
Türkiyənin Muş şəhərində heyvan dolu yük maşını qatarla toqquşub.
İlkin ehtimala görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisənin detalları məlum deyil, araşdırma aparılır.
Mənbə: sondakika.com

Türkiyənin Muş şəhərində heyvan dolu yük maşını qatarla toqquşub.
İlkin ehtimala görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisənin detalları məlum deyil, araşdırma aparılır.
Mənbə: sondakika.com

“Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub”.
Bunu “Sabah” klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi”yə 96:71 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis yenidən Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib: “Məşqçi karyeramda böyük fasilə yaranmışdı. “Sabah”dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib”.
63 yaşlı çalışdırıcı keçmiş yetirmələrindən bəzilərinin hələ də oynamasına sevindiyini söyləyib: “Fuad Niftəliyev və Zaur Paşayevin hələ də karyeralarını davam etdirdiklərini görməkdən şadam. Mən özüm 41 yaşımda karyeramı başa vurmuşam. Bu cür basketbolçularla yenidən birlikdə çalışmaqdan məmnunam”.
Rimas Kurtinaytis Azərbaycan basketbolunun inkişafına töhfə verməyə çalışacağını sözlərinə əlavə edib: “İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir. Yalnız azarkeş sayının azlığına təəssüflənirəm. “Qala”nın dönəmində oyunlara daha çox tamaşaçı gəlirdi. Düşünürəm ki, azarkeşləri tribunalara cəlb etməyin üzərində çalışmalıyıq”.
O, sabiq yetirməsi Tahir Baxşıyevin Azərbaycan millisinin baş məşqçisi olmasına da münasibət bildirib: “Tahirlə noyabrda Litvada görüşmüşdüm. Onun millinin baş məşqçisi olmasına şadam. Yaxşı məşqçi olub-olmayacağını isə zaman göstərəcək”.
“Sabah”ın baş məşqçisi komandanın gələcək hədəflərindən də bəhs edib: “Avrokuboklarda hədəf daha yüksək olmalıdır. Çempionlar Liqasında iştirak etmək istəyirik. FİBA Avropa Liqasına hörmətsizlik kimi çıxmasın, Çempionlar Liqası daha nüfuzlu turnirdir”.
Qeyd edək ki, Rimas Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan milli komandasının və “Qala” klubunun baş məşqçisi olub.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Median.Az “report”a istinadən xəbər verir ki, bu barədə V.Zelenski “X”də yazıb.
O, həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.
“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, – V.Zelenski yazıb.
O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə K.J.Tokayevə təşəkkür edib.

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun həyat yoldaşı Qalina Anatolyevna Melikova dünyasını dəyişib.
Bu barədə Rusiyanın Dağıstanda fəaliyyət göstərən rəsmi informasiya agentlikləri məlumat yayıblar.
Məlumatda qeyd olunub ki, S.Melikovun həyat yoldaşı uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.
Mənbə: Riadagestan.ru

Uzun müddətdir ki, Ermənistan iqtisadi baxımdan çətinliklər yaşayır.
Bu ölkənin iqtisadiyyatı illərlə Rusiya və digər ölkələrdən gələn erməni diasporunun pulları, o cümlədən maddi yardımları ilə nəfəs alıb. Lakin bu yardımlar iqtisadi inkişafa nail olmaq, qlobal layihələrdə iştirak etmək üçün nəinki kifayət etmir, hətta xaricdən asılılıq yaradaraq ölkənin rifahı və gələcəyi üçün əsas əngəllərdən birinə çevrilir. Vəziyyətin ən acınacaqlı tərəfi isə Ermənistanın iqtisadiyyatını əsaslı formada gücləndirmək əvəzinə, statistik göstəriciləri müəyyən vasitələrlə müsbət formada təqdim etməsi, bu rəqəmlərlə öz vətəndaşlarını aldatmasıdır.
“Report”un araşdırmasında Ermənistanın çətin vəziyyətdə olan iqtisadiyyatına, şişirdilən rəqəmlərə, Rusiyadan asılılığına diqqət çəkilib.
İlk olaraq şişirdilən rəqəmlərə yer verən bəzi mətbuat orqanlarının yaydığı xəbərlərə nəzər salaq. Bunlar sırasında ən gülünc olan faktlardan biri 2024-cü il üçün Cənubi Qafqazda adambaşına düşən büdcə xərcləri ilə bağlı statistik göstəricidir. Bu göstəricilərə görə, Ermənistan adambaşına düşən büdcə xərclərində 2650 ABŞ dolları ilə ilk yerdə, Gürcüstan 2 435 ABŞ dolları ilə ikinci yerdə, Azərbaycan isə 2 130 ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.
Məsələyə ilk olaraq Ermənistanın maliyyə naziri Vahe Hovhannisyanın büdcə gəlirləri və xərcləri ilə bağlı açıqladığı rəqəmlərə əsaslanaraq nəzər salaq. Bu rəqəmlərdə 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri indiki məzənnə ilə 6,7 milyard ABŞ dolları, xərclərinin isə 7,8 milyard ABŞ dolları olduğu göstərilir. Əhalinin sayına baxsaq, adambaşına düşən gəlir təxminən 2,2 min ABŞ dolları, xərclər 2,6 min ABŞ dolları təşkil edir. Burada gəlirlər və xərclər arasında yaranan 400 ABŞ dolları fərq isə ianələr, yardımlar və borclar hesabına qapadılır.
Ümumiyyətlə büdcə gəlirləri və xərclərinin nəyin hesabına formalaşması, hansı faktorlara əsasən qeydə alınması çox mühüm amildir. Azərbaycanda 2024-cü ilin dövlət büdcəsinin xərcləri 21,7 milyard ABŞ dolları, adambaşına düşən büdcə xərcləri isə 2 165-2 170 ABŞ dolları təşkil edir. Ölkəmizin büdcə gəlirləri birbaşa yerli fiskal mənbələr, yəni 100% vergi, gömrük və sair daxili mənbələr hesabına formalaşır, heç bir xarici qrant, maliyyə institutlarından borc alınmır. Amma digər Cənubi Qafqazın iki ölkəsinin büdcəsi xarici maliyyə mənbələri, o cümlədən xarici borclar hesabına formalaşır. Alınan borclar büdcə xərclərində öz əksini tapır ki, bu da rəqəmlərin şişirdilməsi ilə nəticələnir.
Adambaşına düşən xərclərdə əhali faktoruna da nəzər yetirsək görərik ki, Azərbaycan əhalisinin 10 milyon nəfər olması bu xərclərin həcminə təsir edir. Burada belə bir sual yarana bilər ki, qonşu ölkələrdə əhali çox olarsa bu, büdcədə də müsbət formada öz əksini tapacaq. Lakin bu zaman nəzərdən qaçan məqamlar var. İstənilən ölkənin güclü iqtisadiyyatının olması üçün əsasən iki faktor rol oynayır. Bunlardan biri təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olması, digəri isə ölkənin real sektoru, bu istiqamətdə istehsal fəaliyyətidir. Azərbaycan bütün bu faktorlara sahibdir və aparılan islahatlar, yatırılan mühüm investisiyalar ölkə iqtisadiyyatını nəinki inkişaf etdirir, hətta dəyişən geosiyasi vəziyyətlərdən, qlobal böhranlardan qoruyur. Lakin Ermənistana baxsaq bu zaman təməlləri çürük olan iqtisadiyyat görərik. Ölkə təbii sərvətlər və kənd təsərrüfatı baxımdan məhdud imkanlara malikdir ki, bu da ölkənin özünü təminetməsini zəiflədir. Buna əsaslanaraq deyə bilərik ki, Ermənistanın əhalisi 10 milyon olsa idi, o zaman indikindən daha acınacaqlı vəziyyətdə olardı.
2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard ABŞ dolları təşkil edir. Bunun 22 milyard ABŞ dolları və ya 60%-i Azərbaycanın payına düşür. Qalan 40% isə digər iki ölkə arasında bölüşdürülür. Bu faktın özü bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir. Ölkəmiz həqiqətən enerji mənbələri, kənd təsərrüfatı potensialı, eyni zamanda strateji mövqeyi ilə ön plandadır.
Ermənistanın iqtisadi cəhətdən ayaqda qalmasında vacib bir rolu əsasən Rusiyadan gələn yardımlar və erməni diasporasının maliyyə dəstəyi oynayıb ki, bu mənbələr davamlı və böyüyən iqtisadiyyat yaratmaq üçün tamamilə əlverişsizdir. Ermənistanın iqtisadi göstəriciləri rəqəmlərdə artsa da, əslində mahiyyət o qədər də dəyişməyib. Rusiya-Ukrayna münaqişəsinə qədər Ermənistanın aldığı yardımlar münaqişə dövründə Rusiyaya tətbiq olunan sanksiyalar hesabına artımla əvəzlənib. Bir sözlə əvvəllər yardımlar hesabına şişirdilən rəqəmlər indi sanksiyalardan istifadə ilə şişirdilir. Sadəcə əvvəlkindən fərqli olaraq hazırkı vəziyyət statistik göstəricilərdə əksini tapır.
BeynəlBeynəlxalq Valyuta Fondunun baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi Robin Bruksun sosial şəbəkədəki paylaşımında “Ermənistanın gömrük polisinin uzun və şanlı tarixində Avropa İttifaqından malların daşınmasında heç vaxt bu qədər böyük sıçrayış qeydə alınmamışdı. Bütün bunların hələ yenidən qablaşdırıb Moskvaya göndərilməsini heç demirəm ki, onsuz da oraya da yönləndirilir” fikri heç də təsadüfi deyil.
Ermənistanın Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, ötən ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən idxal (1,81 milyard ABŞ dolları) 2021-ci ilin müvafiq dövrünə, yəni Rusiya-Ukrayna münaqişəsindən əvvəlki dövrə nisbətən 2,2 dəfə artıb. Rusiyaya sanksiyalarda əsas rol oynayan Aİ ölkələrindən bəzilərinə nəzər salsaq görərik ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ötən ilin 11 ayında Almaniyadan Ermənistana ixrac (505 milyon ABŞ dolları) 2,8 dəfə, Polşadan (133 milyon ABŞ dolları) 3,2 dəfə, Avstriyadan (76 milyon ABŞ dolları) 3,6 dəfə, Fransadan (157 milyon ABŞ dolları) 2,1 dəfə (tarixi rekorddur), Yunanıstandan (51 milyon ABŞ dolları) 2,6 dəfə, İspaniyadan isə (75 milyon ABŞ dolları) 2,2 dəfə artıb.
Aİ ölkələrindən əlavə Rusiyaya sanksiya tətbiq edən digər böyük ölkələrin də Ermənistana məhsul ixracına baxsaq Amerika Birləşmiş Ştatlarından ixracın (584 milyon ABŞ dolları) 5,5 dəfə, Yaponiyadan (327 milyon ABŞ dolları) yeddi dəfə, Cənubi Koreyadan (143 milyon ABŞ dolları) 3,6 dəfə, Böyük Britaniyadan (98 milyon ABŞ dolları) 3,3 dəfə, Kanadadan (79 milyon ABŞ dolları) 4,2 dəfə artdığını görərik.
Bunlarla yanaşı, Ermənistanın ixracındakı artımlara da diqqət edək. Ötən ilin 11 ayında Ermənistan 6 milyard 946 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2,6 dəfə artım deməkdir (2021-ci ilin eyni dövrü ilə müqayisədə). İxracın strukturuna detallı nəzər salanda məlum olur ki, ölkə yüksək texnoloji məhsulların xarici ölkələrə satışını kəskin artırıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın, avadanlıq və mexanizmlər ixracı 89 % artdığı halda, 2021-ci ilin eyni dövrünə nisbətən 22 dəfəlik artım olub. Qeyd edilən dövrdə xaricə satılan digər mallar da 2021-ci ilin eyni dövrünə nisbətən kəskin artıb. Belə ki, yerüstü, hava və su nəqliyyatı vasitələron ixracı (533 milyon ABŞ dolları) 14,5 dəfə, avadanlıq və aparatların ixracı (130 milyon ABŞ dolları) 4,3 dəfə, qiymətli və yarım qiymətli daşlar, qiymətli metallar və onlardan məmulatların ixracı (2,14 milyard ABŞ dolları) 7,2 dəfə artıb. Məsələnin maraqlı tərəfi ixracın artımına əsas səbəb olan bu malların əksəriyyətinin Ermənistanda istehsal olunmaması və ya bu həcmdə ixracı təmin edən potensialdan uzaq olmasıdır. Aydın məsələdir ki, bu məhsullar başqa ölkələrdən alınır və üçüncü ölkəyə, yəni Rusiyaya satılır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil şöbəsinin rəhbəri Günay Quliyeva açıqlamasında bildirib ki, Rusiyaya qarşı sanksiyalar Qərb ölkələrinin məhsullarının məhz Ermənistan vasitəsilə Rusiyaya təkrar ixrac olunmasına imkan yaradıb: “Ermənistan işlənmiş avtomobillərin, məişət elektronikasının və Qərb istehsalı olan digər malların təkrar ixracatçısı olması iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalır. 2023-cü ildə Ermənistanın Rusiyaya ümumi ixracına daxil olan təkrar ixrac məhsullarının ümumi dəyəri 2022-ci illə müqayisədə 50% artımla, təxminən 3,2 milyard ABŞ dolları təşkil edib. Rusiyadan bu və digər nağd pul daxilolmaları da Ermənistan iqtisadiyyatının 2023-cü ildə artımının əsas səbəblərindən biridir”.
Bu faktlar “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında da əksini tapıb. Hesabatda Ermənistan iqtisadiyyatının hələ uzun müddət Rusiyadan çox ciddi şəkildə asılı qalacağı bildirilir.
Ermənistanın reytinqini “BB-” səviyyəsində təsdiqləyən “Fitch” ölkənin ticarət və enerji baxımından Rusiyadan çox asılı olduğunu qeyd edir və hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə uzaqlaşacağı gözlənilmir.
Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya və Ermənistan arasında ticarətin kəskin artdığını da bildirirlər.
Ermənistan hökumətinin də məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb ki, bu da ölkədə xarici ticarətin diversifikasiyasının çox aşağı səviyyədə olması ilə bərabər, yalnız bir ölkədən asılı vəziyyətdə olduğunu göstərir. Eyni zamanda ikitərəfli ticarət dövriyyəsinin dəyəri 40%-dən çox artaraq 6,3 milyard ABŞ dollarına çatıb.
“Fitch” 2024-cü il üçün Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozunda artımı şərtləndirən digər əsas amil kimi istehlak xərclərinin artmasını göstərib. Belə ki, Rusiyadan Ermənistana gələn miqrantların, həmçinin Qarabağdan köçən etnik ermənilərin istehlak səviyyəsinin yüksəlməsinə töhfə verəcəyi proqnozlaşdırılır.
Sonda qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinə görə Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ciddi asılı olaraq qalacaq, bu isə müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükədir.
İqtisadi təməlləri zəif sütunlar üzərində olan Ermənistanın qeyd edilən bu vəziyyətdən çıxması, ölkə iqtisadiyyatının şəffaf, həqiqi gəlirlər hesabına formalaşması üçün strateji addımlar atmağa ehtiyacı var. Ölkənin davamlı və real sektora əsaslanan iqtisadi artıma sahib olması üçün mövcud potensialdan düzgün istifadə etməsi əsas şərtlərdəndir. Buna aparan yol isə mütləq şəkildə regional sabitlikdən, qonşularla sülh və əmin-amanlıq şəraitində qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən və inkişaf etdirilməsindən keçir.
UNEC-in Bloomberg Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozu açıqlayıb.
UNEC-in proqnozuna görə, Mərkəzi Bankın son hərraclarında dollara olan tələbin azalması və rəsmi rezevr ehtiyatının artaraq, 11 613 milyon dollara çatması 2024-cü ildə manatın məzənnəsinə təhdid olmadığını göstərir.

Лидер Корейской Народно-Демократической Республики (КНДР) Ким Чен Ын призвал Военно-морские силы Северной Кореи “готовиться к войне” и защищать морской суверенитет страны.
Как сообщают местные СМИ, Ким Чен Ын призвал к усилению военно-морского флота страны для активизации подготовки к войне и защиты морского суверенитета во время посещения верфи для военных кораблей.
Утром 2 февраля Северная Корея запустила крылатые ракеты со своего западного берега. Сколько было выпущено снарядов, не уточнялось.
Источник: Yonhap

Şimali Koreya lideri Kim Çen In ölkənin dəniz qüvvələrini müharibəyə hazır olmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb.
“Kim Çen In hərbi gəmiqayırma zavoduna səfəri zamanı müharibə hazırlığını gücləndirmək və dəniz suverenliyini qorumaq üçün ölkənin donanmasını gücləndirməyə çağırıb”, – deyə bildirilir.
Fevralın 2-də səhər saatlarında Şimali Koreya qərb sahilindən qanadlı raketlər buraxıb. Hərbçilərin məlumatına görə, Şimali Koreya raketləri təxminən saat 11:00-da (Bakı vaxtı ilə 06:00) buraxıb. Nə qədər mərmi atıldığı açıqlanmayıb.
Mənbə: gazeta.ru.

Sosial şəbəkələrdə bəzi hüquqşünaslar və vətəndaş cəmiyyətinin üzvləri tərəfindən əmək kitabçasının ləğv olunması ilə bağlı fikirlər səsləndirilməkdədir.
Bir neçə gün əvvəl mətbuata açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bu sənədin ləğv olunmasının və əmək kitabçalarının dövriyyədən çıxarılmasının vaxtının çatdığını bildirib.
Fikrini də belə əsaslandırıb ki, indi bütün əsas təyinatlar – pensiya, müavinətlər və s. sığorta stajı ilə həyata keçirilir:
“Əmək kitabçaları bütün funksiyalarını itirib. Hazırda əmək kitabçalarının yeganə rolu əmək stajını göstərməkdir. 2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitinə uyğun hesablanır. Ona görə də Azərbaycanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını ləngidən ciddi bir əsas yoxdur”.
Doğrudan da əmək kitabçalarına ehtiyac qalmayıb?
Bizim.Media-nın suallarını cavablandıran Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mais Musayev əmək kitabçaları ilə bağlı bəzi mühüm məqamları diqqətə çatdırıb.
O, son illərdə “Rəqəmsal məşğulluq” şüarı ilə məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün bir sıra layihələr icra olunduğunu bildirib:
“Əmək və məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçildi. Bu sistem əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini, eləcə də insan resursları ilə işin təşkilini təmin edir. Eyni zamanda, bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. “Əmək və məşğulluq” altsisteminin tətbiqi ilə kağız üzərində kadr inzibatçılığının elektron müstəviyə keçirilməsi və ümumilikdə əmək bazarının rəqəmsallaşdırılması təmin edilir”.
Müsahibimiz, əmək kitabçalarının dövriyyədən çıxarılması prosesinin mərhələli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb:
“Bu proses ƏMAS üzərindən tədricən aparılacaq. İlk növbədə isə Əmək Məcəlləsində rəqəmsallaşma ilə bağlı qanunvericiliyə dəyişiklər edilməlidir. Mövzu ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.
Departament direktoru, ləğv olunma prosesinin vaxtını və qaydalarını da açıqlayıb:
“İlk mərhələ kimi, 2014-cü ilin iyunun 1-dən sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. Çünki həmin şəxslərin əmək tarixçəsi artıq ƏMAS-da mövcuddur və zamanla əmək kitabçalarının dövriyyədən çıxarılması baş tutacaq. Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajını müəyyənləşdirmək yenə də əmək kitabçaları üzərindən aparılacaq”.
ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” xəbərdarlıq işıqlarının kiçik şrift ölçüsünə görə 2,2 milyon avtomobilini geri çağırır.
Bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA – National Highway Traffc Safety Administration) məlumat yayıb.
“Kiçik şrift ölçüləri olan xəbərdarlıq göstəriciləri alətlər panelindəki mühüm təhlükəsizlik məlumatlarının oxunmasını çətinləşdirə bilər və bu qəza riskini artırır”, – deyə NHTSA bildirib.
Qeyd olunur ki, bu ən böyük geri çağırılma olacaq və Model S, Model X və Model Y daxil olmaqla 2012-ci ildən istehsal edilən avtomobillərinə təsir edəcək.
Model 3 (2017-2023) və “Cybertruck” 2024 də geri çağırılacaq.
“Tesla” problemi həll etmək üçün pulsuz proqram təminatı yeniləməsini buraxmağa başlayıb.