Month: February 2024

  • Qidalarda xərçəng riski: 3 qatqıya diqqət yetirin!

    “İşlənmiş qidalardan uzaq durun. Təbii qidalanmağa çalışın”. Bu, həkimlərin tez-tez verdiyi məsləhətdir. Aparılan son araşdırma xərçəng və qida əlavələri arasındakı əlaqəni üzə çıxarıb. Araşdırmalara görə, qida məhsullarında istifadə edilən 3 qatqı xərçəng riskini artırır.

    Bunları bunu “NTV” telekanalına açıqlamasında həkim Murat Çağ deyib.

    Onun sözlərinə görə, bəzi qida əlavələrinin başda döş və prostat olmaqla potensial xərçəng faktoru olduğu aydın olub.

    Araşdırmalara zamanı könüllü iştirakçılardan 2604 nəfərə xərçəng diaqnozu qoyulub.

    Həkim bildirib ki, 92 min insan hər gün yediklərini markaları ilə birgə qeyd ediblər.

    “Tədqiqatçılar onların içərisində nə olduğuna baxıblar və bəzi maddələrin artan xərçəng halları olan insanlarla uyğunlaşdığını aşkar ediblər. Bu dəfə onları tədqiq edərək üç maddə aşkar ediblər. Bu maddələrə E407, E407a, E471 deyiblər”.

    E407 – qida əlavəsi Karragenan, qida sənayesinin bir çox sektorlarında geniş yayılmış qırmızı dəniz yosunlarından əldə edilən xətti sulfatlaşdırılmış polisaxaridlər ailəsidir. İstehsal həcmlərinin sabit artımına və onun istehsalı üçün xammalın çoxalmasına nə təsir edir.

    Bu maddələr hansı qidaların tərkibində var?

    Həkim deyir ki, bu əlavələr şokoladların, moyonezlərin və bəzi dondurmaların qabarması və köüpklənməsi üçün istifadə edilən maddələrdir. Onların hazırlanmasında istifadə olunur.
    //Baku.ws

  • Самолет AZAL, совершивший незапланированную посадку в Анкаре, вылетел в Стамбул

    Самолет авиакомпании Azerbaijan Airlines, выполнявший рейс J2 8103 по маршруту Баку – Стамбул, вылетел в 11:56 по бакинскому времени из Анкары в аэропорт Сабиха Гекчен.

    Об этом сообщили в пресс-службе ЗАО Azerbaijan Airlines.

  • AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

    Xatırladaq ki, Bakıdan İstanbula uçan təyyarə təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yerli vaxtla saat 10:39-da Ankarada eniş etmişdi.

  • Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıblar – VIDEO

    Erməni separatçıları işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər.

    Median.Az report-a istinadən xəbər verir ki, düşmən 30 ildən çox işğal altında saxladığı kəndin dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub.

    İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər. Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.

    Malıbəyli işğaldan azad ediləndən sonra qəbiristanlıqda bərpa işlərinə başlanılıb, bir neçə başdaşı əvvəlki yerinə qaytarılıb. Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək belə mümkün deyil.

    Qəbiristanlığı ziyarət edən malıbəylilər doğmalarının məzarlarını tapa bilməyiblər.

    Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib.

  • Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

    Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir.

    Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

  • Azərbaycanda bu avtomobillərin qiyməti 30 faiz UCUZLAŞDI – VİDEO

    Böyük həcmli mühərriki olan avtomobillərin qiyməti kəskin azalıb.

    Dizel və hibrid mühərrikli avtomobillərin idxalının artması ilə benzin mühərrikli avtomobillərə tələbat azalıb.

    Xüsusilə də bu hal mühərrik həcmi böyük olan avtomobillərin satışına təsir edib.

    Avtomobil satışı üzrə mütəxəsis Sərxan Qədirov da “Xəzər Xəbər”ə bildirib ki, bəzi avtomobillərin dəyəri 30%-dən çox ucuzlaşıb.

    Eskpertin sözlərinə görə, qiymətlərə təsir edən amillərdən biri də Koreya istehsalı olan dizel mühərrikli “offroad” avtomobillərin ölkəyə idxalının artmasıdır.

  • “Su qıtlığında dövləti, müvafiq qurumları qınamaq düzgün olmaz”

    Azərbaycanda su qıtlığı ilə bağlı birbaşa dövləti, müvafiq qurumları qınamaq düzgün olmaz.

    Bunu Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə deputat İltizam Yusifov bildirib.

    “Azərbaycanda suyun 80 %-dən çoxu transsərhəd çayları hesabına, yəni ölkədən kənarda formalaşır. Nəzərə alaq ki, bu gün bizim suya olan ehtiyacımızdan qat-qat artıq su formalaşıb. Sadəcə əhalinin ondan səmərəli istifadə etməsini nəzarətə götürmək lazımdır”, – deyə deputat əlavə edib.

    “Azərbaycan dünyada içməli suyun keyfiyyətinə görə 100 ballıq şkala üzrə 50 baldan aşağı göstəricidə qərarlaşıb. Biz keçən il yeni içməli su standartı qəbul etmişik. Buna qədər də standartımız var idi. Amma yekunda biz yenə də, xüsusilə Bakıda keyfiyyətli içməli sudan istifadə edə bilmirik. Su yekunda gəlir bir çənə tökülür və evlərdə krantlardan qumlu sular gəlir. Biz emal etdiyimiz, xərc çəkdiyimiz təmiz suyu insanlara çatdıra bilmirik”, – deyə o qeyd edib.

    ///report

  • Hadise yeni sevgilisi ilə yaxalandı

    Hadisə yeni sevgilisi ilə görüntülənib.

    Müğənni Ayaydın şirkətlər qrupunun varisi iş adamı Mert Ayaydın ilə Etilerdə bir məkanda görüntülənib.

    Gecə boyu romantik mahnılar dinləyən ikilinin qucaqlaşıb əylənməsini əks etdirən görüntülərin yayılması ilə “Hadisə bu dəfə sevgini tapdı” kimi şərhlər yazılmağa başlayıb.
    //azxeber

  • Bakıda bu ərazidə ev tikmək və almaq daha sərfəlidir

    Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir. Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu uzun illərdir ölkədə əsas müzakirə mövzularından biridir. İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb.

    Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə iki-üç faiz artıb.

    Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir. Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər. Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər. Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.

    Bəs paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha sərfəlidir?

    Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:

    “İstər həyət evi olsun, istərsə də bina evi, əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsələn, Xırdalan ərazisi beş il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan Bakıya gəlmək tıxac zamanlarında iki saatdan uzun çəkir. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar”.

    Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir.

    Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibdirsə, həmin yerlər qiymət baxımından da baha olur:

    ”Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir. Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir. Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi. Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur. Qiymətlər də münasib deyil.

    Hazırda Nardaran, Türkan, Mehdiabad qəsəbəsində məskunlaşma zəifdir. Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır. Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır”.

  • “Bitkoin”in dəyəri 58 min dolları keçdi

    “Bitkoin”in dəyəri artmaqda davam edir.

    Bunu “Coindesk” platformasının məlumatları sübut edir.

    Fevralın 28-də ticarət zamanı “bitkoin” 3,8% bahalaşaraq 58 222 min dollar olub. Kriptovalyutanın belə yüksək qiyməti 25 noyabr 2021-ci ildən bəri ilk dəfə müşahidə olunub.

    Dünən, fevralın 27-də isə “bitkoin” 56 467 dollar olub.

    Mənbə: Center.business-magazine.online