Month: February 2024

  • Selçuk Bayraktar: “Birliyimiz əbədi olsun”

    “Akıncı” qardaş torpaqdakı yeni yuvasında. Azərbaycanda “Bayraktar Akıncı”nın anqarının açılışını və təhvil mərasimini keçirdik”.

    Bu sözləri özünün “X” hesabında Azərbaycandakı Hərbi Hava Qüvvələrinin hərbi obyektində silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının təqdimetmə mərasimində iştirak edən Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar yazıb.

    “Birliyimiz əbədi olsun”, – S.Bayraktar paylaşımında qeyd edib.

  • “Bitkoin”in artım limiti açıqlanıb

    “Bu kriptovalyutaya inanan və onu bir-birinə satan müəyyən sayda insan olduğu müddətcə “bitkoin”in dəyəri sonsuz şəkildə arta bilər”.

    Bu sözləri rusiyalı iqtisad elmləri namizədi, maliyyə analitiki Mixail Belyayev bildirib.

    İqtisadçı etiraf edib ki, “bitkoin”in məzənnəsi 100 min dollara çata bilər. “Lakin heç bir amil olmadıqda belə bir sıçrayış baş verə bilməz”, – deyə o vurğulayıb.

    “Bu, bu gün deyil, sabah da deyil – bəzi situasiyaların yaranması, bəlkə də dünyada vəziyyətin bir qədər pisləşməsi, geosiyasi vəziyyət üçün bəzi təhdidlər lazımdır”, – deyə Belyayev yekunlaşdırıb.

    İndi “bitkoin”in məzənnəsi təxminən 46,5 min dollardır.

    Mənbə: gazeta.ru

  • В Баку пятилетний ребенок погиб, упав с седьмого этажа

    В поселке Рамана Сабунчинского района Баку пятилетний ребенок погиб, упав с балкона.

    Как сообщает АПА, Р.А. (2019 г.р.) упал с балкона седьмого этажа здания, расположенного на территории, известной как городок “Шуша”.

    Малолетний скончался на месте от полученных травм.

    По данному факту проводится расследование.

  • Bakıda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb

    Bakının Sabunçu rayonunda beş yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

    APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

    2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən binanın 7-ci mərtəbəsinin eyvanından yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

    Faktla bağlı araşdırma aparılır.

  • Захарова раскритиковала отчет БДИПЧ ОБСЕ о внеочередных президентских выборах в Азербайджане – ВИДЕО

    Директор Департамента информации и печати Министерства иностранных дел (МИД) России Мария Захарова раскритиковала отчет Бюро по демократическим институтам и правам человека (БДИПЧ) ОБСЕ о внеочередных президентских выборах в Азербайджане.

    “Что ни сделай, какого количества кандидатов ни будет, какие у них будут платформы, партии, ничего не важно, кроме одного – политическая ангажированность из заведомо выписанного результата. У меня один вопрос к БДИПЧ ОБСЕ. Они вообще что-нибудь слышали о понятии консолидации общества в критически важный для государства момент? По-моему, ничего не слышали. А если ничего не слышали, значит они понятия не имеют, как можно наблюдать за выборами”, – сказала дипломат, комментируя отчет по выборам в Азербайджане на заседании комиссии Совета Федерации по защите государственного суверенитета и предотвращению вмешательства во внутренние дела России.

  • Zaxarova ATƏT-in Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatını tənqid etdi – VİDEO

    “Hər nə iş görülsə də, nə qədər namizəd olsa da, hansı platformaya, hansı partiyaya mənsubluğundan asılı olmayaraq, onlar üçün əvvəlcədən müəyyən edilmiş siyasi qərəzdən başqa heç nə önəmli deyil”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova Federasiya Şurasının komissiya iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən seçki ilə bağlı hesabatını şərh edərkən deyib.

    O, qurumun Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı hesabatını tənqid edib.

    “ATƏT/DTİHB-yə bir sualım var: Onlar ümumiyyətlə dövlət üçün kritik məqamda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, yox. Heç nə eşitməyiblərsə, deməli, seçkini necə müşahidə etmək barədə heç bir təsəvvürləri yoxdur”, – deyə o bildirib.

  • Qazaxıstanda maska rejimi bərpa edilir

    Qazaxıstanda koronavirus və qızılca ilə əlaqədar maska rejimi bərpa edilir. Tibb müəssisələrində bu məcburidir, ictimai yerlərdə isə tövsiyə olunur.

    Ölkə başçısının sərəncamına əsasən, respublikanın səhiyyə müəssisələrində maska rejimi tətbiq edilib. Bu təşkilatların rəhbərləri tibb müəssisələrində personal və ziyarətçilərin tibbi maskalardan istifadəsini, həmçinin antiseptik vasitələrin olmasını təmin etməlidirlər.

    İctimai yerlərə gəlincə, qoruyucu vasitələrin istifadəsi tövsiyə edilir.

    “İnsanların sıx toplaşdığı yerlərdə (hava limanları, qatar stansiyaları, marketlər, ticarət mərkəzləri, teatrlar, kinoteatrlar, əhaliyə xidmət mərkəzləri, banklar və s.), eləcə də bütün nəqliyyat vasitələrində tibbi və ya parça maskalardan istifadə edilməsi tövsiyə edilsin”, – deyə sənəddə bildirilir.

    Xatırladaq ki, fevralın 7-də Qazaxıstan Parlamentində COVID-19-la əlaqədar məcburi maska rejimi tətbiq edilib. Parlamentin sədri Yerlan Koşanov və prezidentin müşaviri Kanat Bozumbayev artıq koronavirusa yoluxublar. Orada keçirilən tədbirlərdə jurnalistlərdən də tibbi maska taxmaq tələb olunub.

    Mənbə: kz.kursiv.media

  • İlham Əliyev Riqada imzalanmış sənədi təsdiqlədi

    Azərbaycan “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”u təsdiq edib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, sənəd 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanıb.

  • Али Асадов провел телефонный разговор с грузинским коллегой

    9 февраля состоялся телефонный разговор между премьер-министром Азербайджанской Республики (АР) Али Асадовым и новоназначенным премьер-министром Грузии Ираклием Кобахидзе.

    Как сообщили в пресс-службе Кабинета министров АР, Али Асадов поздравил Ираклия Кобахидзе с назначением на пост премьер-министра Грузии, пожелал ему успехов в дальнейшей деятельности.

    В ходе разговора стороны высоко оценили развитие дружественных отношений и взаимовыгодного сотрудничества между Азербайджаном и Грузией в различных сферах, выразили надежду на дальнейшее укрепление стратегического партнерства.

  • Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

    Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

    Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, baş nazirlər arasında telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Söhbət zamanı baş nazirlər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.