Month: February 2024

  • DİN 50-dən artıq əməliyyat keçirib: dəyəri 8 milyon manat olan narkotik ələ keçirilib

    “Qara bazar”da dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli həb ələ keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib.

    “Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.

    Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir”, – məlumatda bildirilib.

  • Türkiyəli astronavtın Yerə dönüşü təxirə salındı

    Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Dragon” Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının Yer kürəsinə qayıdışı təxirə salınıb.

    Bununla bağlı “SpaceX” özünün “X” sosial media hesabında açıqlama verib.

    Açıqlamada, “Dragon” və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

    Bəyanatda o da qeyd edilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.

  • Bu qaydaları pozanları 1000 manat cərimə gözləyir

    Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi ilə bağlıdır.

    Median.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilib.

    “Belə ki, dəyişiklik ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin sadələşdirilmiş qaydada, əldə edilən gəlirin məbləğindən asılı olmayaraq Vergi Məcəlləsinin 220.5-ci maddəsində müəyyən edilmiş vergi dərəcələri ilə yerinə yetirməsinin ləğvini nəzərdə tutur. Həmin şəxslər vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcək (rüb ərzində 30% limit nəzərə alınmaqla), eyni zamanda illik dövriyyə 200 min manatı keçdikdə məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.

    Sərnişin daşıma ilə məşğul olanlara münasibətdə isə mövcud vergi rejimi saxlanılır və bu şəxslərə (taksi istisna olmaqla) göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə, könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir) vergisinin və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.

    Bu istiqamətdə digər dəyişiklik taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən aylıq məlumatların Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsi və göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsidir”, – məlumatda qeyd edilib.

  • Orta ixtisas təhsili üzrə təsnifata DƏYİŞİKLİK edildi – QƏRAR

    “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

    Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın “7. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” hissəsinə “040718 Optometriya” məzmunlu 7.18-ci bənd əlavə edilib.

  • Bakıda silahlı şəxs saxlanılıb – FOTO

    Bakıda silahlı şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

    Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycanın Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb

    Azərbaycanda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradılıb.

    Bu barədə “Report”a diplomatik nümayəndəlikdən məlumat verilib.

    Bildirilib ki, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətə gələn 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı səfirlikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 8:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə biləcəklər.

    Məntəqə seçki komissiyası prezident seçkisinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır.

    Məlumata görə, Türkmənistanda konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Səsvermədə iştirakla əlaqədar seçicilər məlumatlandırılıblar. Eyni zamanda, səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.

    Qeyd edək ki, seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.

  • Səkkiz aydır həbsdə idi, bəraət aldı

    Nəsimi Rayon Məhkəməsi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən şəxsə bəraət verib.

    “Qafqazinfo” xəbər verir ki, məhkəmənin çıxardığı hökmlə Niyaz Şərifova Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə bəraət verilib və o, məhkəmə zalındaca həbsdən azad edilib.

    Məhkəmə N.Şərifovun vəkili Nəriman Əliyevin təqdim etdiyi vəsatətləri təmin edib və sübutlar yenidən dəyərləndirilib. Nəticədə N.Şərifovun cinayət törətməsinə dəlalət edən hər hansı faktın olmadığı müəyyənləşib.

    Qeyd edək ki, 1981-ci il təvəllüdlü N.Şərifov ötən ilin 8 iyun tarixindən həbsdə saxlanılırdı. Qanunvericiliyə əsasən onun həbsdə saxlanıldığı müddət üçün təzminat davası açmaq hüququ var.

  • Abşeronda qanunsuz tikili sökülüb – VİDEO

    Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

  • Подробности инцидента в Шамкирском районе: братья выстрелили в обидчика своего отца – ОБНОВЛЕНО

    Стали известны подробности инцидента с применением огнестрельного оружия в Шамкирском районе.

    Пострадавший Забиль Асланов в 2022 году избил отца братьев Байрамлы. Именно по этой причине они решили отомстить обидчику.

    В З.Асланова выстрелили, когда он находился в автомобиле. Затем злоумышленники арматурой повредили транспортное средство.

    * * * * *

    В Шамкирском районе произошел инцидент с применением огнестрельного оружия.

    Как сообщили в региональной группе пресс-службы Министерства внутренних дел (МВД), 27-летний местный житель Забиль Асланов был госпитализирован с огнестрельным ранением.

    Подозреваемые в совершении преступного деяния Бабек Байрамлы и его брат Бахаддин были задержаны.

    При осмотре автомобиля последнего был обнаружен и изъят автомат Калашникова.

    Расследование по данному факту продолжается.
    //oxu.az

  • Şəmkirdəki güllələnmənin təfərrüatı məlum oldu: İntiqam almaq üçün… – YENİLƏNİB

    Şəmkir rayonunda baş verən güllələnmə ilə bağlı məqamlar bilinib.

    Güllələnən Zabil Aslanov 2022-ci ildə qardaşların atasını döyüb. Onlar da intiqam almaq üçün iki il gözləyiblər.

    Nəticədə Z.Aslanovu maşında güllələyib, daha sonra da armaturla avtomobili əziblər.

    * * * * *

    Şəmkirdə 27 yaşlı oğlan silahla vurulub.

    Daxili İşlər Nazirliyinin regional qrupundan bildirilib ki, Zabil Aslanov odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıblar. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    //oxu.az