Month: February 2024

  • Президент Ильхам Алиев наградил Закира Фараджева

    Президент Азербайджана Ильхам Алиев наградил Закира Фараджева.

    Как сообщает АЗЕРТАДЖ, глава государства в субботу подписал соответствующее распоряжение.

    Согласно документу, за активное участие в общественно-политической жизни Азербайджанской Республики Закир Фарадж оглу Фараджев награжден орденом “Эмек” 1-й степени.

  • Prezident İlham Əliyev Zakir Fərəcovu təltif edib

    Prezident İlham Əliyev Zakir Fərəcovu təltif edib.

    AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

  • Ərdoğan zəlzələ bölgəsində tikiləcək evlərin sayını açıqlayıb

    Türkiyədə zəlzələdən əziyyət çəkən sakinlər üçün ilin sonuna qədər 200 min ev təhvil veriləcək.

    “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində ötən ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

    “Bugünkü püşkatma mərasimi ilə biz 7 275 mənzil sahibinə evlərinin açarlarını təhvil verdik. Zəlzələdən zərər çəkmiş şəhərlərimizin bərpası istiqamətində işlərimiz fasiləsiz davam edəcək.

    Bölgədə tikilməkdə olan 40 min evin tikintisi başa çatdıqdan sonra mərhələli şəkildə sahiblərinə təhvil veriləcək. İki ay ərzində zəlzələ bölgəsində 75 min evin təhvil verilməsini başa çatdıracağıq”, – Ərdoğan bildirib.

    Qeyd edək ki, fevralın 3-də Türkiyənin Hatay vilayətində ötən ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillər təqdim olunub.

  • Бразильский нападающий: Азербайджан – идеальная для проживания страна

    Я получаю удовольствие от игры в футбол в Азербайджане.

    Об этом АЗЕРТАДЖ заявил игрок клуба “Туран Товуз” Пачу, говоря о своей карьере в Азербайджане.

    Бразильский нападающий отметил, что Азербайджан – идеальная для проживания страна.

    “Я очень рад находиться здесь. Азербайджан – очень красивая страна. После тренировок и игр мне нравится проводить время с семьей, осматривая достопримечательности”, – добавил футболист.

    По его словам, уровень Премьер-лиги также достаточно высок. “Игры, которые мы проводим на своем поле, дают дополнительный стимул команде. Потому что поддержка фанатов Товуза для нас очень важна”, – добавил игрок.

    27-летний форвард подчеркнул, что его команда с каждой игрой все больше развивается. “Цель – поднять “Туран Товуз” на хорошие места. Мы много работаем над собой”, – сказал он.

    Отметим, что в нынешнем сезоне в составе “Туран Товуза” Пачу отметился четырьмя голами и двумя результативными передачами в 15 матчах.

  • Braziliyalı hücumçu: “Azərbaycan yaşamaq üçün mükəmməl ölkədir”

    “Azərbaycanda futbol oynamaqdan zövq alıram”.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Paçu Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.

    Braziliyalı hücumçu Azərbaycanın yaşamaq üçün mükəmməl ölkə olduğunu bildirib: “Burada olduğuma görə çox xoşbəxtəm. Azərbaycan çox gözəl ölkədir. Məşq və oyunlardan sonra ailəmlə görməli yerlərdə vaxt keçirməyi sevirəm”.

    Onun sözlərinə görə, Premyer Liqanın səviyyəsi də kifayət qədər yüksəkdir: “Doğma meydanda keçirdiyimiz oyunlar komandaya əlavə stimul verir. Çünki Tovuz azarkeşləri bizim üçün vacibdir”.

    27 yaşlı forvard komandasının oyundan-oyuna inkişaf etdiyini söyləyib: “Məqsəd “Turan Tovuz”u yaxşı yerlərə qaldırmaqdır. Öz üzərimizdə çox çalışırıq”.

    Qeyd edək ki, Paçu bu mövsüm “Turan Tovuz”un heyətində 15 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Nadir Qafarzadə bir gözündən əməliyyat olundu

    Müğənni Nadir Qafarzadə əməliyyat olunub.

    Sənətçi bu barədə sənətçi sosial şəbəkə hesabında bildirib.

    O görüntülərini paylaşaraq bir gözündən əməliyyat olunduğunu deyib:

    “Gözümdən əməliyyat olundum. Artıq bu eynəklərdən qurtuldum. Amma bir həftə diqqətli olmalıyam. Tez-tez damcı dərman tökməliyəm”.

  • Bezos 50 milyon “Amazon” səhmini satacaq

    “Amazon”un qurucusu Ceff Bezos 31 yanvar 2025-ci ilə qədər e-ticarət nəhənginin 50 milyona qədər səhmini satacaq.

    Qaynarinfo xəbər verir ki, “Reuters” bu barədə şirkətin hesabatına istinadən yazıb.

    “Plan 2023-cü ilin noyabrında razılaşdırılıb”, deyə “Amazon”un mətbuat şərhində bildirib. Bir qiymətli kağız üçün hazırda 171,8 dollar tələb olunduğunu nəzərə alsaq, ümumi satış qiymətinin 8,6 milyard dollar olacağı deyilir.

    “Amazon” səhmləri son maliyyə hesabatına əsasən, 7,87% artaraq 171,81 dollara çatıb. Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründəki 278 milyon dollara qarşı 10,6 milyard dollar təşkil edib. İl ərzində əməliyyat mənfəəti 5 dəfə artaraq 13,2 milyard dollara çatıb. Analitiklər bu il 10,4 milyard dollar proqnozlaşdırıblar.

    Güclü performansına baxmayaraq, ilin sonunda “Amazon” dünyanın ən qiymətli brendləri siyahısında birinci yerdən dördüncü yerə düşüb. “Apple” 2023-cü ildə liderliyi ələ keçirib.

  • Zabuxda tarixi seçkiyə hazırlıq: yeni məntəqə yaradılıb, seçicilər qeydiyyata alınıb

    “Zabux camaatı 7 fevral növbədənkənar prezident seçkilərinə hazırdır. Doğma yurdumuzda səs verəcəyimizin qürur və sevincini yaşayırıq”.

    Bunu report-a açıqlamasında 121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yeni yaradılan 108 saylı seçki məntəqəsinin sədri Mübariz Rüstəmov deyib.

    1 saylı Zabux kənd tam orta məktəbində yerləşən məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub.

    M.Rüstəmovun sözlərinə görə, məntəqədə 1500-ə yaxın seçici qeydiyyata alınıb. Onlardan 549 nəfər Zabux sakini, digərləri isə Laçının Minkənd kəndindən başlayaraq Güləbirdə qədər olan əraziləri əhatə edən seçicilərdir.

    O bildirib ki, Zabux kəndinin ən yaşlı seçicisi 88 yaşlı Şəmil Fərəcovdur: “O ərizə ilə bizə müraciət edərək səyyar səsvermə hüququndan istifadə etmək istəyini bildirib. Onun və həmçinin səhhətində problem olan seçicilərimizin səsvermə hüququnu təmin etmək üçün səyyar qutular göndəriləcək”.

    Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

  • İran Ermənistanın Araz çayını zəhərləməsinə göz yumur – VİDEO

    “Bu gün biz görürük ki, Ermənistanın mis mədənlərinin tullantı suları Araz çayına axıdılır, amma İran hökuməti buna göz yumur”.

    “Azad İran” “YouTube” kanalının məlumatına görə, bunu Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İran Mədən Evinin sədri Məhəmmədrza Bəhramən deyib.

    Uzun müddətdir, müxtəlif ekspertlər, ekoloji fəallar və jurnalistlər tərəfindən səsləndirilən bu həqiqətin bilavasitə sahə rəsmisi tərəfindən dilə gətirilərək etiraf olunması son dərəcə önəmlidir. Amma iş orasındadır ki, İran hökuməti Ermənistanın Araz çayını çirkləndirməsinə, o cümlədən radioaktiv tullantılarla zəhərləməsinə nəinki göz yumur, hətta bunu ümumiyyətlə inkar edir.

    Məsələn, təqribən bir ay öncə İran parlamentinin Germi şəhərindən seçilmiş deputatı Vəli İsmaili Araz çayının Ermənistandakı Metsamor atom elektrik stansiyasının tullantıları ilə çirklənməsi barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana sual ünvanlayıb, o da bunu qətiyyətlə rədd edib. Daha sonra İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami həmin məsələyə münasibət bildirərək deyib:

    “Biz bu çayın suyunu müntəzəm olaraq yoxlayırıq. Narahatlığa əsas yoxdur”.

    Bu açıqlamalar Bəhramənin qeyd etdiyi “göz yummağın” nümunələridir və fəlakətli vəziyyətlə bağlı həyəcan təbili çalan ictimaiyyəti, xüsusən Arazboyu ərazidə yaşayan insanları sakitləşdirməyə xidmət edir.

    Halbuki, hələ 2022-ci ilin sonlarında İran Ticarət Palatasının araşdırması Metsamor AES-in Araz çayını çirkləndirdiyini sübut etmişdi.

    Eyni zamanda, Arazın Ermənistan tərəfindən radioaktiv tullantılarla zəhərlənməsinin əhalinin sağlamlığına mənfi təsiri barədə illərdir, müxtəlif faktlar açıqlanır. Belə ki, İran Qastroenterologiya və Hepatologiya Cəmiyyətinin üzvü Abbas Yəzdanbod rəsmi IRNA agentliyinə açıqlamasında ölkə üzrə mədə xərçəngi xəstəliyinin ən çox Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində yayıldığını bildirib.

    Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:

  • Vladimir Putinin istifadə etdiyi avtomobilin adı açıqlandı

    Rusiya prezidenti Vladimir Putin iş səfərlərində xaricdə istehsal olunan avtomobillərdən istifadə etmir. 

    Bu barədə “RİA Novosti” Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin Xüsusi Təyinatlı Qarajının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonova istinadən məlumat yayıb.

    “Qarajın böyük hissəsi yerli istehsal olan avtomobillərdən ibarətdir. Xarici avtomobillər var, amma dövlət başçısı onlardan istifadə etmir və onlar müəyyən yürüş məsafəsinə çatdıqdan sonra qarajı tərk edəcəklər”, deyə agentliyin həmsöhbəti bildirib.

    Qeyd olunur ki, Vladimir Putin 6 ildir səyahət üçün Rusiya istehsalı olan “Aurus” limuzindən istifadə edir. “Aurus Senat Limousine” prezident avtomobili 2018-ci ildə Putin dördüncü inauqurasiya mərasiminə gələndə Rusiya ictimaiyyətinə nümayiş etdirilib. 2023-cü ilin sentyabrında Putin “Vostochnıy” kosmodromunu ziyarət edən Şimali Koreya lideri Kim Çen Ina “Aurus”unu göstərib.

    2021-ci ilin may ayında Yelabuqadakı “Ford Sollers” zavodunda “Aurus” lüks avtomobillərinin seriyalı istehsalına başlanacağı bildirilib. Açılış mərasimində Vladimir Putin də videobağlantı vasitəsilə iştirak edib. O bildirib ki, özü belə avtomobil idarə edir və bir neçə dəfə sükan arxasında olub.

    2025-ci ildə “Aurus Senat”ın genişləndirilmiş versiyasının kütləvi istehsalı başlaya bilər. Salonda arakəsmə quraşdırılacaq, arxada isə iki ayrı oturacaq olacaq.
    //qaynarinfo