Month: February 2024

  • DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib

    Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

    Bu barədə DİM-dən APA-ya bildirilib.

    Xatırladaq ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək.

    Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

    Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

  • Xüsusi Təyinatlılar qarlı havada təlim keçdilər – VİDEO

    Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

    Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.
    Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

    Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.

  • 70 yaşlı erməni qadın Arayik Arutyunyanın unu gizlətməyindən danışdı – VİDEO

    Larisa Stepanyan Azərbaycanın Tuğ kəndində doğulub. Vətəni olaraq isə Azərbaycanı görür.

    Hazırda Xankəndidə tək yaşayır.

    70 yaşlı qadın Azərbaycanlılarla bir yerdə yaşamaqlarından, Qarabağ separatçılarının cinayətkar əməllərindən, Arayik Arutyunyanın unu gizlətməyindən və digər mövzulardan danışıb.

    Ətraflı “İTV Xəbər Yekun”da:

  • Tərtərdə heyvan otaran şəxs minaya düşdü

    Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

    Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? – TƏBİB-dən AÇIQLAMA

    Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilib. Söhbət Corat qəsəbə sakini, 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir. Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib. Elə tibb müəssisəsində də ölüb.

    Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlanılıb.

    TƏBİB-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il tarixində saat 19 radələrində ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    O, alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, saat 19:40-da dünyasını dəyişib.

    Məlumatda bildirilib ki, şəxsin qəbul etdiyi içki saxta olub və elə bu səbəbdən də komaya düşüb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda avtoyuma məntəqəsindən qaçırılan maşınla qəza törədilib

    Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən FAW markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasov saxlanılıb.

    Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

  • Yanvar ayında KTM-ə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub, yeddisi ölüb

    Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.

    Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

    Bildirilib ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

    Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

    Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Мартовские фьючерсы на марку WTI подорожали на 0,5% – до 72,64 доллара за баррель, апрельские на Brent – на 0,62%, до 77,81 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft qiymətləri artıb.

    WTI markalı neftin mart füçersləri 0,50% bahalaşaraq, bir barelinin qiyməti 72,64 ABŞ dolları olub.

    “Brent” markalı neftin aprel füçersləri 0,62% bahalaşaraq, bir barelinin qiyməti 77,81 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Полицейская операция в Агджабеди: в январе задержаны 20 человек

    В результате оперативных мероприятий, проведенных сотрудниками Агджабединского районного отдела полиции в течение января, были задержаны 20 человек, подозреваемых в незаконном обороте наркотиков, хранении оружия и боеприпасов и совершении краж.

    Как сообщили в бардинской региональной группе пресс-службы МВД Азербайджана, в ходе мероприятий задержаны 16 подозреваемых в незаконном обороте наркотических средств. Всего из незаконного оборота изъято около 24 кг различных видов запрещенных веществ.

    Кроме того, задержаны двое подозреваемых в незаконном приобретении и хранении оружия и боеприпасов. У них обнаружены и изъяты два пистолета Макарова, две обоймы и пять патронов.

    Двое подозреваемых были также задержаны в ходе операций, проведенных в связи с кражей скота. Установлено, что задержанные похитили принадлежавший разным лицам крупный и мелкий рогатый скот, причинив тем самым потерпевшим ущерб на сумму 15 000 манатов. Принимаются соответствующие меры по устранению причиненного ущерба.

    По данным фактам возбуждены уголовные дела, продолжаются расследования.