Month: February 2024

  • Определены уставный фонд, имущество и основы финансовой деятельности Карабахского Университета

    Определены уставный фонд, имущество и основы финансовой деятельности Карабахского Университета.

    Как передает Median.Az, это отражено в “Уставе Карабахского Университета”, утвержденном Кабинетом Министров Азербайджана.

    Так, уставный фонд Университета составляет 10 000 000 (десять миллионов) манатов.

    Имущество университета формируется из уставного фонда, иного имущества, переданного ему учредителем, средств, выделяемых из государственного бюджета, доходов от его деятельности, в том числе полученных от платного обучения, пожертвований, грантов, привлеченных инвестиций и других средств, не запрещенных законом.

  • Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib

    Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.

    Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

    Universitetin nizamnamə fondu 10.000.000 (on milyon) manatdır.

    Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

    Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

    Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.

    Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik və ya Nazirliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.

    Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq normativlərə uyğun olmalıdır.

    Universitet “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.

    Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

    Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

    Universitetin bu Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır) büdcə vəsaiti istisna olmaqla, daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

    Universitetin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, Universitetin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

    Universitet fəaliyyətindən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq xərcləyir.

    Universitetdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən olunur. Universitetin ödənişli təhsil xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin və xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.

  • В Шекинском районе столкнулись два автомобиля: есть пострадавшие

    В Шекинском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает Median.Az, авария зарегистрирована на участке автодороги Шеки – Гах, проходящем через территорию села Гохмуг.

    Так, в результате столкновения автомобилей Mercedes-Benz и Hyundai телесные травмы различной степени тяжести получили Самир Исмайылов (1995 г.р.) и Чингиз Самедов (1949 г.р.).

    Пострадавшие были помещены в Шекинскую центральную районную больницу.

    По данному факту проводится расследование.//report.az

  • Şəkidə baş vermiş qəzada xəsarət alanların sayı beşə çatıb – YENİLƏNİB

    Şəkidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı beşə çatıb.

    “Report”un məlumatına görə, qəza zamanı beş nəfər – 1989-cu il təvəllüdlü Təbriz Tehran oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Cavad Tehran oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov, 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov və 1990-cı il təvəllüdlü Turqut Rizvan oğlu Abbaszadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes-Benz” və “Hyundai” markalı avtomobilləri toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Argentina İsraildəki səfirliyini Qüdsə köçürür

    İsrailin xarici işlər naziri İsrael Katz Argentina Prezidenti Xavyer Mileyə ölkənin Tel-Əvivdəki diplomatik missiyasının Qüdsə köçürülməsini elan etdiyinə görə təşəkkür edib.

    O, bu barədə sosial şəbəkə səhifəsində yazıb.  

    Qeyd edək ki, bu gün Argentina Prezidenti Miley İsrailə rəsmi səfərə gəlib. O, fevralın 7-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək və onunla ölkələr arasında əlaqələrin daha da gücləndirilməsini müzakirə edəcək.

    Xatırladaq ki, Miley prezident seçildikdən sonra Netanyahu ilə söhbətində diplomatik missiyanın Qüdsə köçürülməsini müzakirə edib və bu barədə baş nazirə verdiyi sözə əmələ edib.

    Mənbə: TASS

  • Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 130-u ötüb

    Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında ən azı 131 nəfər ölüb.

    Bu barədə ölkənin tibbi ekspertiza mərkəzində məlumat verilib.

    Ekspertlərin məlumatına görə, artıq 35 cəsədin şəxsiyyəti müəyyən edilib.   

    Xatırladaq ki, fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev yanıb və ya zədələnib.

    Mənbə: TASS

  • Bir ildə adını, ata adını dəyişənlər – Statistika

    Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

    Ədliyyə Nazirliyindən bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.

    “2023-cü il ərzində qeydiyyat orqanlarında 2.492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.

    Müraciət edən 43.862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb”, – rəsmi məlumatda bildirilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

  • Azərbaycanlılar nikah üçün daha çox hansı ölkə vətəndaşlarını seçirlər?

    2023-cü ildə qeydiyyat orqanlarında 54,165 nikah dövlət qeydiyyatına alınıb.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Eyni zamanda bildirilib ki, 2023-cü ildə qeydiyyat orqanlarında Azərbaycan Respublikasının vətəndaşı olan 1,133 qadının və 1,070 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.

    Rəsmi məlumata görə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib.

  • Греческие фермеры решили прибыть на тракторах в Афины, добиваясь новых субсидий

    Греческие фермеры решили продолжить блокирование национальных автомагистралей и прибыть на тракторах на следующей неделе в Афины, требуя от властей компенсаций за потерю оливковых деревьев из-за природных бедствий, пониженных тарифов на электричество для сельского хозяйства и более дешевого горючего, а также дополнительных субсидий.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает греческий информационный портал newsit.gr.

    По его сведениям, решение о блокировании автодорог и прибытии в столицу на тракторах принято во время всегреческого совещания фермеров, которое состоялось в городке Никея (область Лариса). Аграрии постановили усилить свои акции протеста и со среды перекрыть ряд национальных и региональных автодорог во многих местах, а на следующей неделе они планируют прибыть на своих тракторах в Афины, проведя там митинг. Составлен список из шести основных требований к правительству, чтобы начать обсуждение имеющихся проблем и определить дальнейшие действия. Фермеры требуют необлагаемого налогом горючего для сельхозтехники, низкий тариф на электроэнергию, субсидии на снабжение и корма для животных, отказ властей от внедрения новой сельскохозяйственной политики ЕС и проведение по ней переговоров, 100% компенсацию утраченного дохода из-за природных бедствий, принятие мер для того, чтобы ввезенная из-за рубежа продукция не продавалась незаконно под видом греческой.

    В свою очередь правительство Греции заявило, что диалог с фермерами не может состояться в условиях, когда они блокируют автомагистрали. Тем не менее глава Минсельхоза Лефтерис Авгенакис пригласил фермеров к дискуссии с целью принятия реалистичных решений.

    В предыдущие дни аграрии блокировали дороги только на севере Греции и на полуострове Пелопоннес, а также заводили свои трактора с целью протеста на территорию у Международного выставочного центра Салоник, где проходила сельскохозяйственная выставка Agrotica.

  • Yunan fermerlər traktorlarla Afinaya getməyə qərar verib

    Yunan fermerlər təbii fəlakətlər nəticəsində zeytun ağaclarını itirdiklərinə görə təzminat almaq, kənd təsərrüfatı üçün aşağı elektrik enerjisi tarifləri əldə etmək və yanacağı daha ucuz almaq üçün gələn həftə traktorlarla paytaxt Afinaya getməyə qərar veriblər.

    Median.Az xəbər verir ki, bu barədə Yunanıstanın “newsit.gr” informasiya portalı məlumat yayıb.

    Məlumata görə, yolları bağlamaq və paytaxta traktorlarla gedib orada mitinq keçirmək qərarı Nikea şəhərində baş tutan ümumyunan fermerlər toplantısında qəbul edilib. Fermerlər çərşənbə günündən etibarən etirazlarını gücləndirmək və bir çox yerlərdə milli və regional yolları bağlamaq qərarına gəliblər. Hökumətin mövcud problemlərin müzakirəsinə başlaması və gələcək tədbirləri müəyyən etməsi üçün altı əsas tələbdən ibarət siyahı tərtib edilib.

    Fermerlər kənd təsərrüfatı texnikası üçün vergisiz yanacaq, aşağı elektrik enerjisi tarifləri, təchizat və heyvan yemi üçün subsidiyalar, hökumətin Aİ-nin yeni kənd təsərrüfatı siyasətini həyata keçirməkdən və onunla bağlı danışıqlar aparmaqdan imtina etməsini, təbii fəlakətlər nəticəsində itirilmiş gəlirlərin 100% kompensasiyasını, xaricdən gətirilən məhsullar yunan məhsulu adı altında qeyri-qanuni satılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edirlər.

    Öz növbəsində, Yunanıstan hökumətindən fermerlərlə dialoqun onların magistral yolları bağladıqları şəraitdə baş tuta bilməsinin qeyri-mümkünlüyü bildirilib. Bununla belə, kənd təsərrüfatı naziri Lefteris Avgenakis real qərarlar qəbul etmək üçün fermerləri müzakirəyə dəvət edib.

    Xatırladaq ki, əvvəlki günlərdə fermerlər yalnız Yunanıstanın şimalında və Peloponnes yarımadasında yolları bağlayıb, həmçinin “Agrotica” kənd təsərrüfatı sərgisinin keçirildiyi Saloniki Beynəlxalq Sərgi Mərkəzinin ərazisində öz traktorları ilə etiraz aksiyası keçiriblər.//report.az