Month: February 2024

  • Гусман: В 2024 году на выборах президента Азербайджана выросла активность

    Выборы президента Азербайджана в 2024 году от предыдущих отличает высокая активность.

    Об этом заявил NEWS.ru первый заместитель гендиректора ТАСС и наблюдатель от СНГ Михаил Гусман.

    Он добавил, что проходящий избирательный процесс очень знаменателен и показателен.

    “Активность на этих выборах выше, чем на предыдущих. Это правда. Просто народ в массовом порядке приходит на выборы. Причем, знаете, что называется, специально не агитировали. Не было такого, чтобы специально созывали. Это, мне кажется, фактор того, что сегодня Азербайджан является страной, где нет оккупированных территорий. Это очень сильно повлияло на воодушевление людей на выборах”, – отметил он.

  • Mixail Qusman: “Azərbaycanda keçirilən prezident seçkisində fəallıq artıb”

    “2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkisi əvvəlkilərdən yüksək fəallığı ilə seçilir”.

    Bunu News.ru-ya açıqlamasında TASS-ın baş direktorunun birinci müavini, MDB-dən olan müşahidəçi Mixail Qusman deyib.

    O əlavə edib ki, davam edən seçki prosesi çox əlamətdardır və nümunəvidir:

    “Bu seçkidə əvvəlkilərdən daha çox fəallıq var. Bu, doğrudur. İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər”, – o vurğulayıb.

    M.Qusman əlavə edib ki, bu məsələdə Azərbaycanın müharibə nəticəsində işğal olunmuş ərazilərini azad etməsi mühüm əhəmiyyət kəsb edir:

    “Bu, insanların seçkiyə olan marağına çox təsir göstərib”.

  • Bakıda vəzifəli qadının əkizlərini döyən dayə həbs edildi – FOTO

    Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib.

    Qaynarinfo-nun məlumatına görə, Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı uşaqlarına dayəlik edib. Əkzilərin anası övladlarının bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlra fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb.


    Afaq Əhmədpaşayeva

    Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00.30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub.

    Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib.
    Buna görə uşaqların anasından üzür istədiyini deyib.

    Məhkəmənin hökmü ilə, qəddar dayə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.
    Əldə etdiyimiz məlumata görə, Afaq Əhmədpaşayeva “AVİS tibbi mağazalar şəbəkəsi”nin İnsan resursları şöbəsinin müdiridir.

  • Джейхун Байрамов поздравил казахстанского коллегу с переизбранием на пост

    Состоялся телефонный разговор министра иностранных дел Азербайджанской Республики (АР) Джейхуна Байрамова и заместителя премьер-министра, главы внешнеполитического ведомства Республики Казахстан Мурата Нуртлеу.

    Об этом сообщили в пресс-службе МИД АР.

    Поздравив коллегу с переизбранием на пост заместителя премьер-министра, министра иностранных дел Казахстана, глава азербайджанской дипломатии пожелал ему успехов в дальнейшей деятельности.

    Джейхун Байрамов с удовлетворением рассказал о повестке текущего двустороннего и многостороннего сотрудничества между нашими странами. Он также выразил уверенность в том, что отношения между Азербайджаном и Казахстаном, основанные на дружбе, братстве и солидарности, будут и впредь развиваться по восходящей линии.

    В ходе телефонного разговора также состоялся обмен мнениями по различным аспектам отношений стратегического партнерства между Азербайджаном и Казахстаном, в том числе по текущей ситуации в регионе.

  • Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının formalaşmış hökumətində yenidən təyin olunmuş baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Həmkarını Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibətilə təbrik edən Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.

    Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

  • Məşhurlarımızın əvvəlki peşələri: meyvə bazarı, mebel yığan, fəhlə… (SİYAHI)

    Bu gün müğənni kimi tanıdığımız məşhurlar əvvəllər nə işlə məşğul olublar?

    Bu barədə məlumatı təqdim edirik:

    Pərviz Bülbülə məşhurlaşmadan öncə mebel yığan usta kimi fəaliyyətdə olub.

    Tünzalə Ağayeva musiqi müəllimi işləyib.

    Flora Kərimova tibb təhsili alıb.

    Faiq Ağayev ixtisasca teatr aktyorudur.

    Zülfiyyə Xanbabayeva teatr rejissorudur.

    Röya Ayxan hüquq fakültəsini bitirib.

    Ağadadaş Ağayev müəllim işləyib.

    Ədalət Şükürov 1980-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun Kütləvi tədbirlər rejissoru olub. Bundan öncə isə meyvə bazarında işləyib.

    Elnarə Xəlilova filoloqdur.

    İlhamə Qasımova polis kimi fəaliyyət göstərib.

    Aygün Kazımova həndbolçu idi.

    Nadir Qafarzadə məşhurlaşana qədər fəhlə işləyib.

    Elza Seyidcahan musiqi müəllimidir.

    Zamiq Hüseynov məşhurlaşana qədər hər cür işdə işləyib, ailəsinə qazanc gətirib.

    Xatirə İslam tibb bacısı işləyib.
    //olke.az

  • Sabah 20 dərəcə isti olacaq

    Fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

  • ЦИК Азербайджана: К 12:00 явка избирателей по республике составила 38,57%

    Центральная избирательная комиссия (ЦИК) Азербайджана обнародовала информацию о явке избирателей по состоянию на 12:00 в процессе голосования в связи с проходящими сегодня внеочередными президентскими выборами.

    Как передает АПА, начальник информационного центра секретариата ЦИК Фарид Оруджев сообщил, что к 12:00 по республике проголосовали – 2 499 033 человека, явка избирателей составила 38,57%.

    Отметим, сегодня в 08:00 в Азербайджане стартовали внеочередные президентские выборы. Голосование завершится в 19:00.

  • Respublika üzrə saat 12:00-a olan seçici fəallığı açıqlandı

    Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

    APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər respublika üzrə 2 499 033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

  • Prezidentliyə namizəd Elşad Musayev səs verib

    Prezidentliyə namizəd Elşad Musayev növbədənkənar prezident seçkisində səs verib.

    “Report”un xəbərinə görə, o, 19 saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Bu məntəqənin seçici siyahısında 1367 nəfərin adı var.

    Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.