Month: February 2024

  • Mask ABŞ-ni cinayətkarlar üçün sığınacaq adlandırıb

    ABŞ-li iş adamı və milyarder İlon Mask bildirib ki, miqrasiya problemlərinə görə ABŞ cinayətkarların sığınacağına çevrilib. Bu barədə o, sosial şəbəkə hesabında yazıb.

    Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini sərt tənqid edib.

    “Şəxsiyyəti təsdiq edən sənədləri (istənilən ölkənin) atmaq, cənub sərhədini keçmək və “sığınacaq” tələb etməyin mümkünlüyü ABŞ-ni dünyanın ən təhlükəli cinayətkarlarının sığınacağına çevirib!” – deyə Mask bildirib.

    Qeyd edək ki, daha əvvəl Mask ABŞ hakimiyyətini qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham etmişdi.

    Mənbə: Lenta.ru

  • Сегодня утром солдат азербайджанской армии Руслан Эльдениз оглу Панахов заблудился из-за неблагоприятных погодных условий на территории Лачынского района при передвижении между позициями. Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    Сегодня утром солдат азербайджанской армии Руслан Эльдениз оглу Панахов заблудился из-за неблагоприятных погодных условий на территории Лачынского района при передвижении между позициями.

    Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    Отмечается, что поисковые мероприятия, начатые немедленно с целью найти нашего военнослужащего, продолжаются.

    Редакция Bizim.Media связалась с отцом уроженца Шамкирского района Р.Панахова. Эльдениз Панахов, только что узнавший о произошедшем, выразил беспокойство за сына.

    “Мы только узнали о произошедшем. Очень обеспокоены. Семь месяцев как Руслан находится на военной службе в Лачынском районе. В последний раз мы разговаривали с сыном вчера. Он сказал, что здоров и все в порядке. Мы регулярно связываемся с ним. Он всегда отмечает, что не нужно беспокоиться о нем”, – рассказал отец пропавшего азербайджанского солдата.

  • Laçında azan hərbçimizin anası: “Dünən danışdım onunla, dedi ki, hər şey yaxşıdır” – YENİLƏNİB + FOTO/VİDEO

    Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    İTV hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun evində olub.

    R.Pənahovun anası bildirib ki, oğlu ilə dünən danışıb:

    “Ruslanın 19 yaşı var.  O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. Dedi ki, hər şey yaxşıdır. Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Hamıdan kömək istəyirəm, oğlumu geri qaytarsınlar”.

    R.Pənahovun nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub:

    “Həmişə razılıq edirdi ki, bura yaxşıdır. Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”.

    Qeyd edək ki, Ruslan Pənahov ailənin üç övladından biri olub.

    ***

    Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.

    Bizim.media əlverişsiz hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun atası ilə əlaqə yaradıb. Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib:

    “Xəbəri indi eşitdik. Çox narahatıq. Yeddi aydır ki, Laçında hərbi xidmətdə idi. Sonuncu dəfə oğlumla dünən danışdıq. Səhhətinin yerində və hər şeyin qaydasında olduğunu dedi. Ümumiyyətlə, oğlumla mütəmadi danışırdıq, heç bir narahatlığının olmadığını bildirirdi”.

  • Eldar Mansurov doğum gününü İçərişəhərdə qeyd etdi – VİDEO

    Bu gün Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan sənətkar Eldar Bəhram oğlu Mansurovun 72 yaşı tamam olur.

    Xatırladaq ki, Eldar Mansurov 1968-72-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974-79-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.

    “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, beş simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.

    1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

    1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

    Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

    2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-12-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.

    Ailəlidir, iki oğlu var.

    Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib.

    İctimai TV sənətkarın doğum günündə onunla birgə uşaqlığının keçdiyi İçərişəhərdən süjet hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək

    Martın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

    İmtahan saat 11:00-da başlanır.

    İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

    İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 22-dən etibarən çap edib götürə bilirlər.

    Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.

    Martın 3-də keçiriləcək imtahanda 52267 şagirdin iştirakı nəzərdə tutulur.

    İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

    Nəzərinizə çatdırırıq ki, martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.

    Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

    Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

  • Anar Bağırov: “Ölkəmizdə saxlanılan erməni separatçıların bütün hüquqları tam təmin olunur”

    “Ölkəmizdə saxlanılan erməni separatçıların bütün hüquqları tam təmin olunur”.

    AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

    A.Bağırov bildirib ki, vəkillər həmin şəxslərə nəinki dövlət hesabına, hətta müqavilə əsasında da hüquqi yardım göstərirlər.

    “Bu, onu göstərir ki, müstəqil Azərbaycan vəkilliyi kimliyindən asılı olmayaraq, hər kəsin konstitusion və beynəlxalq hüquqa əsaslanan hüquqlarını təmin edir. Törədilən əməlin ictimai təhlükəliliyindən, ağırlığından asılı olmayaraq, hər kəs hüquqi yardımla təmin olunur.

    Azərbaycanda istənilən şəxs keyfiyyətli hüquqi yardımla təmin olunmasına cəmiyyətimizlə yanaşı, beynəlxalq ictimaiyyət də şahid oldu. Bununla bağlı hər hansı şikayətə rast gəlməmişik. Həmin şəxslərin qohumları, beynəlxalq təşkilatlar tərəfindən hansısa bir narazılıq yoxdur. Əksinə beynəlxalq təşkilatlar məmnunluq ifadə edirlər.

    Hər kəs görür ki, Azərbaycan vəkilləri öz peşə borclarını vəkil andına uyğun olaraq yerinə yetirir”, – deyə A.Bağırov qeyd edib.

  • Fevralın son gününə olan hava proqnoz

    Bakıda və Abşeron yarımadasında fevralın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var.

    Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”

    2024-cü ildə Azərbaycanda fərdi evlərin qiyməti artacaq.

    Bu barədə Qaynarinfo-ya əmlak ekspert Elnur Əsədov məlumat verib.

    Ekspert hesab edir ki, fərdi evlərin tikintisi ilə bağlı təkliflər az olan ərazilərdə qiymət artımı qaçılmazdır. Elnur Əsədovun sözlərinə görə, turistlərin aktiv axını olan rayonlarda çıxarışla təmin olunmuş torpaq sahələrinin sayı məhduddur:

    “Həmçinin oktyabr ayında qanunda müəyyən dəyişikliklər olunub. Sənədsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan torpaq sahələrində artıq fərdi evlərin tikintisi mümkün olmayacaq. Çıxarışla təmin olunmuş torpaqların qiymətində isə artım qaçılmazdır”.

    Elnur Əsədovun fikirincə, ilin sonuna kimi fərdi evlərin qiymətində 15% artım gözlənilir.

  • Azərbaycanda ən dəyərli 4 valyuta: 5,52 manata satılır

    Azərbaycanda ən dəyərli 4 valyutanın bu günə olan məzənnəsi açıqlanıb.

    İqtisadiyyat.az xəbər verir ki, bunlar Küveyt dinarı, İngiltərə funt sterlinqi, avro və dollardır.

    Bir Küveyt dinarının Azərbaycan manatına qarşı məzənnəsi 5 manat 52 qəpikdir. Küveyt dinarı hazırda dünyanın ən dəyərli valyutasıdır.

    Azərbaycanda ən bahalı 2-ci valyuta İngiltərə funt sterlinqidir. Bu valyutanın manat qarşısında məzənnəsi 2 manat 15 qəpikdir.

    1 avro 1 manat 84 qəpik, 1 dollar isə 1 manat 70 qəpik təşkil edir.

    1920-ci ildə dünyanın ən dəyərli valyutası hesab olunan İsveçrə frankının hazırda manata qarşı məzənnəsi isə 1 manat 93 qəpikdir.

    Azərbaycanda ən ucuz valyuta Livan funtudur. Belə ki, 100 livan funtu 0.0019 manatdır.

  • DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

    Bu barədə idarədən bildirilib.

    Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.

    Belə ki, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb.

    Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobilə toqquşub. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir.

    Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir.