusuna qarşı peyvəndləmə işləri davam edir.

    “Report”un Muğan bürosunun məlumatına görə, ötən iki ay ərzində (dekabr və yanvar) 541 azyaşlı bu virusa qarşı peyvənd olunub.

    Biləsuvar rayonunda dekabr ayında 19, yanvar ayında isə 7 nəfər bu virusa yoluxub.

    Fevral ayında isə hələlik yoluxma qeydə alınmayıb.

  • İran XİN İsrailə xəbərdarlıq edib

    İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə xəbərdarlıq edib.

    Median.Az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

    O bildirib ki, hərbi əməliyyatların əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə səbəb olacaq.

    Xatırladaq ki, daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Qəzzadakı fəlakətin daha da böyüyəcəyi barədə xəbərdarlıq etmişdi.

    Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrın 7-də başlayıb.

  • Dərs saatına görə rüşvət alan direktora hökm oxundu

    Ağdam Musiqi Kollecinin rüşvətdə təqsirləndirilən direktoru Rafail Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində R.Musayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.

    Araşdırmalar zamanı məlum olub ki, R.Musayev 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. O, həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.

    Məhkəmə 69 yaşlı R.Musayevi qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. Həmçinin R.Musayev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib

  • İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

    Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezidentim.

    Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.

    Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə inanıram.

    Ümummilli lider Heydər Əliyevdən miras qalan “Bir millət, iki dövlət” düşüncəsi cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daha da güclənərək bölgənin təhlükəsizliyinin və sabitliyinin ən böyük təminatı olub.

    Əzəli və əbədi qardaşlıq əlaqələrimizi gələcək nəsillərə ötürməyin ən mühüm ortaq məsuliyyətimiz olduğu düşüncəsi ilə Türkiyə həm sevincli, həm də kədərli günlərdə bütün imkanları ilə daim can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcəkdir.

    Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Milli Müdafiə Nazirliyi adından bir daha təbrik edir, başda şəxsiniz olmaqla dost və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm”.

  • Bakıda atmosferdə tozun artması müşahidə olunur

    Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

    Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva  bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır.

    “Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır.

    Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.