Month: February 2024

  • Xəzər rayonunda narkotiklə bağlı 48 nəfər saxlanılıb

    Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 fakt üzrə 48 nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.

    Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

  • Tovuzda azyaşlı xəstəxanada qızılcadan ölüb

    Tovuzda azyaşlı xəstəxanada ölüb.

    APA-nın məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Azyaşlı bu gün 16:00 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Mahsun Azərbaycanı məyus etdi: Torpaq iddiası – VİDEO

    Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Kırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.

    Axar.az xəbər verir ki, Mahsun Kırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı videoçarxını kürd dilində yayımlayıb.

    O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı kürd şəhəri adlandırıb.

    O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də işlədib.

    Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.

  • Состоялось очередное заседание Центральной избирательной комиссии

    Очередное заседание Центральной избирательной комиссии (ЦИК) под председательством Мазахира Панахова состоялось 5 февраля.

    Как сообщает АЗЕРТАДЖ, на заседании были внесены изменения в состав Ясамальского второго избирательного округа №16, а также рассмотрены текущие вопросы.

    Выступивший затем председатель ЦИК Мазахир Панахов довел до внимания участников заседания, что все вопросы, связанные с выборами, решены. Он подчеркнул, что вопросы, связанные с голосованием на освобожденных от оккупации территориях, организованы на высоком уровне.

    Заместитель председателя Центральной избирательной комиссии Ровзат Гасымов внес ясность в вопрос, связанный с просроченными удостоверениями личности. Он отметил, что даже если у какого-либо гражданина истек срок действия удостоверения личности, он сможет воспользоваться своим правом голоса на президентских выборах, которые состоятся 7 февраля.

  • Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

    Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində dəyişikliklər edilib, həmçinin cari məsələlərə baxılıb.

    Sonra çıxış edən MSK sədri Məzahir Pənahov seçki ilə bağlı bütün məsələlərin yekunlaşdığını diqqətə çatdırıb.

    O, işğaldan azad edilmiş ərazilərdə səsvermə ilə bağlı məsələlərin yüksək səviyyədə təşkil edildiyini deyib.

    Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirib.

    Bildirib ki, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, o, fevralın 7-də keçiriləcək prezident seçkisində öz səsvermə hüququndan istifadə edə bilər.

  • Bakıda general oğlunun toyunda bomba həyəcanı

    Bu günlərdə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, generallardan birindən qisas almaq məqsədilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng olunub və onun oğlunun toyu keçirilən restorana bomba qoyulduğu xəbər verilib.

    Bu məlumat əsasında çoxsaylı polis əməkdaşları toy mərasimi vaxtı restorana gəlib, orada axtarış aparıblar.

    Median.Az xəbər verir ki, yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını öyrənib.

    Məlumata görə, söhbət Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlu Məhəmməd Orucovun toyu Bakıdakı məşhur restoranlardan birində olub.

    2013-2019-cu illərdə Hərbi liseyin rəisi olmuş Elman Orucovdan qisas almaq istəyən şəxs də onun rəhbərlik etdiyi dövrdə liseydə təhsil almış kursant olub.

    Onun sözlərinə görə, 2018-ci ildə liseyi bitirəndən sonra təhsilini Daxili Qoşunların Hərbi Akademiyasında davam etdirmək istəyib.

    Amma liseyin rəisi buna imkan verməyib. Onu Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında ali təhsil almağa göndəriblər.

    İllərlə liseyin rəisinin ona qarşı haqsızlıq elədiyini düşünən kursant ali təhsilini də bitirib, leytenant rütbəsində işə başlayandan az sonra Elman Orucovun oğlunun toyu olacağını eşidib və bu yolla ondan qisas almaq qərarına gəlib.

    O, taksafondan “102”yə zəng edib ki, “restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb”.

    Polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etməsini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar:

    “Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib?”

    İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Ona yekunda 5 il şərti cəza verilib.

    General-mayor Elman Orucov da ondan şikayətçi olmayıb. Deyib ki, onu sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib. Generalın sözlərinə görə, onu bu ixtisasa böləndə əksinə, ona yaxşılıq edib:

    “Mən özümdən zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim”.

  • Küçədə çılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi – VİDEO

    Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə çılpaq vəziyyətdə gəzməsinə dair görüntülər yayılıb.

    Havanın soyuq olmasına baxmayaraq, küçədə geyimsiz hərəkət edən şəxs insanlarda narahatlıq yaradıb.

    DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib: “Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib”.

    Qeyd edək ki, saxlanılan şəxs artıq ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.
    //qafqazinfo

  • Etibarlılıq müddəti bitən şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq?

    Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəklər.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

    Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyətin vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, bu, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır: “Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”.
    MSK sədrinin müavini bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur: “Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən 10 il müddətinə verilir. Etibarlılıq müddətin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”.

  • Apteklərdə yoxlama – Nöqsanlar aşkarlandı

    2024-cü ilin yanvar ayı ərzində respublikanın digər şəhər və rayonlarında 21 aptekdə planlı yoxlama aparılıb.

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

    İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

    Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

    Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

    Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.

    Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır.

    Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm”.