Month: February 2024

  • “WhatsApp”da piramida qurdu, 100 nəfəri aldatdı: 200 min manatlıq dələduzluq

    “WhatsApp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında bir çox vətəndaşın pulunu ələ keçirməkdə təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.

    “Qaynarinfo” xəbər verir ki, növbəti iclas martın 4-də keçiriləcək. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılacaq.

    Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunur. Bu maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vahid Rzayevin cinayət işi üzrə 24 nəfər zərərçəkmiş qismində tanınıb.

    O, 2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

    Həmin vaxt DİN-in yaydığı məlumatdan aydın olur ki, Vahid Rzayev “WhatsApp” proqramında “Yatırım” adlı qrup yaradılıb. Sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin ikiqat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb.

    Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Sumqayıtda 42 yaşlı kişi intihar edib

    Sumqayıt şəhərində 42 yaşlı kişi intihar edib.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.

    Belə ki, 1982-ci il təvəllüdlü Yadigar Şəmil oğlu İmamquliyev yaşadığı evin mətbəxində özünü asıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Peyvənd edilməyən uşaqlar bağçaya qəbul olunmurlar? – RƏSMİ

    Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndləri tam olmayan uşaqların bağçaya qeydiyyata alınmayacağı ilə bağlı məlumat yayılıb.

    Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında aşağıdakı sənədlər tələb edilir:

    – müəssisənin müdirinin adına ərizə;

    – valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

    – uşaqların mübadilə vərəqəsi;

    – uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

    – uşağın 3×4 ölçüdə 2 ədəd fotoşəkli;

    – sağlamlığının vəziyyəti barədə arayış.

    Bildirilib ki, mübadilə vərəqəsi – uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir.

    “Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil”, – məlumatda qeyd edilib.

  • Türkiyənin ilk astronavtının Yerə enişi üçüncü dəfə təxirə salınıb

    Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yerə enişi üçüncü dəfə təxirə salınıb.

    Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un fevralın 6-da Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılması prosesi dayandırılıb.

    Kosmik gəmi sazdır, “Ax-3” heyəti sağlamdır. Komandalar hava şəraitini izləməyə davam edəcəklər.

    Xatırladaq ki, fevralın 3-də “SpaceX” qayıdışın fevralın 5-dək təxirə salındığını açıqlamışdı. Ondan bir gün sonra bildirildi ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da BKS-dən ayrılacaq.

    Qeyd edək ki, “Crew Dragon” yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da kosmosa göndərilib.

    Mənbə: Ntv.com.tr

  • Sürücülərin DİQQƏTİNƏ! Bu yolda sürət həddi endirildi

    Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

    Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlandı

    Fevralın 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumları açıqlanıb.

    Hər iki yaralı hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur.

    Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər.

    Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.

    Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Azər Əhməd oğlu Məmmədov rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb.

    Hər iki şəxsin sol ayağı amputasiya edilib.

    Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Mətbuat Şurasında prezident seçkisi ilə bağlı qaynar xətt fəaliyyət göstərəcək

    Mətbuat Şurasında prezident seçkisi ilə bağlı qaynar xətt fəaliyyət göstərəcək.

    Bu barədə şuradan məlumat verilib.

    Bildirilib ki, şuranın (012) 441-35-96 şəhər, (050) 242-09-91 və (055) 789-85-03 mobil nömrələri səsvermə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək. Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər.

    Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.

    Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin prezident seçkisinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

  • В каких сферах предпринимателям будет оказана поддержка? – СПИСОК

    Кабинет министров утвердил “Перечень приоритетных сфер экономики, где предусмотрена дополнительная поддержка субъектам микро-, малого и среднего предпринимательства”.

    В связи с этим премьер-министр Али Асадов подписал новое постановление.

    Согласно документу, в целях ускорения развития микро-, малого и среднего предпринимательства за счет новых и более эффективных мер поддержки, формирования конкурентоспособной и устойчивой среды экономической деятельности в этой сфере против негативных тенденций, которые могут возникнуть в глобальной экономике, обеспечивается оказание дополнительной поддержки субъектам микро-, малого и среднего предпринимательства, осуществляющим деятельность в нижеследующих областях:

    1. Промышленность

    2. Сельское хозяйство

    3. Информация и связь

    4. Туризм

    5. Строительство

    6. Транспорт

    7. Торговля.

  • Sahibkarlara hansı sahələrdə dəstək göstəriləcək? – SİYAHI

    Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:

    1. Sənaye

    2. Kənd təsərrüfatı

    3. İnformasiya və rabitə

    4. Turizm

    5. Tikinti

    6. Nəqliyyat

    7. Ticarət.

  • Премьер-министр подписал новое постановление: ужесточены требования

    Кабинет министров Азербайджанской Республики внес поправку в “Правила эксплуатации контрольно-кассовых аппаратов”, утвержденные его постановлением от 1 августа 2019 года.

    В связи с этим премьер-министр Али Асадов подписал новое постановление.

    Согласно документу, ужесточены требования к юридическим лицам, намеревающимися стать операторами контрольно-кассовых аппаратов.

    Так, компания, желающая обслуживать технику, должна иметь не менее 12 сотрудников и как минимум шесть филиалов или пунктов в Баку и других регионах, оснащенных необходимым оборудованием. Ранее в обоих случаях требование составляло одну единицу.

    Кроме того, срок проверки соответствия юридического лица, желающего зарегистрироваться в качестве оператора, требованиям, увеличен с двух до пяти дней.

    Техническое испытание представленного компанией образца модели будет проведено в течение 60 дней, а сертификация – не позднее 30 дней.