Month: February 2024

  • Bakıda dava olub: Bıçaqlananlar var

    Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində olub.

    Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Murad Mehdi oğlu Ələkbərov və 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilov bıçaq xəsarətləri alıblar.

    Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırırlar.

  • Скоростной поезд Сумгайыт – Баку сбил женщину

    Сегодня около 07:50 на участке близ жилкомплекса Ени Сумгайыт скоростной поезд, курсирующий по маршруту Сумгайыт – Хырдалан – Баку, сбил женщину, которая попыталась пересечь железнодорожную линию в неустановленном месте.

    Об этом сообщили в ЗАО “Азербайджанские железные дороги” (АЖД).

    Согласно информации, машинист применил экстренное торможение, однако из-за небольшого расстояния столкновение было неизбежным. В результате ДТП женщина получила травмы, на место происшествия была вызвана бригада скорой медицинской помощи. Движение поездов на указанной линии было восстановлено в короткие сроки.

    “АЖД еще раз призывает граждан пересекать железнодорожные линии, которые считаются критически опасной зоной, только на предназначенных для этого переходах”, – отмечается в сообщении.

  • Sumqayıt-Bakı sürət qatarı qadını vurub

    Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.

    “ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, – deyə məlumatda qeyd olunub.

  • Подвергшийся нападению известных спортсменов в Баку написал заявление о примирении – ФОТО

    Спортсмен-ветеран Гасан Азизов, избитый главным тренером Федерации ММА и грэпплинга Азербайджана Русланом Эфендиевым и его учениками – Тофигом Мусаевым, Хазаром Рустамовым, Вугаром Керемовым, Мехманом Мамедовым и Руфатом Асадовым, написал заявление о примирении.

    Как передает bakupost.az, обвиняемые обратились в Объединенную диаспору азербайджанцев Украины, членом которой является Азизов. После вмешательства руководства организации между сторонами было достигнуто примирение.

    Напомним, что конфликт произошел во время шоу, организованного бойцовской Федерацией боевых искусств Rizin в столице Азербайджана. Между спортсменами произошла драка, в результате вышеуказанные лица избили Г.Азизова на глазах у его четырехлетнего ребенка.

    Причиной конфликта стало то, что последний пригласил на соревнования бойца из-за рубежа. Нападавшие потребовали у Г.Азизова оставить данное направление боевых искусств.

    Касательно указанных лиц в Хатаинском районном суде было принято решение.

    Согласно ему, в отношении Р.Эфендиева, Х.Рустамова, В.Керемова и Р.Асадова избрана мера пресечения в виде ареста сроком на 1 месяц и 26 дней.

    Им было предъявлено обвинение по статье 221.2.1 (хулиганство, совершенное группой лиц или повторно) Уголовного кодекса Азербайджанской Республики.

    В отношении Т.Мусаева и М.Мамедова была избрана другая мера пресечения.

  • Bakıda məşhur idmançıların döydüyü şəxs barışıq ərizəsi yazdı – FOTO

    Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.

    Bakupost.az xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.

    Qeyd edək ki, Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçaltmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.

    Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

    Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.

    Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.

    Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.

  • Завтра завершится предвыборная агитация кандидатов в президенты Азербайджана

    Завтра завершится предвыборная агитация в связи с внеочередными президентскими выборами в Азербайджане.

    Как сообщает Report, 6 февраля в 08:00 агитационный период будет завершен.

    Отметим, что 7 февраля в Азербайджане пройдут внеочередные президентские выборы. В выборах будут участвовать 7 кандидатов. Процесс регистрации кандидатов в президенты завершился 9 января. В выборах будут участвовать 7 кандидатов.

    Кандидатами на пост Президента являются:

    1. Кандидат в президенты от правящей партии “Ени Азербайджан” Ильхам Алиев;

    2. Независимый кандидат Захид Орудж;

    3. Кандидат в президенты от партии “Национальный фронт” Рази Нуруллаев;

    4. Кандидат в президенты от партии “Великое созидание” Фазиль Мустафа;

    5. Кандидат в президенты от партии “Великий Азербайджан” Эльшад Мусаев;

    6. Кандидат в президенты от партии “Народный фронт целостного Азербайджана” Гудрат Гасангулиев;

    7. Независимый кандидат Фуад Алиев.

  • Sabahdan prezident seçkisi ilə əlaqədar təşviqat başa çatacaq

    Sabahdan növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.

    “Report”un xəbərinə görə, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

    Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

    1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

    2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

    3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

    4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

    5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

    6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

    7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

  • Стало известно, где пройдет стартовый матч ЧМ по футболу 2026 года

    Сборная Мексики по футболу сыграет в матче открытия чемпионата мира (ЧМ) 2026 года.

    Об этом сообщает пресс-служба Международной федерации футбола (FIFA).

    “Матч открытия FIFA World Cup – 2026 состоится в Мехико на стадионе “Ацтека” 11 июня 2026 года”, – говорится в публикации FIFA в соцсети X (ранее Twitter).

    Соперник мексиканцев определится позднее.

    Отметим, что стадион “Ацтека” вмещает более 87 500 зрителей.

    Источник: iz.ru

  • 2026-cı ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi yer AÇIQLANDI

    2026-cı il futbol üzrə dünya çempionatının ilk oyunu və açılış mərasimi iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək.

    Bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Meksika yığmasının ilk oyundakı rəqibi daha sonra müəyyənləşəcək. Kanada komandası turnirə iyunun 12-də Torontoda keçiriləcək oyunla başlayacaq.

    “Azteca” Stadionu 87 min 523 tamaşaçı tutumuna malikdir. Arena iki dünya çempionatının finalına ev sahibliyi edib: 1970 və 1986-cı illərdə. Stadion 1968-ci ildə Olimpiya futbol turnirinə ev sahibliyi edib.

    2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Ölkələr hər birində dörd komandadan ibarət 12 qrupa bölünəcək. Qrup mərhələsindən sonra komandalar 1/16 finalda çıxış edəcək. Ümumilikdə 104 görüşdən ibarət olacaq turnir 56 gün ərzində baş tutacaq. Final matçı 2026-cı il iyulun 19-na təyin edilib.

    Xatırladaq ki, əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi. Turnirlər 64 görüşdən ibarət olurdu.

  • Şadlıq evlərində alovla şou göstərilməsi ləğv edilib? – İDDİA (VİDEO)

    Bakıda toyda gözlənilməz hadisə baş verib.

    Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.

    Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar.

    Ümumiyyətlə qapalı məkanlarda, restoran və şadlıq saraylarında açıq alovdan və ya qığılcım yaradan alətlərdən istifadə ilə şouların təşkil edilməsi, atəşfəşanlıq yanğın təhlükəsizliyi baxımından yolverilməzdir.

    Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib.

    Ətraflı süjetdə: