Month: February 2024

  • Məntəqə sədri qəfil vəfat etdi

    Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsi 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Əsgərova Kəmalə Məmməd qızının vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, vəfat edib.

    İlkin məlumata görə, 63 yaşlı sədr ürəktutmadan vəfat edib.

    Yaxınları bildirib ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.

  • ЦИК Азербайджана: К 17:00 явка избирателей по республике составила 70,85%

    Центральная избирательная комиссия (ЦИК) Азербайджана обнародовала информацию о явке избирателей по состоянию на 17:00 в процессе голосования в связи с проходящими сегодня внеочередными президентскими выборами.

    Как сообщает АПА, начальник информационного центра секретариата ЦИК Фарид Оруджов сообщил, что к 17:00 по республике проголосовали 4 590 075 человек, явка избирателей составила 70,85%.

  • Respublika üzrə saat 17:00-a olan seçici fəallığı açıqlandı

    Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

    APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-a qədər respublika üzrə 4 590 075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.

  • Nazirlikdən prezident seçkisi günü ölkədə internetin kəsilməsi ilə bağlı iddialara CAVAB

    Bu gün bəzi sosial şəbəkələrin ermənidilli seqmentində guya Bakı şəhərində olan seçki məntəqələrində internet rabitəsinin kəsildiyi və bununla bağlı seçki prosesinin gedişatı barədə son xəbərlərin çatdırılmasının mümkünsüz olduğu barədə paylaşımlar edilib.

    Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

    Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur:

    “Nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinlik müşahidə olunmur.

    Qeyd edək ki, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.

  • İndiyədək seçicilərin 60,54 faizi səsvermə hüququndan istifadə edib

    Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

    O qeyd edib ki, saat 15:00-a qədər respublika üzrə 3922187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub.

    Hesabat vermiş məntəqələrin sayı 6515-dir.

    Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

  • Впервые показаны кадры антитеррористической операции в Карабахе – ВИДЕО

    Caliber.Az впервые показал кадры антитеррористической операции в Карабахе, проведенной Вооруженными силами (ВС) Азербайджана 19-20 сентября 2023 года.

    Место действия – Агдере. Поражает не только смелость и героизм наших ребят, но и уровень их профессионализма и координации. Привлекают внимание и, на первый взгляд, мелкие детали – крайне важные для понимания высокого уровня психологической подготовки наших ВС.

    Например, как тепло между собой общаются военные – чувство братства, единящее наших бойцов, можно почувствовать даже через видео. Или же момент доклада о наших шехидах – в пылу боя, не забывая произнести священные для каждого мусульманина и азербайджанца фразы…

  • Antiterror tədbirləri zamanı çəkilmiş REAL döyüş kadrları – VİDEO

    “Caliber” ilk dəfə olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qeydə alınmış unikal kadrları nümayiş etdirib.

    Döyüşlərin baş verdiyi yer Ağdərə ərazisidir.

    Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb.

    Videoda hərbçilərimizin bir-biri ilə necə mehriban ünsiyyət qurması, əsgərlərimizi birləşdirən qardaşlıq, doğmalıq hissi xüsusi diqqət çəkir.

    Həmçinin, döyüşün qızğın vaxtında şəhidlərimiz barədə məruzə edilən zaman hərbçilərimiz hər bir müsəlman və azərbaycanlı üçün müqəddəs olan ifadələri dilə gətirməyi unutmurlar.

    Beləliklə, Azərbaycanın müasir tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən övladlarının görüntülərinə özünüz şahid olun:

  • Sumqayıtda seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video saxtadır – BİRGƏ AÇIQLAMA

    Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb.

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə açıqlamasında bildirilir ki, qeyd olunan video manipulyasiya məqsədi ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

    “Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilib.

    Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılır.

    Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.

    Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, – birgə açıqlamada qeyd olunub.

  • Naxçıvanda 104 yaşlı qadın səs verib

    Naxçıvan Muxtar Respublikasının ən yaşlı seçicisi, Kəngərli rayon sakini prezident seçkilərində səs verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində qeydiyyatda olan 104 yaşlı Hüseynəliyeva Şərəf Muxtar qızı seçkidə iştirak etmək arzusunu bildirib.

    Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün ailəsi tərəfindən məntəqə seçki komissiyasına ərizə ilə müraciət edilib. 1920-ci il təvəllüdlü Ş.Hüseynəliyevanın müraciətini nəzərə alaraq, onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. 104 yaşlı seçici evində səs verib.

  • Əli Nağıyevin anası vəfat etdi

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevə ağır itki üz verib.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Nağıyevin anası Nazlı Nağıyeva bu gün vəfat edib.

    Allah rəhmət eləsin!