Month: February 2024

  • Gəncədə təhlükəli avtokranın fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

    Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

    FHN xəbər verir ki, bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Totanlı küçəsində fəaliyyət göstərən “KS-3579” markalı avtokranda plan üzrə yoxlama aparılıb.

    Yoxlama zamanı avtokranın istismar müddətinin bitdiyi, texniki nəzarətin təşkili üzrə cavabdeh şəxsin təyin edilmədiyi və kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

    Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb.

  • В Лачынском районе пропал солдат азербайджанской армии

    Утром 28 февраля солдат азербайджанской армии Руслан Эльдениз оглу Панахов заблудился из-за неблагоприятных погодных условий на территории Лачынского района при передвижении между позициями.

    Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    Отмечается, что поисковые мероприятия, начатые немедленно с целью найти нашего военнослужащего, продолжаются.

    Общественности будет предоставлена дополнительная информация.

  • Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşdü

    Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

    Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Beş rayona prokuror təyin olundu

    Beş rayona prokuror təyin olunub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən 5 rayona prokuror təyin olunub.

    Əmrə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və Qubadlı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Emil Kərimov həmin vəzifələrə təyin olunub.

  • İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edib – FOTO

    Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    President.az xəbər verir ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir.




  • Abşeronda çərşənbə tonqalından çıxan alov avtomobili külə döndərdi – VİDEO

    Abşeron rayonunda (Bakı-Quba avtomobil yolunun 12-ci kilometrliyi) KIA markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, yanğına səbəb həyətdə qalanan Su çərşənbəsi tonqalı olub.

    Belə ki, tonqaldan çıxan alov yaxınlıqdakı avtomobilə keçib.

    Hadisə zamanı xəsarət alan olmayıb.

  • Bakıda 40 manat borc pula görə tanışını bıçaqlayan şəxslə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Fərid Həsənovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, hadisə 16 oktyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 4 saylı binanın qarşısında qeydə alınıb.

    Belə ki, Fərid Həsənov tanışı, zərərçəkmiş Samir Dəmirovla (şərti) hadisədən bir neçə gün əvvəl almış olduğu 40 manat borc pulu qaytarmamasına görə mübahisə edib. Mübahisə zamanı zərərçəkmişin onu əli ilə itələməsi səbəbindən üzərində gəzdirdiyi ov bıçağı ilə tanışının döş qəfəsinin sol yan nahiyəsindən bir dəfə vurub.

    Hadisədən sonra Fərid Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

  • Самолет AZAL совершил незапланированную посадку

    Капитан воздушного судна, выполнявшего рейс J2 8103 авиакомпании Azerbaijan Airlines по маршруту Баку – Стамбул (аэропорт Сабиха Гекчен), принял решение совершить посадку в международном аэропорту в Анкаре из-за неблагоприятной погоды в пункте назначения.

    Об этом сообщает пресс-служба ЗАО Azerbaijan Airlines.

    Самолет приземлился в аэропорту в Анкаре в 10:39 по местному времени.

    Сразу после улучшения погодных условий в районе аэропорта Сабиха Гекчен самолет вылетит в Стамбул.

    “При возникновении вопросов пассажиры могут обратиться в колл-центр по электронной почте callcenter@azal.az”, – говорится в сообщении.

  • AZAL-ın Bakı-İstanbul təyyarəsi Ankarada təcili eniş edib

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.

    Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

    Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

  • Gəncədə saxta alkoqollu içkilərin satışının qarşısı alındı

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

    Bununla bağlı AQTA məlumat yayıb.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Tağı Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində fəaliyyət göstərən ticarət obyektində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.

    Yoxlama zamanı müəssisədə saxta alkoqollu içkilər aşkarlanıb. Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin qeyd olunmadığı aşkar edilib. Faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

    Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib. Araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.