Month: February 2024

  • MDB PA-nın baş katibi: “Azərbaycanın seçki qanunvericiliyi bütün demokratik normalara uyğundur”

    “Biz Azərbaycanın qanunvericiliyini qiymətləndirdik, onun bütün demokratik normalara və standartlara tamamilə uyğun olduğunu anlayırıq. Deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, namizədlərin qərargahlarında, prosesin təşkilatçıları olan Mərkəzi Seçki Komissiyası, prokurorluqlar, Xarici İşlər Nazirliyi, parlament ilə keçirilən görüşlər sübut edir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitri Kobitski deyib.

    MDB PA-dan olan müşahidəçilər missiyasının artıq 30 yaşının olduğunu qeyd edən D.Kobitski əlavə edib:

    “Müşahidənin obyektiv və prosesin bütün iştirakçıları üçün aydın olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun yaradılması barədə qərar qəbul edilib. Bu qərar məhz burada, Bakıda qəbul olunub. Hazırda institut bütün MDB məkanında fəaliyyət göstərir və onun o cümlədən Bakıda filialları var”.

    D.Kobitskinin sözlərinə görə, bu struktur bütün elektron prosesləri tədqiq etməyə kömək göstərir, MDB ölkələrinin hər birinin qanunvericiliyini araşdırır və qanunvericiliyinin araşdırılması əsasında bütün demokratik normalara uyğun olaraq nəticələr çıxarır.

    Müşahidənin nəticələrinə toxunan MDB PA-nın baş katibi deyib ki, onlar çoxlu sayda seçki məntəqələrində olublar. Bütün müşahidəçilər bir araya gələndən sonra nəticələr elan ediləcək. O bildirib ki, ilkin nəticələr sabah mətbuat konfransında açıqlanacaq. Lakin son məlumatlar MSK tərəfindən nəticələr tam təsdiqlənəndən bir qədər sonra elan olunacaq.

  • Prezidentliyə namizəd Razi Nurullayev səs verib

    Milli Cəbhə partiyasının prezidentliyə namizədi Razi Nurullayev növbədənkənar prezident seçkisində səs verib.

    “Report”un məlumatına görə, o, 8 saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
    Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

  • Bəylər Eyyubov Şuşada səs verdi

    Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov prezident seçkisində səsvermə hüququndan istifadə edib.

    Bəylər Eyyubov Şuşadakı seçki məntəqəsində səs verib.

    Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi keçirilir. Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb.

    Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

    Seçkini izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

    Seçki bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

  • Захид Орудж проголосовал на внеочередных президентских выборах

    Кандидат в президенты Захид Орудж проголосовал на внеочередных президентских выборах.

    Как сообщает Report, он воспользовался избирательным правом на участке №18 Насими-Сабаильского избирательного округа №23.

    На избирательном участке зарегистрирован 1 461 избиратель. На данный момент проголосовали более 200 граждан.

  • Zahid Oruc növbədənkənar prezident seçkisində səs verib

    Prezidentliyə namizəd Zahid Oruc növbədənkənar prezident seçkisində səs verib.

    “Report”un xəbərinə görə, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Bu məntəqənin seçici siyahısında 1461 nəfərin adı var. Səsvermə başlayandan artıq 200-dən çox seçici səs verib.

  • Кямран Алиев проголосовал на президентских выборах

    Генеральный прокурор Кямран Алиев воспользовался правом голоса на внеочередных президентских выборах.

    Как передает Qafqazinfo, он проголосовал на участке №15 Ясамальского 1-го избирательного округа №15.

  • Kamran Əliyev də səs verdi

    Baş prokuror Kamran Əliyev növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib.

    “Qafqazinfo”nun məlumatına görə, o, 15 saylı Yasamal 1-ci seçki dairəsinin 15 saylı məntəqəsində səs verib.

    Həmin görüntüləri təqdim edirik:

  • Кандидат в президенты Фазиль Мустафа проголосовал на выборах

    Кандидат в президенты от партии “Великое созидание” Фазиль Мустафа проголосовал на внеочередных президентских выборах.

    Как сообщает Report, Фазиль Мустафа проголосовал на участке №13 Сабунчинского первого избирательного округа №26.

    На избирательном участке всего зарегистрировано 1 443 избирателя. На данный момент проголосовали более 200 граждан.

    Центральная избирательная комиссия зарегистрировала 7 кандидатов в президенты. Таким образом, на высшую должность в стране претендуют Ильхам Алиев от правящей партии “Ени Азербайджан”, самовыдвиженцы Захид Орудж и Фуад Алиев, Рази Нуруллаев от Партии национального фронта, Фазиль Мустафа от партии “Великое созидание”, Эльшад Мусаев от партии “Великий Азербайджан”, Гудрат Гасангулиев от партии “Народный фронт целостного Азербайджана”.

  • Prezidentliyə namizəd Fazil Mustafa səs verib

    Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkisində səs verib.

    “Report” xəbər verir ki, F.Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Seçki məntəqəsində siyahıda 1 443 seçicinin adı var. 8 nəfər qeydiyyatdan çıxma ilə müraciət edib. İndiyədək 200-dən çox seçici səs verib.

    Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.

    Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 1,55 доллара (1,88%) и составила 83,81 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти определена на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).