Month: February 2024

  • Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları məlum olub – İTTİHAM AKTI

    Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    “Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

    Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bəxtiyar Hacıyev tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna alınmış direktor vəzifəsinə özünün özünü təyin etdiyi “HUMAN CAPITAL CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından çıxış edərək “Caspian Plaza” biznes mərkəzində müqavilə olmadan icarəyə götürdüyü ofisdə xeyli miqdarda gəlirləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaqla davamlı gəlir əldə etmək məqsədilə müqavilə bağlanılmadan, maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair rəsmiləşdirmə aparılmadan vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları və yay məktəblərinin təşkili xidmətlərini göstərib.

    2016-2018-ci illərdə özünün şəxsən nəzarət və rəhbərlik etdiyi “Premium Class Azerbaijan” dil mərkəzində əmək müqaviləsi bağlanılmadan ayrı-ayrı müddətlərdə xarici dillərin tədrisi üçün müəllimlər və ofisin fəaliyyəti ilə bağlı digər xidmətlərin yerinə yetirilməsinə işçilər cəlb edərək ödənişli əsaslarla müqavilə bağlamayaraq əcnəbi dil proqramları üzrə hazırlıq dərslərinin keçirilməsini təşkil edib.

    2016-2022-ci illərdə “Caspian Plaza” biznes mərkəzində icarəyə götürdüyü ofisin otaqlarını və zalını ayrı-ayrı şəxslərə dil kurslarının, təlim, seminar və müxtəlif tədbirlərin keçirilməsi üçün aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla müqaviləsiz subicarəyə verməklə gəlirlər əldə edib.

    Bəxtiyar Hacıyev vergi qanunvericiliyinin tələblərini pozmaqla 2016-2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə ümumilikdə 52 min 489 manat 44 qəpik məbləğində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb.

    Bundan başqa, Bəxtiyar Hacıyev tamah niyyəti ilə dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” (Public Policy Institute) adlı qurumun təsisçisi və direktoru kimi özünü təqdim edib xeyli miqdarda pul vəsaitlərinin qrant layihəsi adı altında resipiyent kimi ona ayrılması barədə danışıqlar aparıb razılıq əldə etmiş, bu məqsədlə o, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən və Azərbaycan ərazisində qrant vermək hüququ əldə etməmiş “Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy) adlı qeyri-hökumət təşkilatı ilə ümumilikdə həmin dövrün məzənnəsi ilə xeyli miqdarda 81 min 360 manat təşkil edən 45 min 528 avro pul vəsaitlərinin qrant adı ilə xarici bank hesablarına köçürülməsinə nail olub. 2022-ci ilin fevral-may aylarında Bakı şəhərində dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” adlı təşkilatın “layihə meneceri” kimi çıxış edərək tədbirlər zamanı qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə, kompüterlər, kameralar, monitor, mikrofon, yaddaş kartı və digər avadanlıqların alınmasına görə ödənişlərin edilməsinə dair məzmununa həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən hesabatları qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə xarici donor təşkilatının təmsilçilərinə təqdim edib.

    O, qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdiyi məzənnəyə görə xeyli miqdarda ümumilikdə 133 min 849 manat 44 qəpik məbləğində xeyli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə əldə etdiyini bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmin vəsaitləri 2016-2022-ci illərdə Bakı şəhərində bir neçə bankda öz adına olan cari hesablarına hissə-hissə nağd şəkildə mədaxil edib. Sonradan paytaxtın Yasamal rayonu, Zərdabi küçəsi, məhəllə 3166 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasında 3 otaqdan ibarət ümumi sahəsi 124,07 kvadratmetr olan 61 saylı təmirsiz mənzilin öz adına 155 min manata alınmasına sərf edib.

    Bundan başqa, Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Muradova arasında olan məhkəmə baxışının hazırlıq iclası keçirilərkən, B.Hacıyev məhkəmənin normal iş rejimini kobud surətdə pozub Ülviyyə Muradovanın və valideynlərinin ünvanına təkrarən ucadan nalayiq ifadələr işlədib. Daha sonra ona zor tətbiq etməklə və sağlamlığına zərər vurmaqla hədələyib üzərinə hücum etmiş, əlindəki yumrulanmış kağız bükülüsü ilə qəsdən başına vuraraq əli ilə qolundan tutub dartıb. Eyni zamanda, icra məmuru Orxan Abdullayevi hər iki əli ilə qəsdən sinəsindən vurub itələyərək fiziki zor tətbiq etməklə müqavimət göstərib, yumruqla qəsdən Ülviyyə Muradovanın başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə və itələyərək başını iclas zalının giriş qapısına vurmaqla onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirib.

    Təqsirləndirilən Bəxtiyar Hacıyev ona irəli sürülən ittihamla təqsirli bilmədiyini deyib.

    Məhkəmənin növbəti iclası fevralın 16-a təyin edilib.

    Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır

    Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır.

    Median.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və pirojkilər bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir.

    Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir:

    “Yeməklərin keyfiyyətinin və çeşidliyinin daha da artırılması, eləcə də şəxsi heyətə milli, dadlı və yüksək kalorili, keyfiyyətli xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”.

  • Coşqun Rəhimova ağır itki üz verdi

    Əməkdar artist Coşqun Rəhimovun anası Ağanaz Rəhimova bu gün dünyasını dəyişib.

    Median.Az kult. az-a istinadən xəbər verir ki, C.Rəhimovun həmkarları məlumat verib.

    Bildirilib ki, 82 yaşlı A.Rəhimova xərçəng xəstəliyindən vəfat edib.

    Mərhum Lənkəran rayonunda dəfn olunacaq.

  • Bakıda müştərini döyən satıcıya ağır cəza

    Bakıda işlədiyi mağazada müştəri ilə dalaşaraq ona ağır xəsarətlər yetirməkdə ittiham edilən 1993-cü il təvəllüdlü S.Tahirova hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Tahirov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

    İttihama əsasən, paytaxt sakini M.Qurbanov hadisə günü Yasamal rayonu Ə.Ələkbərov küçəsində yerləşən meyvə-tərəvəz mağazasına gedib. O, satıcıdan qiymətləri soruşduqda deyilən məbləğlərlə razılaşmayaraq endirim edilməsini istəyib. S.Tahirov isə mağazada rəhbər olan qohumunu göstərərək qiyməti onun təyin etdiyini və etirazı varsa, məsələni onunla müzakirə etməyi məsləhət bilib.

    Lakin M.Qurbanov təkidlə S.Tahirovla danışıb və münaqişə yaradıb. Münaqişə zəminində satıcı müştəriyə başı ilə zərbə endirib. Nəticədə M.Qurbanov baş beynin yüngül əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqları, gözün iç bucağının qançırı xəsarətləri alıb. Məhkəmədə M.Qurbanov onu vuran satıcını bağışlamadığını bildirib və həbsini tələb edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə 31 yaşlı S.Tahirova 6 il 6 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi müddətində polisin nəzarətində olan gənc məhkəmə zalındaca həbs edilib.

  • Более тысячи избирателей проголосуют в Шуше на внеочередных президентских выборах

    На внеочередных президентских выборах, которые пройдут в Азербайджане 7 февраля, в Шуше проголосуют 1 189 избирателей.

    Об этом Report сообщил секретарь недавно открывшегося избирательного участка №105 в городе Шуша Эльнур Магеррамов.

    По его словам, процесс раздачи извещений уже завершен.

    Отметим, что 7 февраля в Азербайджане пройдут внеочередные президентские выборы. Центральная избирательная комиссия (ЦИК) зарегистрировала семь кандидатов в президенты. От правящей партии “Ени Азербайджан” выдвинут действующий глава государства Ильхам Алиев, от партии “Национальный фронт” – Рази Нуруллаев, от партии “Великое созидание” – Фазиль Мустафа, от партии “Великий Азербайджан” – Эльшад Мусаев, от партии “Народный фронт целостного Азербайджана” – Гудрат Гасангулиев. Также на пост президента баллотируются два независимых кандидата Захид Орудж и Фуад Алиев.

  • Şuşada növbədənkənar prezident seçkisində mindən artıq seçici səs verəcək

    Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində Şuşada 1 189 nəfər seçici səs verəcək.

    Bunu “Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşına 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov deyib.

    O bildirib ki, məntəqədə 7 fevral növbədənkənar prezident seçkisi günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi başa çatıb.

    “Sevindirici haldır ki, seçicilər özləri məntəqəyə gələrək prezident seçkisinə xüsusi maraq göstərirlər. İndiyə kimi bir çox seçicilərimiz yaşadıqları yerdən çıxarış vərəqələri alaraq burada səs verməyə can atırlar. Bu baxımdan deyə bilərəm ki, builki seçkilərə xüsusi fəallıq var”, – o deyib.

  • С банковской карты жителя Баку украли 1 340 манатов

    Задержаны трое подозреваемых в краже денег с банковского счета.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД) Азербайджана.

    В полицию поступила информация о том, что с банковской карты одного из жителей Баку украли 1 340 манатов.

    В результате мероприятий, проведенных сотрудниками Главного управления полиции города Баку и 12-го отдела полиции Сабунчинского района, были установлены и задержаны подозреваемые в совершении кражи жители Гейгельского района Кямиль Гасымов, его брат Мурад и несовершеннолетний житель Гянджи.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • Bakı sakininin bank kartından 1340 manat oğurlanıb

    Bank kartından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

    Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakinləri Kamil Qasımov, qardaşı Murad və Gəncə şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Yol kənarında ov məhsulları satan şəxslər saxlanılıblar

    Masallı-Lənkəran magistral yolunun kənarında ov məhsullarının satışını həyata keçirən şəxslər saxlanılıblar.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat yayıb.

    Qeyd olunub ki, həmin şəxslər qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə keçirdiyi monitorinqlər zamanı saxlanılıblar.

    Araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu üzə çıxıb.

    Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb, hazırda monitorinqlər davam edir.

  • В Ханкенди снесен памятник армянскому сепаратисту

    После антитеррористических мероприятий локального характера, проведенных азербайджанской армией в Карабахском экономическом районе Азербайджана, продолжается ликвидация наследия сепаратистского режима.

    Как сообщает Unikal, в Ханкенди демонтирован памятник одному из карабахских палачей Ашоту Гюляну по прозвищу “Бекор”.

    Отметим, что памятник сепаратисту, пролившему кровь невинных азербайджанцев в 1992 году в Агдере, Гадруте и ряде других территорий, находился в парке перед университетом Ханкенди.