Month: February 2024

  • Baş nazirdən qərar: Tələblər sərtləşdirildi

    Nazirlər Kabineti 1 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, hüquqi şəxslərin nəzarət-kassa aparatı (NKA) operatoru olması üçün tələblər sərtləşdirilib. Belə ki, aparata xidmət göstərmək istəyən şirkətin azı 12 nəfər əməkdaşı, Bakıda və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş azı 6 filial və yaxud məntəqəsi olmalıdır. Əvvəl hər iki halda tələb 1 vahid idi.

    Bundan başqa, operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin tələblərə uyğunluğunun yoxlanması müddəti 2 gündən 5 günə çatdırılıb.

    Şirkətin təqdim etdiyi modelinin nümunəsinin texniki sınağı 60 gün ərzində, sertifikatlaşdırılması isə 30 gündən gec olmayaraq təqdim həyata keçiriləcək.

  • Премьер-министр подписал постановление в связи с зарплатой военнослужащих Минобороны

    Размеры ежемесячных должностных (тарифных) окладов военнослужащих Министерства обороны Азербайджанской Республики утверждены в новой редакции.

    Соответствующее постановление принял Кабинет министров Азербайджана.

    Министерству финансов поручено осуществить финансирование расходов, необходимых для исполнения указанного постановления, за счет предусмотренных на соответствующие цели средств госбюджета Азербайджанской Республики на 2024 год.

    Постановление вступает в силу с 1 января 2024 года.

  • Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı – QƏRAR

    “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

    Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

    Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

    Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

  • Найдено тело пропавшего в Евлахском районе 29-летнего мужчины – ОБНОВЛЕНО

    Найдено тело пропавшего в Евлахском районе молодого мужчины.

    Как сообщает АПА, Тунар Мамедов (1995 г.р.) ночью 4 февраля на собственном легковом автомобиле ВАЗ-21014 попал в ДТП на территории села Салахлы.

    Во время аварии машина, съехав с дороги, упала в канал. В результате 29-летний мужчина погиб. Тело пропавшего было найдено и передано семье.

    Факт подтвердил старший инспектор бардинской региональной группы пресс-службы МВД, капитан полиции Аслан Гияслы. Он заявил, что по данному факту возбуждено уголовное дело, ведется расследование.

    * * * * *

    В Евлахе пропал молодой мужчина.

    Как сообщает АПА, Тунар Мамедов (1995 г.р.) 4 февраля выехал из дома на своем автомобиле ВАЗ-2107 в неизвестном направлении и не вернулся.

    По данному факту ведется расследование.

  • Yevlaxda avtomobili ilə birgə itkin düşən 29 yaşlı şəxsin meyiti tapıldı – YENİLƏNİB

    Yevlaxda itkin düşən şəxsin meyiti tapılıb.

    APA-nın yerli müxbiri xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov fevralın 4-də gecə saatlarında özünə məxsus VAZ markalı minik avtomobili ilə Yevlax rayonun Salahlı kəndi ərazisində qəza törədib.

    Qəza zamanı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə 29 yaşlı şəxs həyatını itirib. Araşdırmalarla itkin düşən şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

    * * * * *

    Yevlaxda 29 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.

    APA xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov yanvarın 4-də VAZ avtomobili ilə evdən çıxıb, naməlum istiqamətə gedərək itkin düşüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Стали известны даты выплат пенсий с повышением в Азербайджане

    9 февраля в Азербайджане начнется выплата пенсий с новыми повышениями.

    Об этом сообщает Министерство труда и социальной защиты населения Азербайджана.

    Было отмечено, что Государственный фонд социальной защиты, подведомственный министерству, начнет выплату пенсий за февраль 9 февраля.

    В этот день будет осуществлена выплата пенсий по городам Баку и Сумгайыт, а также по Абшеронскому району. Пенсии будут выдаваться с повышением на основе индексации на 11,2%.

    Повышение применяется с начала этого года, и январская надбавка будет добавлена к этой сумме и выплачена пенсионерам.

    Согласно соответствующему графику, пенсии за февраль для других регионов республики, а также пенсии за этот месяц лицам, имеющим право на льготную пенсию, будут выплачиваться на следующей неделе в повышенном размере на основе индексации.

  • Fevralın 9-da pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.

    Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.

    Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Мартовские фьючерсы на марку WTI подорожали на 0,21% – до 72,93 доллара за баррель, апрельские на Brent – на 0,22%, до 78,16 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft qiymətləri artıb.

    WTI markalı neftin mart füçersləri 0,21% bahalaşaraq, bir barelinin qiyməti 72,93 ABŞ dolları olub.

    “Brent” markalı neftin aprel füçersləri 0,22% bahalaşaraq, bir barelinin qiyməti 78,16 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • В Ханкенди обнаружено оружие и боеприпасы

    Сотрудники полиции обнаружили в Ханкенди значительное количество оружия и боеприпасов.

    Об этом сообщили в пресс-службе МВД.

    В ходе проведенных сотрудниками полиции мероприятий 5 февраля на территории города Ханкенди были обнаружены и изъяты один пулемет, 20 автоматов разных марок, четыре пистолета, девять ружей разных марок, 28 гранат, 27 запалов, 122 магазина для патронов, 5 775 патронов разных калибров и другие боеприпасы.