Month: February 2024

  • Prezident seçkisi ilə əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda iki seçki məntəqəsi yaradılıb

    Fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkisinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal davam etdirilir.

    Bu barədə Azərbaycanın İstanbuldaki baş konsulluğu məlumat yayıb.

    Baş konsulluqda 17 saylı Yasamal üçüncü seçki dairəsinin 53 və 54 saylı seçki məntəqələri təşkil olunub. Bu məntəqələrdə yerli vaxtla saat 08:00-dan 19:00-a qədər baş konsulluğun əhatə dairəsində daimi yaşayan, müvəqqəti və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşları səs verə bilərlər.

    Seçki günü uzaqda yaşayan və səsvermədə iştirak etmək istəyən vətəndaşlarımız üçün baş konsulluq tərəfindən nəqliyyat vasitələri təmin olunacaq. Vətəndaşların İstanbulun Kiçikçəkməcə, Sultanqazi, Bayrampaşa rayonlarından, eləcə də Bursa vilayətinin Osmanqazi və Nilufər rayonlarından nəqliyyat vasitələri ilə seçki məntəqələrinə gəlmələri təşkil ediləcək. Həmçinin vətəndaşlarımızın səyyar səsvermə hüququndan istifadə ilə bağlı müraciətləri nəzərə alınaraq, məntəqəyə gələ bilməyən seçicilərin yaşadıqları ünvanlara səyyar qutular göndəriləcək.

  • Rumıniya Senatının prezidenti Azərbaycan səfirini qəbul edib

    Rumıniya Senatının Prezidenti Nikolay Çuka Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov ilə görüşüb.

    Report-un Şərqi Avropa bürosunun məlumatına görə, görüş zamanı qarşıdakı illərdə Azərbaycan və Rumıniya arasında enerji və nəqliyyat sahəsində sıx əməkdaşlığın davam etdirilməsinə üstünlük verilməsi, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə üstünlük verilməsi müzakirə olunub.

  • Erməni alimi: “İrəvanın əsl tarixi yer altındadır”

    Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan şəhərinin yer altında gizlədilən tarixi üzə çıxır” adlı süjet hazırlanıb.

    Median.Az xəbər verir ki, verilişdə Ermənistan Milli Elmlər Akademiyası əməkdaşlarının təşəbbüsü ilə yer altında olan İrəvanı “Batmış şəhəri bərpa etmək” adı ilə erməniləşdirmək niyyətindən bəhs olunur.

    Bildirilib ki, 1827-ci ildə ruslar İrəvanı işğal etdikdən sonra coğrafi mövqeyinə və yaşayış üçün şərait imkanlarını buranı for-postda çevirmək istiqamətində işlədilər: “Osmanlı və İrandan gətirdikləri erməniləri bu ərazidə yerləşdirib, onlara tarix uydurdular və paytaxt qurmağa başladılar. Ermənilər də bu işdə fəallıq edib gerçək tarixi silmək üçün mədəni, tarixi abidələri, bütöv məhəllə və yaşayış yerlərini yerlə-yeksan etdilər. Abadlaşmaq adı ilə məscidlər, zadəgan evləri, karvansara və digər memarlıq incilərini dağıtdılar. İndi İrəvanın şəhər mərkəzinin altında Azərbaycan türklərinin yaratdığı böyük şəhər mədəniyyətinin inciləri yatır. Qazıntılar zamanı çıxan izləri tarixi və mədəni cinayətləri üzə çıxmasın deyə, tez ört-basdır edirlər”.

    Süjetdə Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Frina Babayanın, Təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyanın fikirlərinə yer verilir: “2003-cü ildə Respublika meydanında İrəvanın orta əsrlərə aid tikililərin aşkar edilməsi gözlənilməz olub. İndi yeni hökumət İrəvanın orta əsrlər memarlıq keçmişini təkcə gələcək nəsillərə deyil, həm də indiki nəslə və turistlərə təqdim etmək istəyir. Layihə reallaşarsa, bu, həm də şəhərdə turizmin inkişafına töhfə verəcək. Hələlik yeraltı məhəlləni bərpa etmək üçün nə qədər vəsait tələb olunacağı ilə bağlı heç bir hesablama yoxdur”.

    Sonda vurğulanıb ki, hökümətin bu layihədən imtina etməsi daha real görünür: “Çünki qazıntılar altında ermənilərin 200 il ərzində dağıdıb, gizlədikləri Azərbaycan izləri aşkarlanacaq. Onların yeganə ümidi gerçəyin torpaq altında qalmasınadır. Əks halda tarixi cinayətləri, vandalizm əməlləri üzə çıxacaq”.

    Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

    Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

    Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

  • Ermənistanda hərbi hissədə yanğın: Ölən var

    Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın baş verib.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Məlumata görə, insident zamanı ehtiyatda olan hərbçi ölüb.  

    Bildirilir ki, hadisə döyüş mövqeyindən bir qədər aralıda olub. Yanğının qeyri-müəyyən şəraitdə baş verdiyi vurğulanır. Hadisənin qurbanı 1985-ci il təvəllüdlü Artur Qriqoryan olub.

    Yanğın zamanı başqa zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.

  • Rusiya əsgərlərini öldürməyə çağıran şəxs Finlandiya parlamentinin spikeri oldu

    Rusiya ilə sərhədin tamamilə bağlanmasının tərəfdarı olan sağçı “Əsl Finlər” Partiyasından olan deputat Yussi Halla-aho yenidən Finlandiya parlamentinin sədri seçilib.  

    O, səsvermə zamanı səslərin yarısından çoxunu alıb.

    Halla-ahoya 91 deputat səs verib. Sağçı partiyadan olan siyasətçi ilk dəfə 2023-cü ilin iyununda bu vəzifəni tutub.

    Qeyd edək ki, Halla-aho Finlandiyada keçirilən prezident seçkisində də iştirak edib. Kampaniyası zamanı o, Rusiya əsgərlərinin öldürülməsinə çağırış etməsilə yadda qalıb.

    Mənbə: gazeta.ru

  • Üç bürcə XƏBƏRDARLIQ: Sağlamlığınız risk altındadır

    Astroloqlar fevral ayında sağlamlıqlarına daha çox diqqət yetirməli olan bir neçə bürcə xəbərdarlıq ediblər.

    Median.Az xarici KİV-ə istinadla fiziki vəziyyəti risk altında olacaq bürcləri təqdim edir.

    Qoç

    Fevral Qoç üçün artan stress və nizamsız cədvəllər gətirə bilər ki, bu da onların fiziki və psixi sağlamlığına təsir edə bilər. Ümumi sağlamlığı qorumaq üçün istirahət etmək, həddindən artıq işdən qaçmaq və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq üçün vaxt ayırmaq vacibdir.

    Xərçəng

    Xərçənglər fevral ayında emosional vəziyyətlərinə xüsusi diqqət yetirməlidirlər, çünki stress və gərginlik onların sağlamlığına mənfi təsir göstərə bilər. Meditasiya və ya yoqa kimi stressi aradan qaldırmağın yollarını axtarmaq və dincəlmək üçün çox vaxtınız olduğundan əmin olmaq vacibdir.

    Oğlaq

    Fevral ayında Oğlaqlar fiziki sağlamlıqlarına xüsusilə diqqətli olmalıdırlar, çünki kiçik zədələr mümkündür. Enerji və dözümlülüyü qorumaq üçün pəhrizinizi sağlam qidalarla zənginləşdirmək və açıq havada diqqətli olmaq vacibdir.

  • Bakıda yaşayış binasında yanğın olub – VİDEO

    Bakıda yaşayış binasında yanğın olub.

    Median.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd hadi küçəsində qeydə alınıb.

    Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunublar.//oxu.az

    Həmin görüntüləri təqdim edirik:

  • Ukraynada son vəziyyət: Həmyerlimizin mülkü göyə sovruldu – VİDEO

    Ukraynada müharibə davam edir.

    Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

    O bildirib ki, ötən gecə Kiyevdə əvvəlki günlərlə müqayisədə sakitlik olub:

    “Amma buna baxmayaraq, Ukraynanın digər şəhərlərində vəziyyət daha da gərginləşib. Xüsusilə Donetsk, Dnepropetrovsk, Xerson, Xarkov və Zaporojye vilayətlərində həm hava hücumları, həm də quru döyüşləri müşahidə olunub”.

    Qeyd edilib ki, Xarkov vilayətində vəziyyət olduqca gərgindir:

    “Ötən gecə S-300 kompleksləri ilə Xarkovun 20 yaşayış məntəqəsinə raket zərbələri endirilib. Burada kifayət qədər itkilər var. Eyni zamanda yaşayış məntəqələrindən birində Cəmşid adlı həmyerlimizə aid bütöv ferma heyvanları ilə birlikdə, demək olar ki, göyə sovrulub”.

  • Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

    Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

    Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

    Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

    – bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

    – magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

    – doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

    – orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

    – elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

  • Yuxusuzluq və təşviş pozuntusuna qarşı sadə qida

    Turşu kələmin mütəmadi istifadəsi beyinə pozitiv təsir edir.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, reabilitoloq Sergey Aqapkin psixoemosional vəziyyəti düzəltmək üçün tövsiyə verib.
    “Duza qoyulmuş kələm təşviş və yuxusuzluqla mübarizədə kömək edir.

    Hər gün axşam yeməyində bir qədər yemək yuxuya getməyə kömək edir.

    Analoji təsiri digər fermentləşdirilmiş ərzaqlar edir. Bu qidalar bağırsaq mikroflorasını düzəldən probiotiklərdir.

    Məlumdur ki, bağırsaq spesifik şəkildə beyinlə bağlıdır, mikrofloranın yaxşılaşması mərkəzi sinir sistemini də yaxşılaşdırır.

    Kələm bağırsaq mikroflorası ilə beyində dəyişiklik yaradır, təşvişi azaldır, yuxunu asanlaşdırır, insanı sakitləşdirir.

    Təkcə onu nəzərə alın ki burda duz çoxdur, onu böyrək və təzyiq xəstələri yeməməlidir”.