Month: February 2024

  • Bakıda kvadratı 20 min manata mənzil satılır

    Bakıda kvadratı 17 və 20 min manata mənzillər satılır.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılan mənzillər şəhərin ən prestijni hotellərindən birində yerləşir.

    Pəncərələri Dənizkənar Bulvar ərazisinə açılan və şəhər mənzərəli premium mənzillərdən birinin sahəsi 300 kvadrat metrdir. 5 otaqdan ibarət olan mənzilin otaqları xüsusi dizaynla təmir olunub.

    Paytaxtın məşhur hotellərindən birində yerləşən bu mənzil bir kvadrat metri 17 000 manat olmaqla, ümumilikdə, 5 100 000 manata təklif olunur.

    Eyni binada, 221 kvadrat metrlik sahəyə malik olan 4 otaqlı daha bir mənzil isə 4 420 000 manata satışa çıxarılıb. Yuxarıda qeyd etdiyimizdən fərqli olaraq, bu mənzilin bir kvadrat metri 20 000 manat təşkil edir.

  • “Qarabağ” qələbə qazandı

    Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

    Açılış oyununda son çempion “Qarabağ” meydançaya çıxıb.

    Ağdam təmsilçisi “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 14-cü dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 59-cu dəqiqədə baş hakim Cavid Cəlilov meydan sahiblərinin qapısına növbəti onbirmetrlik zərbə təyin edib. Bu dəfə Yassin Benzia qapıçı ilə dueldən qalib ayrılıb.

    66-cı dəqiqədə Maksim Medvedev top uğrunda mübarizə zamanı rəqibi əllə vurduğu üçün həm qırmızı vərəqə alıb, həm də rəqibə penalti hədiyyə edib. Pedro Nuno dəqiq zərbə ilə fərqi minimuma endirib.

    Maraqlıdır ki, 90+6-cı dəqiqədə matçda 4-cü dəfə penalti təyin edilib. Qonaqlar fərqi artırmaq imkanı qazanıblar. Lakin Toral Bayramov bu dəfə çərçivəni dəqiq nişan ala bilməyib.

    Beləliklə, 2:1 hesablı qələbə qazanan lider “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. Beşinci pillədəki “Səbail” isə 27 xalda qalıb.

    Qeyd edək ki, turun “Sabah” – “Turan Tovuz” oyunu bu gün, digər matçlar isə fevralın 4-5-də keçiriləcək.

  • Bakıda külək əsəcək, rayonlarda yağıntı olacaq

    Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var.

    Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

  • На границе Кыргызстана и Китая произошло сильное землетрясение

    Сильное землетрясение магнитудой 5,2 произошло на границе Кыргызстана и Китая.

    Об этом свидетельствуют данные Кыргызского института сейсмологии, опубликованные на его сайте.

    Землетрясение зафиксировали в 14:36 (12:36 по бакинскому времени – ред.). Эпицентр природного явления находился на территории Китая. В ближайших к нему населенных пунктах Кыргызстана – селах Ыштык и Бедель – ощущались подземные толчки интенсивностью 3 и 3,5 балла.

    Источник: lenta.ru

  • Çin və Qırğızıstan sərhədində GÜCLÜ ZƏLZƏLƏ

    Çin və Qırğızıstan sərhədində 5,2 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Qırğızıstanın Seysmologiya İnstitutu məlumat yayıb.

    Bildirilir ki, zəlzələnin episentri Çində, yanvarın 23-də 7 bal gücündə güclü zəlzələnin baş verdiyi ərazinin yaxınlığında yerləşib.

    Coğrafi yaxınlığa görə yer qabığındakı dalğalanmalar Qırğızıstan ərazisində də hiss olunub. Qırğızıstanda episentrə yaxın Iştık və Bedel yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi 3,5-3 bal arasında dəyişib.

    Mənbə: Lenta.ru

  • “Sədərək”dən mal alıb, camaata paylayan məmura bəraət verildi: 14 nəfərə çatmayıb…

    2015-2020-ci illərdə Bərdə Məşğulluq Mərkəzinin direktoru işləmiş Bilman Şadlinskiyə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında idarələrin birində Kadrlar sektorunda böyük məsləhətçi işləyən Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılıb.

    Ona cinayət işinin açılmasına səbəb Bərdə Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən yol verdiyi qanunsuzluqlar olub. Belə ki, o, bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakına külli miqdarda ziyan vurmaqla israf etməkdə günahlandırılıb.

    Bilman Şadlinskinin təkcə 2016-cı ildə ümumilikdə 23 nəfər iş axtaran şəxs üçün dövlət tərəfindən ayrılan 112 min 193 manat vəsaiti müxtəlif yollarla mənimsəməsi məlum olub. O, tanışları ilə əlbir olaraq, öncə onları tenderin qalibi edib. Daha sonra onlar Bərdə mal bazarından heyvanlar, Sədərək Ticarət Mərkəzindən ucuz dərzilik ləvazimatları alaraq, 9 nəfərə aktivlər veriblər. Yerdə qalan 14 nəfəri isə aktivlərlə təmin etməyiblər. İstintaqda onun digər qanunsuz əməlləri də yer alıb.

    Məhkəmədə isə məmur elan edilmiş ittihamla özünü təqsirli bilməyərək deyib ki, 2015-ci ildən 2020-ci ilə kimi həmin vəzifədə işləyib. Heç bir qanunsuzluğa yol verməyib.

    Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə keçirilən iclasda qərar verilib ki, Bilman Şadlinskiyə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə bəraət verilsin.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi Publik hüquqi şəxsi tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddia da rədd edilib.

    Qeyd edək ki, Bilman Şadlinskinin yaxın qohumları Bərdə Gigiyenika və Epidemologiya Mərkəzinin direktoru Fəxrəddin Şadlinskaya, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Toğrul Şadlinski və digərləri rayonda mühüm postlar tuturlar.

  • Prezident seçkisindən sonra icra hakimiyyətləri ləğv olunacaq?

    Azərbaycanda keçiriləcək 7 fevral tarixli növbədənkənar prezident seçkilərindən sonra referendumun da olacağı barədə məlumat yayılıb.

    Bununla bağlı müzakirə olunan məsələlər arasında ən çox diqqət çəkən inzibati-ərazi bölgüsündə dəyişiklik və İcra hakimiyyəti sturukturlarının ləğvi ilə bağlıdır.

    Hesab olunur ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadəsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

    Məlumat üçün bildirək ki, icra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr yeni deyil. 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

    Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Prezident İlham Əliyev hələ ötən ilin mart ayında yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu da verib:

    “Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir”,- dövlat başçısı vurğulayıb.

    Bu məsələ seçkilərdən sonra İcra hakmiyyətlərinin ləğvi məsələsini yenidən gündəmə gətirir.

    Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Modern.az-a bildirib ki, prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatlar davam etdiriləcək:

    “Təbii ki, bu islahatlar regional idarəçiliyi də əhatə edəcək. Qanunvericiliyin tələblərinə uyğun olaraq yeni hökumət formalaşdırılacaq. Ölkədə aparılan islahatlar fonunda İcra hakimiyyətlərin ləğvi də gündəmdədir. Amma qeyd edim ki, bunlar sadə qanunvericiliklə deyil, Konstitusiyaya dəyişikliklə edilməlidir.

    İcra hakimiyyətlərinin statusu Azərbaycan Konstitusiyası ilə tənzimlənir. Ona görə də bu qurumların ləğv olunması üçün referundum keçirilməlidir. Bununla bağlı məsələnin isə gündəmdə olduğu barədə məlumatım yoxdur. Zərurət yaranarsa, xüsusi nümayəndəliklərin təyin olunması baş verə bilər. Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bu üsul özünü doğruldur. Düşünürəm ki, ehtiyac yaranarsa, digər ərazilərdə də yaradıla bilər”,-deyə o bildirib.

  • Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı sərhəddə saxlanılıb

    Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı sərhəddə saxlanılıb.

    APA xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən sərhəddə Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

  • Azərbaycanda uşaqlara ən çox qoyulan adlar (SİYAHI)

    Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.

    Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.

    Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub.

    Qeyd edilən dövrdə oğlanlardan 7156 uşağa isə Əli adı verilib.

    Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında dünyaya gələn 7095 qız uşağına Zəhra adı verilib. Bu, həmin dövrdə qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.

    Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Yusif və Hüseyn adları bölüşdürüb. Bu müddətdə dünyaya gələn 6799 oğlan uşağına Yusif, 6618-nə isə Hüseyn adı verilib.

    Uşaqlara verilən adlar siyahısında son 5-liyi isə qız adları paylaşıb. Siyahıya görə, 5758 qız uşağına Zeynəb, 5676-nə Məryəm, 5454-nə Aylin, 4918-nə Fatimə, 4821 uşağa isə Mələk adı qoyulub.

  • ADNSU-nun tələbəsi qəfil vəfat etdi

    ADNSU-nun I kurs magistr tələbəsi Mətləb Xankişiyev vəfat edib.

    Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

    Məlumata görə, 21 yaşlı gənc qəfil ürəktutmasından dünyasını dəyişib.