Month: February 2024

  • Son illərin biabırçı trendi: Niyə qızlar oğlan, oğlanlar isə qız kimi RƏQS EDİRLƏR?

    Son zamanlar Azərbaycanda azyaşlılar arasında rəqsə maraq artıb. Valideynlər övladlarını milli rəqs bacarıqlarına yiyələnmək üçün müxtəlif məktəb, kurs və ya fərdi müəllim yanına göndərirlər. Bu marağı sosial şəbəkələrdə tez-tez paylaşılan azyaşlı rəqslərindən də görmək mümkündür. Lakin bu videolarda təzadlı məqam qız uşaqlarının oğlan kimi oynaması, kişi rəqsinə xas elementlərdən istifadə etmələridir.

    Bütün milli rəqslərdən istifadə edə bilmək bacarığı təqdirəlayiq olsa da, vaxtilə el şənliklərində, səhnədə sındıra-sındıra “süzən” Azərbaycan qızlarının yerini dəlisov “kişi” obrazları tutub.

    Qızların oğlan kimi rəqs etməsi toylarda da geniş yayılıb. İndi bəzi qadınlar kişilərlə cütlük kimi yox, eynicinsli, tərəf müqabili kimi rəqs edirlər. Qadınların zərif süzmə hərəkətləri kişivari tullanma hərəkətləri ilə əvəz olunub.

    Azərbaycan rəqsinin qadınlarda incəliyi, zərifliyi, kişilərdə şuxluğu, şücaəti əks etdirdiyi üçün yad elelmentlər rəqsin keyfiyyətini, milliliyini, ən əsası estetikliyini itirir.

    Azərbaycan Dövlət Rəqs Ansamblının baletmeysteri, Əməkdar artist Xanlar Bəşirov mövzu ilə bağlı Bizim.media-ya danışaraq illər əvvəl bundan narahat olduğunu deyib:

    “Bu ürəyimizi ağrıdan mövzudur. İllər əvvəl həmkarlarım qızlara oğlan hərəkətləri göstərməyə başlayanda dedim ki, “siz böyük səhv edirsiniz. Bu, gələcəkdə bizim qızların oğlan rəqslərinə meyil salmasına, oğlan kimi rəqs etməsinə gətirib çıxaracaq”, elə də oldu.

    El şənliklərində qədimdə hər kəsin öz havası olardı, çıxıb öz ürəyinə yatan, sümüyünə düşən musiqiyə çox gözəl rəqs edərdi. Amma indi aləm qarışıb bir-birinə. Bizim ritmlərdən uzaqlaşıblar, daha çox fars, hind ritmlərindən istifadə edirlər. Bizim milli rəqslərimizlə bağlı ürəyimizi ağrıdan məsələlər çoxdur, niyə bizim toylarda xalq rəqslərimiz çox az çalınır, onlardan daha çox ermənilər, gürcülər istifadə edir, nəinki özümüz?!”

    Rəqqas Azərbaycan milli rəqsinin zənginliyindən söz açaraq ona ögey münasibətdən gileylənib:

    “Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin 38 illik tədqiqatı nəticəsində “Azərbaycan qədim rəqs havaları” kitabı var. Kitabda 452 xalq rəqslərimiz nota alınıb, izahı yazılıb, 100-dən çox yallı növü var. Bunlar hələ qədim xalq rəqslərimizdir, bəstəkarlar sonradan musiqilərimiz əsasında nə qədər rəqslər bəstələyib, onu demirəm. Dünyanın heç bir xalqının bu qədər xalq rəqsi yoxdur, Qafqazda ən zəngin ritm də bizdədir. Rəqs sənəti bizim milli sərvətimizdir, özündə bir neçə milli elementi birləşdirir. Musiqi, folklor, milli geyim, rəqs dili ilə tariximizi əks etdirir”.

    Əməkdar artist rəqqaslıq peşəsinin çətinliklərini də qeyd edib:

    “Bizim sənətə olan münasibət dəyişilməlidir. Peşəkar rəqqaslar olaraq, əvvəllər 20 ildən sonra təqaüdə çıxırdıq, 90-cı illərin axırlarından o bizim əlimizdən alınıb. Bu günə kimi biz də adi insanlar kimi təqaüdə gedirik, amma bu sənət gənclik, cavanlıq tələb edir, səhnədə 20 il, 40 yaşına qədər bacarıq göstərirsən, səhnəyə də bu yaraşır. Amma o müddətdən sonra rəqs etmək düzgün deyil.

    Biz burada məşq edirik, dünyaya mədəniyyətimizi rəqsin dili ilə tanıtmaq istəyirik, çıxıb tanıda bilmirik. Səfərlərimiz yoxdur. Azərbaycan öz rəqsləri ilə dünya turuna çıxsa, bütün dünya bizim zəngin mədəniyyətimizi, necə istedadlı xalq olduğumuzu görəcək.

    Azərbaycan Dövlət Rəqs Ansamblının bu günə kimi məşq zalı yoxdur. Bizim ən azı üç dənə məşq zalımız olmalıdır. Ayrı-ayrı zallar olmalıdır, qızlar ayrı, oğlanlar ayrı, solo hissələr ayrı məşq edilməlidir. Biz birillik işi üç ilə görürük”.

  • Суд не удовлетворил апелляцию арестованных по обвинению в хулиганстве спортсменов

    Рассмотрена апелляционная жалоба главного тренера по смешанным единоборствам Федерации ММА и грэпплинга Азербайджана Руслана Эфендиева, арестованного несколько дней назад по обвинению в хулиганстве, и его учеников – Хазара Рустамова, Вугара Керемова и Руфата Асадова.

    Как сообщает АПА, рассмотренная сегодня в Бакинском апелляционном суде апелляция не была удовлетворена.

    Напомним, конфликт произошел во время шоу, организованного Федерацией боевых искусств Rizin в столице Азербайджана. Между спортсменами произошла драка, в ходе которой обвиняемые избили Г.Азизова на глазах у его четырехлетнего ребенка.

    Причиной конфликта стало приглашение на соревнования ветераном-спортсменом бойца из-за рубежа. Нападавшие потребовали от Г.Азизова оставить данное направление боевых искусств.

    Хатаинский районный суд избрал в отношении Р.Эфендиева, Х.Рустамова, В.Керемова и Р.Асадова меру пресечения в виде ареста сроком на 1 месяц и 26 дней. Им было предъявлено обвинение по статье 221.2.1 (хулиганство, совершенное группой лиц или повторно) Уголовного кодекса Азербайджанской Республики.

    В отношении Т.Мусаева и М.Мамедова была избрана другая мера пресечения.

  • Həbs edilən tanınmış idmançıların apellyasiya şikayəti təmin edilməyib

    Bir neçə gün əvvəl xuliqanlıqda təqsirləndirilərək həbs edilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.

    APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində baxılan şikayətlər təmin edilməyib.

    Xatırladaq ki, bir neçə gün qabaq idmançılar barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplantıda mübahisə yaranıb, idmançı Həsən Əzizov döyülüb.

    Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib.

    Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

    Ötən gün isə iş üzrə zərərçəkən Həsən Əzizov şikayətini geri götürüb və təqsirləndirilən şəxslərdən heç bir tələbinin olmadığını bildirib.

  • Российский “Яндекс” продали почти за полтриллиона рублей

    Нидерландская компания Yandex N.V. заключила договор о продаже российского “Яндекса” консорциуму частных инвесторов. Стоимость сделки составила почти полтриллиона рублей – 475 млрд (8,8 млрд манатов – ред.). Реорганизацию компании обсуждали с начала военных действий в Украине.

    После продажи Yandex N.V. перестанет быть головной компанией группы, а к августу сменит название и прекратит использовать бренды “Яндекса”. Главой “Яндекса” останется Артем Савиновский, компания сохранит сервисы и активы за исключением зарубежных стартапов, таких как Nebius, Toloka, Avride и TripleTen, и дата-центра в Финляндии. Согласовать сделку по продаже бизнеса “Яндекса” должны акционеры Yandex N.V. и регулирующие органы.

    Новой головной структурой станет Международная компания акционерное общество (МКАО) “Яндекс”. Yandex N.V. будет владеть ограниченными правами на использование собственных технологий до конца 2024 года. Контроль над 99,999% ценных бумаг ООО “Яндекс”, основного юридического лица компании в России, получила МКАО “Яндекс”, зарегистрированная в специальном административном районе (САР) на острове Октябрьский в Калининградской области РФ.

    Основным владельцем “Яндекса” станет ЗПИФ “Консорциум.Первый” во главе с менеджерами компании. Также в консорциум вошли структура предпринимателя и основателя венчурного фонда LETA Capital Александра Чачава, структура генерального директора одного из крупнейших специализированных депозитариев “Инфинитум” Павла Прасса, структура группы “Лукойл”, структура предпринимателя Александра Рязанова.

    Источник: lenta.ru

  • Məşhur axtarış sistemi fantastik qiymətə satıldı

    “Yandex” axtarış sistemi şirkəti restrukturizasiya barədə elan edib. Belə ki, Niderlandın “Yandex N.V.” şirkəti biznesini 475 milyard rubla (8,8 milyard manat) investorlar konsorsiumuna satacaq və ana şirkət olmaqdan çıxacaq.

    Eyni zamanda, menecer komandası xüsusi səhmdar hüquqları əldə edəcək və şirkəti idarə etməyə davam edəcək.

    Qrupun yeni ana şirkəti Rusiyanın Kalininqrad vilayətində qeydiyyatdan keçmiş “Yandex” olacaq.

    Şirkətin əsas sahibi “Yandex” menecerlərinin başçılıq etdiyi “Konsorsium.Pervıy”, habelə “Leta Capital” vençur fondunun təsisçisi Aleksandr Çaçavanın, “Infinitum” depozitarının rəhbəri Pavel Prassın, LUKOIL qrupunun və sahibkar Aleksandr Ryazanovun strukturları olacaq.

    Mövcud idarəetmə komandası qrupun əhəmiyyətli yenidən təşkili, büdcənin təsdiqi, iri əməliyyatların təsdiqi və Nizamnaməyə dəyişikliklər kimi əsas qərarların qəbulu üçün xüsusi səhmdar hüquqları əldə edəcək. Bu məqsədlə “Menecerlər Fondu” dövlət qeydiyyatına alınıb.

    Artyom Savinovski “Yandex”in baş direktoru olaraq qalacaq; şirkət İsraildə yaradılmış “Nebius”, “Toloka”, “Avride” və “TripleTen” startapları, həmçinin Finlandiyada data mərkəzi istisna olmaqla “Yandex N.V.” qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq.

    “Yandex restrukturizasiyadan sonra özəl, müstəqil və ictimai şirkət olaraq qalacaq”, – bəyanatda deyilir.

    Mənbə: Lenta.ru

  • В Азербайджане строят новое здание вуза

    Начато строительство дополнительного корпуса Лянкяранского государственного университета (ЛГУ).

    Как сообщает iqtisadiyyat.az, новое двухэтажное административное здание высшего учебного заведения будет построено по адресу: г.Лянкяран, ул. А.Асланова, 50.

    Отметим, что ЛГУ начал свою деятельность в 1991 году как филиал Бакинского государственного университета, а год спустя – стал независимым государственным вузом.

    В настоящее время в учреждении обучается около 5 000 студентов на уровне бакалавриата, магистратуры и докторантуры, работает около 400 преподавателей и административного персонала.

  • Azərbaycanda yeni universitet binası tikilir

    Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə başlanılıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Lənkəran şəhər, H.Aslanov, 50 ünvanında yerləşən ali məktəbin yeni inzibati binası inşa olunacaq.

    Tikintisi planlaşdırılan yeni bina ikimərtəbəli olacaq.

    Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5 000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.

  • Saxlanılan şəxslərdə üç kiloqram narkotik aşkarlanıb – VİDEO

    Narkokuryerlik etdikləri üçün saxlanılan şəxslərdə üç kiloqram heroin, marixuana və 400 ədəd tramadol həbi aşkar edilib.

    Daxili İşlər Nazirliyi xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar. Onlardan ümumilikdə iki kiloqram heroin və bir kiloqram marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

    Şöbə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində güclü təsiredici həblərin satışı ilə məşğul olan 1948-ci il təvəllüdlü Arif Abasov da saxlanılıb. Həmin şəxsdən ümumilikdə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub. Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

  • Pensiyalar nə qədər artırılıb? – RƏSMİ

    Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

    Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

    Həmçinin, qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

    Bildirilib ki, artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

    Qeyd olunub ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək:

    “Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək”.

    Məlumata əsasən, ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

    Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur.

    Hazırkı artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.

    Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir.

    Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır:

    “Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4 400 manat artırılmaqla 54 400 manata çatdırılacaq.

    Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır”.

  • Əmək pensiyaları artırıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

    – orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

    – istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.