Month: February 2024

  • Bayrağımızın asıldığı Xankəndidən REPORTAJ – VİDEO

    Ötən ilin payızından etibarən Azərbaycan bayraqlarının dalğalandığı Xankəndi şəhərindən reportaj hazırlanıb.

    Hazırda şəhər ərazisində təmizlik və abadlıq işləri aparılır, infrastruktur qurulur.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın suverenliyinin bərpa edilməsi münasibətilə Dövlət Bayrağımızı ucaldıb.

    Ətraflı İTV-nin süjetində:

  • В Украине направили в суд дело о крупнейшей взятке в истории страны

    Национальное антикоррупционное бюро (НАБУ) и Специализированная антикоррупционная прокуратура (САП) Украины направили в суд обвинительный акт по делу о самой большой взятке в истории страны. Об этом говорится в сообщении НАБУ, опубликованном на сайте ведомства.

    “2 февраля НАБУ и САП направили в суд дело в отношении владельца агрохолдинга, обвиняемого в предоставлении неправомерной выгоды бывшему председателю Государственной фискальной службы (ГФС) Украины. Следствие установило факты предоставления владельцем агрохолдинга неправомерной выгоды в размере 5,5 млн долларов за обеспечение возмещения НДС компаниям агрохолдинга в августе 2015 года и свыше 21 млн евро за возмещение НДС на протяжении февраля 2015 года – августа 2016 года”, – говорится в сообщении.

    “Это самая крупная задокументированная неправомерная выгода в истории Украины”, – подчеркнули в ведомстве.

    В НАБУ не указали фамилию фигуранта, сообщив лишь, что он находится в розыске, однако СМИ отмечают, что речь идет о владельце агрохолдинга “Укрлендфарминг” Олеге Бахматюке. В январе 2023 года офис генпрокурора Украины согласовал запрос об экстрадиции Бахматюка и направил документ в Австрию.

    Источник: ТАСС

  • Ukrayna tarixinin ən böyük rüşvət işi: Holdinq sahibi axtarışa verildi

    Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) və Milli Antikorrupsiya Bürosu (NABU) ölkə tarixində ən böyük rüşvət işi üzrə ittiham aktını məhkəməyə göndərib.

    Bu barədə Milli Antikorrupsiya Bürosunun saytında məlumat verilib.

    “Fevralın ikisində NABU və SAP Ukrayna Dövlət Fiskal Xidmətinin (SFS) keçmiş sədrinə qeyri-qanuni müavinət verməkdə ittiham olunan aqroholdinqin (kənd təsərrüfatı holdinqi) işini məhkəməyə göndərib”, – deyə məlumatda bildirilib.

    İstintaq zamanı kənd təsərrüfatı holdinqinin sahibinin 2015-ci ilin avqust ayında kənd təsərrüfatı holdinq şirkətlərinə ƏDV-nin geri qaytarılmasına görə 5,5 milyon ABŞ dolları məbləğində və 2015-ci ilin fevral ayından 2016-cı ilin avqust ayınadək ƏDV-nin qaytarılması üzrə 21 milyon avrodan artıq məbləğdə qeyri-qanuni güzəştlər verməsi faktları müəyyən edilib.

    Qurumdan vurğulanıb ki, bu, Ukrayna tarixində sənədləşdirilmiş ən böyük rüşvət halıdır.

    NABU məhkəməyə cəlb edilən şəxsin adını açıqlamasa da, onun axtarışda olduğunu qeyd edib. Ukraynanın “Forbes” nəşrinə görə, söhbət “Ukrlandfarminq” aqroholdinqinin sahibi Oleq Baxmatyukdan gedir.

    Mənbə: Gazeta.ru

  • В Баку засыхающее дерево представляет угрозу для жителей – ВИДЕО

    На улице Низами Абдуллаева в поселке Кешля Низаминского района Баку возникла сложная ситуация.

    Как передает xezerxeber.az, Рамиз Юскаев, владелец одного из расположенных на данной территории домов, сообщает, что растущая здесь ива пять лет назад начала засыхать. По его словам, недавно с дерева упал большой сук, после чего ситуация стала более опасной.

    Другие местные жители также выразили свои опасения по этому поводу.

    В связи с этим в Хозяйственном объединении по озеленению Исполнительной власти города Баку сообщили, что указанная территории осмотрена, проведено соответствующее оценивание, в скором времени данная проблема будет решена.

    Подробнее – в сюжете:

  • Bakıda quruyan söyüd ağacı sakinlər üçün təhlükə saçır – VİDEO

    Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi ev altı ünvanında təhlükəli vəziyyət yaranıb.

    Xezerxeber.az-ın xəbərinə görə, evin sahibi Ramiz Yuskayev bildirib ki, söyüd ağacı beş il əvvəl qurumağa başlayıb.

    Ev sahibi ağacın bir müddət əvvəl bir budağının qopduğunu və ondan sonra vəziyyətin daha qorxulu hal aldığını bildirir.

    Yaxınlıqda yaşayanlar da narahatlıqların dilə gətiriblər.

    Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, əraziyə baxış keçirilib, müvafiq qiymətləndirmə aparılıb, sakinin şikayətinin aradan qaldırılması təmin olunacaq.

    Ətraflı süjetdə:

  • Azərbaycanın dörd idmançısı bu gün Fransada yarışa çıxır

    Azərbaycan cüdo millisinin dörd üzvü Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizə aparacaq.

    İdmançılarımız iki çəkidə çıxış edəcəklər.

    Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

    73 kq

    1/32 final: Rəşid Məmmədəliyev – Kyartan Xreydarsson (İslandiya)

    1/16 final: İbrahim Əliyev – İqor Vandtke (Almaniya)

    81 kq

    1/32 final: Zelim Tçkayev – Husni Taubani (Komor adaları)

    1/32 final: Səid Mollayi – Alain Aprahamyan (Uruqvay)

    Qeyd edək ki, ötən gün Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medal qazana bilməyiblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

  • Tanınmış idmançıların döydüyü Həsəndən şok açıqlamalar – VİDEO

    Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov Bakupost TV -nin qonağı olub.

    Median.Az xəbər verir ki, H.Əzizov videomüsahibədə indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.

    O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.

    Döyülməsinin təfərrüatlarına aydınlıq gətirən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib. Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.

    Onun sözlərinə görə, Dəniz Mall-da baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib:

    “6-7 nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil, təkbətək gəlin. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. Uzadın, qaldırın, vurun deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər”.

    Qeyd edək ki, Həsən Əzizov tanınmış idmançıdır. O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.

    Ətraflı videoda:

  • СМИ: США и Великобритания нанесли серию ударов по территории Йемена

    Вооруженные силы США и Великобритании нанесли как минимум четыре удара по объектам мятежного движения “Ансар Аллах” (хуситы) на территории Йемена.

    Об этом сообщил принадлежащий хуситам телеканал Al Masirah.

    Согласно сведениям, атаке подвергся район Аль-Джарр в провинции Хаджа, который расположен примерно в 100 км от побережья Красного моря.

    Информация о возможных жертвах, пострадавших и разрушениях не приводится.

  • ABŞ və Britaniya Yəmənə silsilə zərbələr endirdi

    ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan “Ənsar Allah”ın (Husilər) hədəflərinə azı dörd zərbə endirib.

    Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat verib.

    Bildirilib ki, Qırmızı dəniz sahilindən təxminən 100 kilometr aralıda yerləşən Həccə əyalətinin Əl-Cərr bölgəsi hücuma məruz qalıb.

    Ölənlər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

    Mənbə: TASS

  • Rusiyada yaşayan miqrantlara əsgərlik “sürprizi” hazırlanır

    Rusiyada ölkə pasportu almış miqrantlar üçün hərbi xidmətə çağırış 50 yaşa qədər artırıla bilər.

    Bu barədə Dövlət Dumasına deputatlar Aleksey Juravlyov, Aleksandr Boroday və Mixail Şeremet tərəfindən qanun layihəsi təklif edilib.

    Onların sözlərinə görə, əcnəbilər xüsusi olaraq “yaş həddi çatana” (hazırda 30 yaş) qədər gözləyirlər və yalnız bundan sonra vətəndaş olurlar.

    Müəlliflər Daxili İşlər Nazirliyinin statistik məlumatlara istinadla bildiriblər ki, ötən ilin yanvar-oktyabr aylarında 318 mindən çox əcnəbi Rusiya vətəndaşı olub.

    Xatırladaq ki, bundan əvvəl də Rusiyada işləyən əcnəbilər üçün yeni öhdəliklər qüvvəyə minib. Belə ki, 2024-cü il yanvarın yeddisindən Rusiyada işləmək üçün patent alan əcnəbi vətəndaşlar, onun verildiyi tarixdən iki ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına işə qəbul haqqında bildiriş təqdim etməlidirlər.

    Mənbə: RBK.ru