Month: February 2024

  • 2 manata görə düşən dava, 17 il həbs…

    Ötən ilin avqustunda Bakının Nərimanov rayonunda 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunu qətlə yetirməkdə təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

    Araşdırmalar zamanı məlum olub ki, F.Şəhniyarov avqustun 22-nə keçən gecə metronun “Ulduz” stansiyasının yaxınlığındakı “Əfətli” adlı mağazaya gedib və spirtli içki alıb. O, fasiləsiz çalışan mağazanın satıcısı S.Məhərrəmovdan 4 saat ərzində bir neçə dəfə spirtli içki alıb və oradakı skamyada içib. Nəticədə Farizin Samirə 2 manat borcu yaranıb. Satıcı pulu tələb etdikdə isə tərəflər arasında mübahisə düşüb. Gecə saat 05 radələrində işlədiyi avtoyuma məntəqəsinə gedən Fariz oradan bıçağı götürərək geri qayıdıb və satıcıya hücum edərək onu bıçaqlayıb. Ağır xəsarətlər alan Samir hadisə yerində ölüb.

    Bildirilib ki, Samir yaşadığı Ağcabədidən Bakıya 5 ay imiş ki, işləmək məqsədilə gəlibmiş.

    Məhkəmənin hökmü ilə Samir Məhərrəmovu qətlə yetirən F.Şəhniyarova 17 il həbs cəzası verilib.
    //qafqzinfo

  • Qubada avtomobillərdən oğurluq edən şəxs həbs olunub

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən silsilə oğurluq hadisələrinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakin Elvin Məmmədov saxlanılıb.

    Araşdırmalar zamanı həmin şəxsin Quba rayonu ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurlaması müəyyən edilib.

    Həmçinin, saxlanıldıqda E.Məmmədovun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

    Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Elvin Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

  • Rusiya KİV-də Azərbaycanda keçiriləcək prezident seçkisinin unikallığından bəhs olundu

    Rusiyanın populyar news.ru portalı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisindən bəhs edən geniş material dərc edib.

    Məqalədə seçkilərin 30 illik fasilədən sonra ilk dəfə işğaldan azad edilmiş Qarabağ torpaqlarında da təşkil olunacağı xüsusilə vurğulanır. Bildirilir ki, təkcə bu bölgədə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək.

    “Seçki prosesini 90 mindən çox yerli və 800-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək. Prezident İlham Əliyev növbədənkənar seçkinin keçirilməsinin səbəblərini yanvarın əvvəlində yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. O izah edib ki, Qarabağda yerli antiterror tədbirlərindən sonra respublika öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa edib. Beləliklə, ölkənin əvvəllər qarşısına qoyduğu bütün məqsədlərə nail olunub və Azərbaycan üçün yeni dövr başlayıb”, – deyə materialda qeyd olunur.

    Həmçinin, diqqətə çatdırılır ki, ekspertlərin yekdil fikrinə görə, məhz İlham Əliyev prezidentlik yarışının şəksiz favoritidir.

    “İlham Əliyev 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibədə qələbəni və Azərbaycanın suverenliyinin tam bərpasını təmin edib. Onun Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində sosial, iqtisadi, hüquqi sahələrdə əsaslı islahatlar aparılıb, nəzərdə tutulan bütün proqramlar uğurla icra olunub”, – məqalədə vurğulanır.

  • Azərbaycanlılar daha çox hansı ölkə vətəndaşlarını seçir?

    2023-cü ildə qeydiyyat orqanlarında 54.165 nikah dövlət qeydiyyatına alınıb.

    Bu barədə Qafqazinfo-nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Eyni zamanda bildirilib ki, 2023-cü ildə qeydiyyat orqanlarında Azərbaycan Respublikasının vətəndaşı olan 1.133 qadının və 1.070 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.

    Rəsmi məlumata görə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib.

  • Tibb müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

    Növbədənkənar prezidenti seçkisi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri 5-8 fevral tarixlərində gücləndirilmiş iş rejimində çalışır.

    Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.

    Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.

    “Yeni Klinika” və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.

    Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Bundan əlavə, seçkini müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediləcəklər.

    Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” hotellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib.

  • Уровень доверия к Пашиняну снизился

    Уровень доверия к премьер-министру Армении Николу Пашиняну снизился.

    Об этом свидетельствуют данные опроса, проведенного представительством Gallup International Association в республике.

    Согласно исследованию, абсолютно не доверяют премьер-министру Армении 38,1% респондентов (в ноябре 2023 года таких было 35,5%), полностью доверяют Пашиняну 15,1% (в ноябре 20,4%).

    38,1% участников опроса заявили, что Конституция Армении не подлежит изменению, 34,2% допустили изменения ее некоторых положений, 13,4% высказались за принятие новой Конституции.

  • Ermənistanda Paşinyana etimad səviyyəsi azalıb

    Ermənistanın baş naziri Nikol Paşinyana etimad səviyyəsi azalıb.

    Bunu “Gallup” Beynəlxalq Assosiasiyasının respublikadakı nümayəndəliyinin keçirdiyi sorğunun məlumatları sübut edir.

    Araşdırmaya görə, respondentlərin 38,1%-i Ermənistanın baş nazirinə qətiyyən etibar etmir (2023-cü ilin noyabrında 35,5% idi), 15,1%-i Paşinyana tam etibar edir (noyabrda 20,4% idi).

    Sorğu iştirakçılarının 38,1%-i Ermənistan Konstitusiyasının dəyişdirilə bilməyəcəyini, 34,2%-i onun bəzi müddəalarının dəyişdirilməsinə icazə verdiyini, 13,4%-i yeni Konstitusiyanın qəbulunun lehinə olduğunu bildirib.

  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

    Küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarından “Güclü külək” işarəsi də götürülüb.

  • Daşıdığı elektron qolbağı itirən şəxslə bağlı qərar verildi

    Azərbaycanda məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs elektron nəzarət vasitəsini itirdiyinə görə məhkəməyə verilib.

    “Qafqazinfo”nun məlumatına görə, iddiaçı qismində tanınmış Bakı şəhəri Maliyyə İdarəsi elektron nəzarət vasitəsinin itirilməsinə görə cavabdeh Fuad Abbasovdan təzminat tələb edib.

    Sözügedən avadanlığın dəyəri 2270 manat təşkil edir.

    İddiaçı cavabdehin məsuliyyətli olmadığını əsas gətirərək qeyd edilən vəsaitin cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsini xahiş edib. Qarşı tərəf məhkəmədə iştirak etməkdən yayınsa da, əvvəlki ərizəsində daşıma müddəti bitdikdən sonra həmin elektron qolbağın taleyindən xəbərsiz olduğunu qeyd edib.

    Məhkəmə iddia tələbini tam təmin edib.

    Qərara əsasən, elektron nəzarət vasitəsinin itirilməsinə görə 2270 manat məbləğində pul cavabdehdən alınaraq Bakı Şəhər Maliyyə İdarəsinə ödənilməlidir.

  • Azərbaycanda professorun evinə hücum – Əl-ayağını bağlayıb…

    Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev evində hücuma məruz qalıb.

    Median.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib.
    İttihama əsasən, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O, M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib. “İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını götürərək evdən qaçıb.

    Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir Azərbaycan Universitetinin professoru, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir.