Month: February 2024

  • “Çox qürurluyam ki, Ağdamda səs verəcəyəm”

    “Biz ilk dəfə olaraq öz dogma torpağımızda – Ağdamda səs verəcəyik. Əlbəttə, ilk dəfə öz doğma yurdunda səs verməkdən qürurlu, sevincli nə ola bilər ki?!”.

    Median.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında tanınmış xanəndə, muğam ustası, Ağdam musiqi kollecinin direktoru, Əməkdar artist Firuz Səxavət deyib. O qeyd edib ki, burada insanlar çox qürurlu və sevinclidir. Bu səbəbdən seçkilərdə də fəal iştirak edəcəklər.

    “İnsanların rəylərini öyrənirəm və görürəm ki, hamı seçkidə aktiv iştirak edəcək. Camaatımız hamısı səsvermədə iştirak edəcək. Bu, ilk seçki olacaq ki, insanlarımız ürəklə, qürurla, sevinclə gəlib səs verəcəklər. Çünki bu gün bütöv Azərbaycanımızda, Qarabağımızda seçkilər keçirilir. İnsanlarda çox böyük ruh yüksəkliyi, sevinc, qürur hissi var”, – deyə əməkdar artist Furiz Səxavət fikrini bildirib.  

  • Hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verdi

    Belarusda hərbçilərə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı “Lenta.ru” məlumat yayıb.

    Bildirilib ki, qərar Belarus Prezidenti Aleksandr Lukaşenkonun Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə daxil etdiyi dəyişikliklərdə qeyd olunub.

    Belarus lideri Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinin 11-ci maddəsinin dəyişdirilməsinə göstəriş verib. Nimanaməyə edilən yeni dəyişikliyə görə, hərbi qulluqçulara vətəndaşlara qarşı fiziki güc və silah tətbiq etmək hüququ verilib.

    Dəyişikliyə əsasən hərbçi ümumi hərbi qaydaların tələblərinə uyğun olaraq silah istifadə edərsə və bu zaman şəxs yaralanarsa və ya ölərsə, hərbi qulluqçu bu hərəkətə görə məsuliyyət daşımayacaq.

  • Saakaşvili Gürcüstan müxalifətinə çağırış etdi

    Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili müxalifətə bu il keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürmələrini təklif edib.

    Median.Az
    report-a istinadən xəbər verir ki, o, müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxmin edir: “Amma mənə başqalarının fikirləri də maraqlıdır”, – Saakaşvili bildirib.

    O, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını müsbət qiymətləndirib. Qeyd edib ki, hesabatda ölkədəki bütün qərbyönlü qüvvələrin birləşməsinə çağırış xüsusilə önəmli məqamdır: “Oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn seçkilərdə Gürcüstanı onun caynağından xilas etmək lazımdır”.

    M.Saakaşvili İrakli Qaribaşvilinin əvəzinə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin baş nazir təyin olunmasını gürcü xalqını ələ salmaq kimi qiymətləndirib.

    Qeyd edək ki, M.Saakaşvili 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub. 2004-cü ilin yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib. O, daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb.

    2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdıb və həbs olunub. Sabiq prezident hazırda Rustavi şəhərində həbsxanada saxlanılır.

  • Rusiyada içərisində 38 şagirdin olduğu məktəb yandı – FOTO/VİDEO

    Rusiyanın Komi Respublikasının Koyqorodski rayonunun Qriva kəndində taxta konstruksiyalı məktəb yanıb.

    Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yanan məktəbdən 40-dan çox insan, o cümlədən 38 uşaq təxliyə edilib.  

    İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

    Hazırda hadisənin səbəbləri araşdırılır.

  • Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib

    “Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.

    Median.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.//report.az

  • Джейхун Байрамов принял руководителя наблюдательной миссии TÜRKPA

    6 февраля министр иностранных дел Азербайджанской Республики Джейхун Байрамов принял руководителя наблюдательной миссии Парламентской Ассамблеи тюркских государств (TÜRKPA) Османа Местени и других членов делегации.

    Как сообщает Report, на встрече состоялся обмен мнениями по вопросам сотрудничества в рамках TÜRKPA, а также по подготовке к завтрашним внеочередным президентским выборам.

    Подробно проинформировав о подготовке к внеочередным президентским выборам, в том числе о мерах, принятых Министерством иностранных дел, Джейхун Байрамов отметил историческое значение этого избирательного процесса. Было отмечено, что на освобожденных от оккупации территориях было создано 26 избирательных участков.

    Глава миссии Осман Местен выразил уверенность в том, что результаты предстоящих выборов сыграют важную роль в дальнейшем развитии Азербайджана.

    В ходе встречи также были обсуждены другие вопросы, представляющие взаимный интерес.

  • Ceyhun Bayramov TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul edib

    Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

    Report xəbər verir ki, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

    Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

    Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb.

    Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

  • Hindistan vətəndaşı Abşeronda ÖLDÜ

    Hindistan vətəndaşı Abşeronda ölü tapılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Hindistan vətəndaşı – 1964-cü il təvəllüdlü Zaveri Sehnaz Saifuddin qızı Abşeron rayonunda kirayə yaşadığı evdə ölü tapılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı – VİDEO

    Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.

    Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Əldə etdiyimiz məlumata görə, bu məbləğ 11 min dollar olub.

    Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

    Həmin görüntüləri təqdim edirik:

  • Xəzərdə su artdı, maşınlar dənizin ortasında qaldı – TƏHLÜKƏLİ ANLAR – VİDEO

    Xəzər dənizinin Azərbaycan sahillərində təhlükəli anlar yaşanıb.

    Median.Az day.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən aydın olur ki, güclü külək nəticəsində dənizin səviyyəsi yüksəlib. Nəticədə dəniz sahilində dayanan avtomobillər su altında qalıb.

    Həmin anları təqdim edirik: